Atletlərimiz birinci oldu
Idman
Oxunub: 1 654
6 mar 2015 | 10:43
Atletlərimiz birinci oldu

Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir

Pasport Gimnastika növləri üzrə birgə çempionatın ilk günü sona çataraq, maraqlı qələbələrlə yadda qalıb.
Azerinfo.az-ın ANS PRESS-ə istinadən yaydığı məlumata görə, Birgə Açıq Azərbaycan Çempionatının ilk günü idman gimnastikası üzrə çoxnövçülük yarışlarıyla başlayıb.

Çoxnövçülük üzrə finalın nəticələrinə əsasən kişi idman gimnastikasında qızıl medalı və ölkənin mütləq çempionu adını Azərbaycanlı gimnast Oleq Stepko (90.600 xal), ikinci yeri onun həmyerlisi Petro Paxnyuk (88.055) və üçüncü yeri isə London Olimpiya Oyunlarının mükafatçısı, Xorvatiyalı Filip Ude qazanıb (86.100).

Həmçinin, yarışlarda qadın idman gimnastikasında ölkəni təmsil edən Kristina Pravdina da hesabına qızıl medal yazdırdı. 4 çıxışın nəticəsinə görə 50.339 xal toplayan gimnastımız ölkənin mütləq çempionu oldu. Onun ardınca isə Türkiyədən olan iştirakçılar Tutya Yılmaz (50.131) və Demet Mutlu (49.332) sıralanmışdılar.

Yarışın sabahkı günü isə gimnastikanın 4 növünə - batut, aerobika, bədii gimnastika və akrobatikaya həsr olunacaq. Yarışların yekun günü isə zəngin keçəcək. Belə ki, həmin gün gimnastikanın 6 növü üzrə mübarizələr baş tutacaq.

Yarışlarda 22 ölkədən 133 gimnast iştirak edir və onların arasında dünya gimnastikasının ulduz simaları, bədii gimnastika üzrə Dünya ikiqat və Avropa üçqat çempionu Yana Kudryavtseva, kişi idman gimnastikası üzrə Olimpiya Oyunlarının, Dünya və Avropa Çempionatlarının gümüş mükafatçısı Filip Ude, ölkənin ikiqat mütləq çempionu və Avropa Oyunlarının səfiri Marina Durunda və digərləri var.

Bu çempionatın əsas xüsusiyyəti Avropa Oyunlarının formatında keçirilməsidir. Yarışlar gimnastika tarixində ilk nümunə olacaq, həmçinin aerobika və akrobatika gimnastlarının bədii gimnastlarla bərabər, idman gimnastlarının isə batutçularla bərabər eyni məkanda mübarizə aparmaqları üçün gözəl fürsət olacaq.
Dünən, 16:00
Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
Dünən, 15:30
Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
Dünən, 13:37
TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
Dünən, 13:07
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
Dünən, 13:02
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Dünən, 12:58
Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
Dünən, 12:29
Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
Dünən, 12:17
Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Dünən, 11:55
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
Dünən, 11:51
Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI
Dünən, 10:46
“Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov
Dünən, 10:43
Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər - Reuters
Dünən, 09:57
Pakistandan İrana BÖYÜK DƏSTƏK: Tehranı blokadadan XİLAS EDİR
Dünən, 09:45
Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi
Dünən, 09:33
Rusiyada mədən uçqunu - Ölənlər var
Dünən, 09:29
Blokada xəbəri neft qiymətlərini yüksəltdi
Dünən, 09:24
“Atletiko Madrid” “Arsenal”a qarşı
Dünən, 09:19
Rusiya hökuməti yeni qərar verdi - Azərbaycanlılara da təsiri olacaq
Dünən, 09:14
Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq
Dünən, 09:00
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
28-04-2026, 21:20
Heydər Əliyev Mərkəzində Maarifləndirici Tədbir Keçirilib
28-04-2026, 16:00
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
28-04-2026, 15:30
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
28-04-2026, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
28-04-2026, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
28-04-2026, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
28-04-2026, 13:21
Sabunçu tuneli bərpa ediləcək