“Kəpəz” PFK azarkeşi Turan Namazovla Müsahibə
Idman
Oxunub: 2 620
19 apr 2016 | 22:02
Gəncənin futbol komandası “Kəpəz” PFK-nın gənc azarkeşi Turan Namazov Riatv.press saytına müsahibə verib. Müsahibəni olduğu kimi sizə təqdim edirik:
“Kəpəz” PFK azarkeşi Turan Namazovla Müsahibə
– Salam Turan, xoş gördük! bildiyimiz kimi Gəncənin qocaman futbol komandası “Kəpəz” PFK (Peşəkar futbol klubu) 20-ci əsrin ortalarinda yaranıb. “Kəpəz ” PFK hələ Sovet illərində öz sözünü demiş komandadır. Vaxtilə nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da böyuk qələbələr qazanıb, böyük bir azarkeş ordusuna sahib olub. Hazirda da “Kəpəz” in azarkeşləri saysız hesabsizdi. Siz də, Turan Namazov “Kəpəz ” PFK-nın fanatı və azarkeşisiz. “Kəpəz” komandası haqda fikirlərinizi bölüşərdiz bizimlə?

-Xoş gördük sizi də. Bəli, bu komanda yarandığı ilk gündən iddialı mübarizə aparan bir komanda olub. Hər zaman adından söz etdirməyi bacarıb. “Kəpəz” haqqında danışılası o qədər söz varki, bilmirəm hardan başlayım, harda bitirim.
– Nə vaxtdan “Kəpəz ” azarkeşisiz?

– Düzünü desəm futbola marağım 13 yaşımdan başlayıb. Buna qədər heç bir futbol matçlarına sonuna qədər baxmamışam. Həvəsim olmayıb. Futbola marağım 2008-ci ildə Avropa çempionatı ilə başladı. Həmişə atamla bərabər məcbur oturub oyunları izləyirdim. Atam Türkiyə millisənə azarkeşlik edirdi. Həmin turnirdə Türkiyənin əzmkar qələbələri futboldan anlayışı olmayan birisinə futbolu sevdirdi. Bundan sonra şəhərimizin klubu ilə maraqlanmağa başladım. Həmin ili “Kəpəz” Kəpəz fəalliyətini dayandırmışdı. Lakin 2009-cu ildə klub yenidən bərpa olundu. Ilk açılış oyunundan etibarən bütün oyunlarda bacardığım qədər iştirak etdim. Açılış oyununda komanda 1-ci divizionda mübarizə aparmağına baxmayaraq 10000 çox azarkeş gəlmişdi oyunu izləməyə. Həmin oyunda Göyəzənə 7-0 qalib gəlmişdik.

– Bəs “Kəpəz” dən başqa hansi yerli ve xarici futbol klublarının azarkeşisiz?

– “Kəpəz” dən başqa heç bir yerli və xarici komandalara azarkeşlik etmirəm. Bu sevgini “Kəpəz” dən başqa heç bir klubla bölüşə bilmirəm. Varsa yoxsa“Kəpəz”dir.

– “Kəpəz” ə dəstək olan bir neçə fan klub var. Bəs siz hansı fan klublarla birgə tribunada komandaya dəstək olubsuz?

– Gəncədə hal hazırda “Kəpəz”ə dəstək olan 3 fan klub var. Lakin mən bir neçə dəfə tribunada “Xəmsə və Kapaz Ultras” ilə birlikdə dəstək olmuşam. Bəzi səbəblərə görə bu mövsüm sadəcə bir səfər qarşılaşmasında iştirak edə bildim. Qəbələ səfərində məğlub olsaqda. “Xəmsə və Kapaz Ultras” ilə birlikdə çiyin çiyinə əsl dəstək nümayiş elətdirdik. “Kəpəz” də həmin oyunda layiqli mübarizə apardı.

– Bildiyimiz qədərilə siz bir azarkeş kimi “Kəpəz” ə aid facebook səhifəsi açmısız. “Kəpəz”ə rep ve marş da həsr etmisiniz. Bu haqda nə deyə bilərsiniz?

– Bəli, facebookda 12000 üzvü olan “Gəncə futbolu” adında səhifəmiz var. Bu səhifəni 2011-ci ildə əmimoğlu Arzuman Namazov ilə birlikdə qurmuşuq. 5 ilə yaxındırki səhifə vasitəsilə müəyyən məlumatlarla azarkeşləri məlumatlandırmağa çalışırıq. Lakin son zamanlar bu işi özüm tək başıma etməyə çalışıram, çünki Arzumanın bəzi məsələlərə görə başı qarışıqdı. Fikrimcə azarkeşlər də razıdır paylaşımlardan. Səhifənin nüfusu isə günü gündən artmaqdadır. Rep və marş məsələsinə gəlincə isə musiqidən mükəmməl şəkildə anlayışım olmadığı üçün bu işə həvəsi olanlara müraciət etdim. Şahin və Səməd adlı azarkeşlər varki onlarında bir çox repləri varıydı. Düzdü, hələki həvəskar olaraq məşğul olurlar, amma istək olandan sonra yaxşı bir iş olacağına inanırdıq. Sözlərini hərə öz oxuyacağı kimi yazdı və oxudular. Düzü bu iş üçün 3 dəfə səsyazma studiyasina gedib gəldik. Səbəb isə əvvəlkilərin ürəyimizə yatmaması oldu. Işin içində “Kəpəz” olanda hər kəs əlinnən gələn köməkliyi etməyə çalışıb. Repə klip də olsa pis olmaz, deyə düşündük və rejissor Zəka Hümbətova müraciət etdik. Oda “Kəpəz” azarkeşi olduğu üçün sağolsun ki, təmannasız klipi çəkdi. Xırda görünən bu işdə əslində xeyli əziyyət çəkdik. Amma əlbəttə ki “Kəpəz” üçün dəyər bu qədər əziyyətə. Marş işinə gəlincə isə repdən sonra düşündük ki, komandamızın hələ də rəsmi olaraq marşı yoxdu. Biz azarkeşlər olaraq, peşəkar səviyyədə olmasa da, bir marş yazıb oxumağa qərara aldıq, nəqarət hissəsini xor olaraq. Marşın sözlərini repdə oxuyan Səməd Səmədzadə yazdı. Mən də türk bəstəkar Alp Murat Alperin bəstəsini çox bəyənmişdim. Əsl marş ritmli idi. Alp Murat Alperlə sosial şəbəkə vasitəsiylə əlaqə saxladım bu iş üçün və razılığını aldım. Məmnuniyyətlə razılıq verdi. Hətta marşı öz facebook hesabında da paylaşdı və bəyəndiyini bildirdi. Bundan sonra bəzi jurnalistlər işin içini bilmədən bunu plaqiyat, oğurluq bir iş olaraq adlandırıb yayımladılar. Hətta başqa bir məcralara da yönləndirməyə çalışdılar. Lakin doğru məlumatı faktlarla sübut etdik onlara. Çox keçmədi ki, üzrxahlıq yazısıyla cavab aldıq. Marş üçün də maddi cəhətdən bizlərə “Xəmsə fan klubu” dəstək oldu. Onlara öz minnətdarlığımızı bildiririk.

– Bəs bundan sonra da marş və ya musiqi bəstələmək fikirləriniz varmı?

– Əlbəttə. Indi tam başqa bir marş yaratmaq istəyirik. Sözlər və bəstəni özüm hazırlamışam. Lakin bu marşa orjinal bir fon musiqisi yazılması üçün bir qədər maliyyə lazımdı. Onuda həll etdikdən sonra çox əla bir iş olacağına inanıram. Marşı başdan ayağa xor ifa oxunmasını nəzərdə tutmuşam. Bu işlərin klubla heç bir əlaqəsi yoxdu. Azarkeş olaraq ürəyimizdən gəldiyi üçün bunu sevə sevə edirik.

– Siz daha nə görmək istərdiz, bir azarkeş olaraq hansı xəyallarınız var?

– Görmək istədiklərim çoxdur. Ən əsası şəhərimizdə daha yaxşı və dünya standartlarına bərabər bir stadion görmək istəyirik.” Kəpəz” azarkeşi olaraq, ən böyük istəklərimin başında yeni, müasir stadion gəlir. Mənim kimi bir neçə azarkeşlərin də istəyi və tələbi budur. Ikinci böyük şəhərin stadionu bərbad haldadır. Standartlara cavab verən stadionumuz olsa inanınki stadiona daha çox azarkeş toplaşar, oyunlar digər oyunlar kimi axşam vaxtına salınar. Nəticədə işi axşam saatlarında bitən insanlar oyunları izləməyə gələ bilər. Digər arzum isə bu stadionda hər mövsüm Avropa klublarını qarşılamaqdı. Bunu nəinki mən, nəinki “Kəpəz” azarkeşləri, bütün gəncəlilər görmək istəyir. Ümid edirəm ki, şəhər və ölkə rəhbərliyimiz bunu nəzərə alacaq və şəhərimizdə böyük bir stadionun tikintisinə tezliklə nail olunacaq. Komandamızdan isə ancaq qələbələr, yenədə qələbələr gözləyirik.

– Sonda bir azarkeş kimi “Kəpəz” komandasına və ölkə futbolumuza nə arzu edərdiz?

– Sonra demək istərdim ki, biz azarkeşlər həmişə “Kəpəz”ləyik, məğlub da olsa, qalib də gəlsə. Komandamıza yeni yeni uğurlar, qələbə sevinci arzulayıram. Eyni zamanda ölkə futbolumuza arzu edirəm ki, bütün oyunlardan həmişə qalib olaraq dönsünlər, dünya arenalarından daim qələbə sədaları gəlsin və üç rəngli bayrağımızı yüksək tribunalarda qaldırsınlar.

Siz Riatv.press saytının rəhbərliyinə və əməkdaşlarına da böyük minnətdarlığımı bildirirəm. Sizlərə uğurlar və can sağlığı arzu edirəm.

– Təşəkkür edirik. Uğurlar!

“Kəpəz” PFK azarkeşi Turan Namazovla Müsahibə
“Kəpəz” PFK azarkeşi Turan Namazovla Müsahibə
Hazırladı: Günel Məmmədova
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb