"Mənim vəziyyətim qoca doğulub cavan ölməyə bənzəyir"
Idman
Oxunub: 1 090
11 apr 2016 | 21:21
"Mənim vəziyyətim qoca doğulub cavan ölməyə bənzəyir"PSG-nin təcrübəli hücumçusu Zlatan İbrahimoviç UEFA-nın saytının bir sıra suallarını cavablandırıb. Goal.az xəbər verir ki, isveçli ulduz Çempionlar Liqasında komandasının çıxışı və şansları barədə danışıb.

- PSG ilə növbəti dəfə Çempionlar Liqasının 1/4 finalında oynayırsan. Bu klubla tarix yaza biləcəksənmi?

- Həmişə məqsəd mümkün qədər irəliləməkdir. Amma bundan irəli gedə bilmirik. Çempionlar Liqası belədir, öncədən proqnoz vermək olmur. Əlindən gələni etsən də, nə olacağını bilmirsən. Ötən mövsümə nisbətən güclənmişik. Təcrübəmiz də artıb. Buna görə bir neçə il öncə qurulan gənc heyət 1/4 finaldan artığını istəyir.

- Bu mövsüm öz çıxışından razısan?

- Oyunumdan həzz alıram. Çünki mövsüm başlamazdan əvvəl bir sıra müzakirələr vardı. İnsanların nə danışdığınıa fikir vermədim. Əvəzində indi oyunumdan həzz alırlar. Etmək istədiyim də budur: insanları sevindirmək. Karyeramın zirvəsindəyəm. Bundan yaxşı oynamamışam. Mənim vəziyyətim qoca doğulub gənc ölməyə bənzəyir.

- Yaşın artdıqca medandakı xüsusi anları qiymətləndirirsən?

- Bəli. Bunun pisxoloji amil olduğunu düşünürəm. Fikirləşdiyin qədər cavan və gümrahsan. Yaş sadəcə rəqəmdir. Bu mövsüm daha yaxşı görünürəm. İnsanın nə qədər cavan və ya yaşlı olduğuna beyni qərar verir. Bu il qərara aldım ki, çox gəncəm.

- Fransa daxilində bütün titullara sahib çıxmısan. ÇL kubokunu Parisə gətirmək necə olar?

- Mən titul qazanmaq üçün oynayıram. Turnirdən asılı olmayaraq mükafatı qazanmaq üçün fədakarlıq etməyə hazıram. Komanda yoldaşlarım bütün titullara sahib çıxmaq istəyirlər. Elə burada olmağımızın səbəbi də budur - məşq etmək, diqqəti cəmləşdirmək, hazırlaşmaq və planlarımızı həyata keçirmək.
Dünən, 16:00
Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur etdi
Dünən, 15:30
Dörd Avropa liderlərinin ardarda səfəri - Bakı ilə münasibətlər zərurətə çevrilir
Dünən, 13:37
TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ...
Dünən, 13:07
Abşeronda geniş əməliyyat - Saxlanılanlar var
Dünən, 13:02
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
Dünən, 12:58
Demokratlar Trampı məhkəməyə verir - TƏFƏRRÜATLAR
Dünən, 12:29
Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib
Dünən, 12:17
Büdrəyib yıxıldı: Trampa sui-qəsd cəhdi necə baş tutmadı?
Dünən, 11:55
Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
Dünən, 11:51
Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI
Dünən, 10:46
“Yazılanlar məni daha da güclü edir” – Məzahir Pənahov
Dünən, 10:43
Tramp İran üzərində qələbə elan edə və müharibəyə son qoya bilər - Reuters
Dünən, 09:57
Pakistandan İrana BÖYÜK DƏSTƏK: Tehranı blokadadan XİLAS EDİR
Dünən, 09:45
Amnistiyanın icrası bitdi, mayda əfv gözləntisi
Dünən, 09:33
Rusiyada mədən uçqunu - Ölənlər var
Dünən, 09:29
Blokada xəbəri neft qiymətlərini yüksəltdi
Dünən, 09:24
“Atletiko Madrid” “Arsenal”a qarşı
Dünən, 09:19
Rusiya hökuməti yeni qərar verdi - Azərbaycanlılara da təsiri olacaq
Dünən, 09:14
Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq
Dünən, 09:00
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
28-04-2026, 21:20
Heydər Əliyev Mərkəzində Maarifləndirici Tədbir Keçirilib
28-04-2026, 16:00
40 gün sonrakı Ermənistan – “Azərbaycan və Türkiyə kurator kimi...”
28-04-2026, 15:30
Bakıda kimlər risk qrupundadır? - Həkimlərdən XƏBƏRDARLIQ
28-04-2026, 14:44
Prezident "ASAN Xidmət"lə bağlı fərman İMZALADI
28-04-2026, 14:38
SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ
28-04-2026, 13:48
Bakının 4 rayonunda tikinti işləri başlayır - SƏRƏNCAM
28-04-2026, 13:21
Sabunçu tuneli bərpa ediləcək