Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Idman
Oxunub: 200
16 sen 2025 | 12:33
Formula 1 zamanı açıq olan yolların SİYAHISI


DİN-in Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

Bakı şəhərində keçiriləcək “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 19-dan 21-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.

Əlavə olaraq bildirək ki, 15-16-17 sentyabr tarixlərində yarış zolağının aşağıda qeyd edilən giriş-çıxış hissələri səhər saat 07:00-dan 09:00-dək, axşam saat 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün dayanma və durma olmadan sərbəst olacaq.

18 sentyabrda isə səhər saat 07:00-dan 09:00-dək, axşam isə saat 20:00-dan 22:00-dək bu yollar açıq olacaq.

Giriş nöqtələri:

- Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;

- M.Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;

- S.Vurğun küçəsindən Ü.Hacıbəyli küçəsi və Bülbül prospekti istiqamətində;

- Bülbül prospektindən Xəqani küçəsi və Neftçilər prospekti istiqamətində;

- Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində.

Çıxış nöqtələri:

- Neftçilər prospektindən Bakı Dəniz Limanı və “Crescent Mall” istiqamətində;

- İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;

- Neftçilər prospektindən Azneft dairəsi və “Dəniz Mall” istiqamətində.

Qeyd olunan yollar yalnız tranzit koridoru kimi istifadə ediləcək. Həmçinin fövqəladə hallar istisna olmaqla, tranzit dəhlizləri açıq olduğu zaman nəqliyyat vasitələrinin parklaması, sərnişinlərin minməsi və düşməsi qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.
Bu gün, 16:00
2 ölkə çökür: Ehtiyatlar bitdi, əhali 3 ay davam gətirə bilməz
Bu gün, 15:30
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...
Bu gün, 13:34
Prezidentin qızları və gəlini onları ziyarət etdi - Video
Bu gün, 13:01
Köç karvanları Xocavənd və Xocalı rayonlarına çatıb
Bu gün, 12:12
Üç kəndin adı milliləşdirildi
Bu gün, 11:46
Sudan liderindən İlham Əliyevə MƏKTUB
Bu gün, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Bu gün, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Bu gün, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Bu gün, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Bu gün, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Bu gün, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Bu gün, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Bu gün, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Bu gün, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Bu gün, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Bu gün, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Bu gün, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Bu gün, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Bu gün, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Bu gün, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Bu gün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
Dünən, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
Dünən, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
Dünən, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
Dünən, 14:22
Sabah hava yağıntılı olacaq
Dünən, 13:11
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA