“Pullar “paçka”da gəlirdi, saymırdım” - 'Rabitə işi'ndə şok ifadə
Hadise
Oxunub: 964
21 noy 2016 | 09:44
“Pullar “paçka”da gəlirdi, saymırdım” - 'Rabitə işi'ndə şok ifadə











İstintaq materiallarından göründüyü kimi, "Rabitə çetesi” üzrə 11 nəfərdən ibarət dəstə üzvlərinin qanunsuz pul vəsaitlərinin toplanması üçün aralarında əvvəlcədən razılaşma olub.

Proseslərin aparılma qaydası, üsulu, pulların bölüşdürülməsi "peşəkarcasına” həyata keçirilib. Hətta bir-birlərinə o qədər etibar ediblər ki, "paçka”da gətirilən məbləğləri belə saymayıblar...

2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan "Aztelekom” İstehsalat Birliyinin sabiq sədri, hazırda həbsdə olan Məhəmməd Məmmədov istintaqa verdiyi ifadəsində yığılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmadığını deyib.

Sabiq sədr ifadəsində bildirib ki, 2015-ci ildə "Aztelekom” İstehsalat Birliyinin bazasında "Aztelekom” MMC təsis edilib. Cəmiyyət Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur qurumu olduğundan adıçəkilən MMC-nin fəaliyyətinə Nazirliyin rəhbərliyi - Əli Abbasov, müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə, Aparat rəhbəri Vidadi Zeynalov nəzarət edib.

İ.Məmmədov texniki məsələlərə, E.Vəlizadə informasiya texnologiyalarına, V.Zeynalov isə maliyyə məsələlərinə nəzarət edib: ”Baş mühasib Oqtay Rüstəmov Nazirliyin nomenklaturası olduğuna görə birbaşa Vidadi Zeynalovla hesablaşırdı. Vidadi Zeynalov Oqtay Rüstəmovun özünə göstəriş vermişdi ki, aylıq olaraq pulları toplayıb ona təqdim etsin”.

Sabiq sədr bildirib ki, Oqtay Rüstəmov tərəfindən Vidadi Zeynalova 2009-2013-cü illərdə hər ay 500 min manat, 2014-2015-ci illərdə aylıq 200 min manat pul verilib. Toplanılan pullardan xəbəri olsa da, proseslərə müdaxilə etmək, qarşısını almaq səlahiyyəti olmayıb.

Həmçinin ifadəsində qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan struktur qurumlardan biri də beynəlxalq trafik mübadiləsini təşkil edən "Azintelekom”MMC olub.Beynəlxalq telefon danışıqlarının mübadiləsi "Azintelekom” MMCilə "Aztelekom” MMC arasındabağlanmış qarşılıqlı hesablaşma müqaviləsi əsasında həyata keçirilib:”Beynəlxalq danışıq trafikinə görə xidmət göstərdiyi üçün "Azintelekom” MMC-dən "Aztelekom”MMC-nin hesabına aylıq 1-2 milyon arası vəsait köçürülüb. Köçürülən vəsait birbaşa və ya dolayısı yolla Vidadi Zeynalova ödənilib. Vidadi Zeynalov baş mühasib Oqtay Rüstəmova göstəriş verdiyi üçün onun dediyi müəssisələrə köçürülüb. Podratçı təşkilatların hesabına köçürülən vəsaitlərin müəyyən hissəsi "Optik Rabitə Montaj”, "Optik Rabitə Tikinti və Quraşdırma”, "Rabitəçi İstirahət Bazası”, "Qafqaz-S İnşaat” və "Komplas” MMC-lərinhesabına köçürülməkləmüxtəlif müqavilələr əsasında baş mühasib tərəfindən Vidadi Zeynalova verilib. Bütün ödənişlər bank hesabları vasitəsilə aparılıb”.

"Aztelekom” MMC epizodu üzrə dindirilən Vidadi Zeynalov isə ifadəsində göstərib ki, nazir Əli Abbasov tərəfindən baş direktor Məhəmməd Məmmədova tapşırıq verilib ki, hər ay 500 min manat versin. Göstərişə əsasən, 2009-cu ildən etibarən "Aztelekom” MMC-dən stabil olaraq 500 min manat gətirilib. Pulları hər ayın sonunda ya Məhəmməd Məmmədov, ya köməkçisi Qulu, ya da ki, baş mühasib Oqtay Rüstəmov gətirib verib.

M.Məmmədov özü nazir Əli Abbasovun qəbuluna gedib və verəcəyi pulun miqdarı barədə onu məlumatlandırıb. Nazirin qəbulundan çıxandan sonra isə V.Zeynalovun yanına gələrək baş mühasibin onunla əlaqə saxlayacağını deyirmiş: ”Baş mühasib zəng vurur, sonra çantayla yanıma gəlirdi, pulları verib gedirdi. Heç vaxt saymırdım, çünki pullar "paçka” şəklində olurdu, düz olduğuna inanırdım. 2009-cu ildən 2013-cü ilə kimi hər ay 500 min, 2014-cü ildən isə aylıq 200 min manat verilirdi”.

V.Zeynalov deyib ki, onlara verilən puldan əlavə, M.Məmmədovun özünə 50 min manat qalıb.

Sabiq aparat sədri deyib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumları kimi, "Aztelekom” MMC-də əsasən kabel çəkilişi, avadanlıq alınması, binaların təmir edilməsi və s. xərcləri müvafiq sənədlərdə yüksək göstərilməsi yolu əldə etdiyi vəsaitin bir hissəsini ona verib. "Aztelekom” MMC-nin tabeçiliyində olan telekommunikasiya qovşağından 2009-2015-ci illər ərzində vəsaitlərin köçürüldüyü"Optik Rabitə Tikinti və Quraşdırma” MMC Namazalı Məmmədova, "Qafqaz-S İnşaat” MMC nazir Əli Abbasovun qaynı Elçin İbrahimova, "P.L.Z” MMC dostu Mahmuda məxsus olub. (Virtualaz.org)
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video