"Akif Çovdarov məni buraxmaq üçün atamdan 500 min dollar istədi" — Zərərçəkmiş
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Elton Əliyevin ibtidai istintaqa verdiyi ifadəsi üzə çıxıb.
APA-nın məlumatına görə, E. Əliyev ifadəsində bildirib ki, atası Əliyev Nəsib Yusif oğlu “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub.
E. Əliyev deyib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində Atatürk prospektində “Texnikabank”ın əsas filialının inzibati binasından işdən çıxarkən mülki geyimli iki nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib, nazirliyə getməli olduğunu deyiblər. Həmin şəxslərdən hansı səbəbdən onlarla getməli olduğunu soruşduqda ona hər şeyin nazirlikdə araşdırılacağı bildirilib.
Bir saatdan sonra onun yanına izahat alan əməkdaş və daha iki nəfər gələrək, dostcasına söhbət etməyə başladıqlarından sonuncuların öz istədiklərinə nail olduqlarını başa düşüb. Təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb. O, şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürərək evə gedib. Evdə atasının onun arxasınca MTN-ə getdiyi bildirilib. Çox yorğun olduğundan yatıb.
Bundan sonra o öz avtomobili, həmin şəxslər isə öz avtomobilləri ilə nazirliyə gediblər.
MTN-də onu 8 saat bir otaqda saxlayıblar. Bu vaxt ərzində onunla heç kim ünsiyyətdə olmayıb. Həmin gün hava qaraldıqdan sonra otağa orta boylu, əlamətlərini xatırlamadığı bir əməkdaş daxil olub, ondan iş fəaliyyəti ilə bağlı izahat almağa başlayıb. Həmin şəxs ona atası ilə bağlı suallar verməyə başlayıb. Atası ilə bağlı ona suallar verilməyə başlandıqda o, həmin şəxslərin atası ilə maraqlandıqlarını başa düşüb. Çünki 3-4 ay öncə - 2007-ci ilin may ayında atası “Badu Kubə” MTK-nın ofisində olarkən bir müştəri içəri daxil olaraq həmin MTK-nın inşa etdiyi Yeni Günəşli massivindəki çoxmərtəbəli yaşayış binasından mənzil almaq istədiyini deyib və ilkin ödənişi ABŞ dolları ilə verərkən ofisinə MTN əməkdaşları daxil olublar. Həmin MTN əməkdaşları MTK-nın sənədlərini apararaq atasını nazirliyə çağırtdırıb və Akif Çovdarov ondan 100.000 ABŞ dolları tələb edib. Atası isə 80.000 verə biləcəyini deyərək 80.000 dolları Akif Çovdarova onun xidməti otağında verib. Atasından bir dəfə 80.000 dolları aldıqlarına görə tam əmin olub ki, onu nazirliyə atasından pul almaq üçün gətiriblər.
Söhbətin sonunda həmin əməkdaş ona mobil telefon verib, atasına zəng edərək MTN-ə çağırmasını istəyib. E. Əliyev öncə atasına zəng etməkdən imtina edib. Lakin həmin əməkdaş ondan təkidlə bunu tələb etdikdən sonra saat 24 radələrində atasına zəng edib. O, atasına telefonda MTN-ə gətirildiyini, onun da həmin nazirliyə gəlməsinin tələb edildiyini bildirib. Atası da MTN-ə gələcəyini bildirib. O, telefonla danışdıqdan sonra həmin əməkdaş da atası ilə danışıb. Bundan sonra E. Əliyev təxminən bir saat otaqda tək qalıb. Bir saatdan sonra onun yanına izahat alan əməkdaş və daha iki nəfər gələrək, dostcasına söhbət etməyə başladıqlarından sonuncuların öz istədiklərinə nail olduqlarını başa düşüb. Təxminən gecə saat 02 radələrində onu həmin əməkdaşlardan biri nəzarət-buraxılış məntəqəsinə ötürüb. O, şəxsiyyət vəsiqəsini və mobil telefonunu götürərək evə gedib. Evdə atasının onun arxasınca MTN-ə getdiyi bildirilib. Çox yorğun olduğundan yatıb.
Atası səhər ona buraxılmasına görə Akif Çovdarovun 500.000 dollar istədiyini, özünün isə 350.000 dollar toplayıb verə biləcəyini deyib.
MTN-dən buraxıldığı gecənin səhərisi atası bacanağı Elçindən 100.000 dollar, tanışı Yavərdən 150.000 dollar, Mübariz Xudayevdən isə 100.000 dollar borc alıb, həmin gün apararaq xidməti otağında Akif Çovdarova verib. Bunları ona atası danışıb. Bundan sonra MTN əməkdaşları ilə onun hər hansı münasibəti olmayıb. Atası Nəsib Əliyev isə Elçin, Rauf və Ceyhun adlı şəxslərin şikayəti ilə 2010-cu ildə yenidən MTN-ə çağırılıb.
2010-cu ildən yaşamaq üçün Moskva şəhərinə getdiyini deyən E. Əliyev bildirib ki, 2013-cü ildə anasının ona zəng edərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarıldığını söyləyib. O, “Badu Kubə” MTK-nın inşa etdiyi Yeni Günəşli qəsəbəsi V massivindəki yaşayış binasında mənzillərin təkrar satışında ittiham edildiyini bildirib.
2015-ci ilin sentyabrın 2-də o, Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq 8 aydan sonra Azərbaycana ekstradisiya edilib. Hazırda barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılır.
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video