İşə düzəltmək adı ilə vətəndaşları aldadan dəstə ifşa olundu
Daxili işlər orqanları internet vasitəsilə iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlayn yolla iş təklif edən və bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən tədbir nəticəsində məlum olub ki, Beyləqan rayon sakinləri Səməd Bəbirov, qardaşı Yusif və Cabir Nəsirov cinayət əlaqəsinə girərək müxtəlif iş elanı saytlarında özlərindən uydurduqları “Azərqida” MMC, “Elit Grand Park” firmalarına və “Guess” ayaqqabı fabrikinə guya işçi axtarıldığı barədə elanlar yerləşdiriblər.
Dəstə üzvləri həmin elanlarla bağlı müraciət edən vətəndaşlardan əmək sığortası adı altında S.Bəbirovun “Kassam.az” elektron pul kisəsi xidmətində qeydiyyatdan keçmiş hesabına müxtəlif məbləğlərdə pul köçürmələrini tələb ediblər.
Pullar hesaba köçürüldükdən sonra adıçəkilən şəxslər pul vəsaitlərini çıxararaq çoxsaylı vətəndaşlara külli miqdarda ziyan vurublar.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, kompüterlər və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dələduzluq hadisəsi ilə üzləşən vətəndaşların şəxsiyyətləri müəyyən edilib və onlar zərərçəkən şəxs qismində Baş İdarəyə dəvət olunublar. Həmin vətəndaşların ərizə və şikayətləri qəbul edilərək istintaq materiallarına əlavə edilib.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video