Vəhabilər Azərbaycanda məhkəməyə hədə-qorxu gəldilər - "Biz buranı partladarıq"
Hadise
Oxunub: 824
21 in 2016 | 10:11
Vəhabilər Azərbaycanda məhkəməyə hədə-qorxu gəldilər - "Biz buranı partladarıq"












Bu gün Bakı Ağır Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə - Nurəddin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib. Hakimlər kollegiyası zala daxil olarkən dini qruplaşmanın üzvləri "Hökm Allahındır" deyərək etiraz ediblər.

Prokuror çıxış edərkən zalda sakitlik yaranıb, təqsirləndirilənlərdən Fəxri Şirinzadə buna etiraz edərək digərlərindən söhbət etmələrini, məhkəmə iştirakçılarına qulaq asmamalarını deyib: "Qorxmayın, bunlar bizə heç nə edəsi deyillər. Söhbət edin, sakit dayanmayın. Bizi partladası deyillər, biz buranı partladarıq".

Hakim F.Şirinzadəyə xəbərdarlıq edərək sakit dayanmasını istəyib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Nurəddin Xəlilovun ömürlük, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov 20 il, Zaur Əliyev, Fəxri Şirinzadə, Rufiz Bəyimov 18 il, Pərviz Şıxəliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Niyaməddin Xəlilov 16 il, Ceyhun Abdullayev, Ilqar Musayev, Anar Rzayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror çıxış edərkən təqsirləndirilən şəxslər moizə oxuyublar.

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyidi tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu