Yol terroru yenə can aldı
Hadise
Oxunub: 1 060
18 apr 2016 | 21:15
Bərdədə ölüm ilə nəticələnən yol qəzaları baş verib. Bakı, Quba və Sumqayıtdakı hadisələr də xəsarətsiz ötüşməyib.

Yol terroru yenə can aldıBərdədə bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası rayonun Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərtər rayon sakini Qəhrəman Qurbanovun idarə etdiyi, “NAZ LİFAN” markalı minik maşını hərəkətdə olarkən yolu iki hisssəyə ayıran dəmir ayrıca çırpılıb. Zərbənin təsirindən yararsız hala düşən maşında olanlar-84 yaşlı Həmayə Qurbanova, 83 yaşlı Humay Qurbanova və 1 yaşlı Münəvvər Qurbanova bədən xəsarətləri alıblar. Onlar dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarət alan Humay Qurbanovanın həyatın xilas etmək mümkün olmayıb. Hadisə yerinə BDYPİ-nin rəsmiləri cəlb olunub. Aparılan ilkin araşdırmalardan sonra qəzaya səbəb kimi avtomobilin yüksək surətlə idarə edilməsi göstərilib.

Sumqayıtda isə şəhər sakini Valeh Vəliyevin idarə etdiyi “Hyundai” markalı avtobus və Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Hyundai” aşıb. “KamAZ” isə Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə dəyib. Qəza zamanı avtobusda olan 3 sərnişin xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıların vəziyyətini orta-ağır olaraq qiymətləndirir.

Bakıda da yol qəzası baş verib. Hadisə paytaxtın Səbail rayonu ərazisində üzü binə ticarət mərkəzi istiqamətində qeydə alınıb. “Pajero”nun sürücüsünün anidən əyləci basması “Mercedes”lə toqquşmaya səbəb olub. Qəza zamanı “Mercedes”də olan 2 az yaşlı uşaq və bir qadın, həmçinin “Pajero”da olan sərnişinlərdən biri xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Yol- nəqliyyat hadisəsinin səbəbləri avtotexniki ekspertizadan sonra məlum olacaq.

Bakı-Quba yolunda baş verən qəzada “Mercedes”lə "Mitsubişi" toqquşub. Qubanın Atuc kəndi ərazisində qeydə alınan hadisədə bir nəfər xəsarət alıb. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Bütün faktlarla bağlı BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsində araşdırmalara başlanılıb.

kepeztv.az
Dünən, 16:00
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
Dünən, 15:30
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
Dünən, 14:00
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
Dünən, 13:55
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
Dünən, 13:52
Prezident mühüm Fərman imzaladı
Dünən, 13:49
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Dünən, 12:46
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Dünən, 12:41
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
Dünən, 12:35
Binəqədidə obyekt yanır
Dünən, 12:31
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
Dünən, 12:24
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Dünən, 12:15
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
Dünən, 12:11
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Dünən, 11:56
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
Dünən, 11:50
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Dünən, 11:46
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
Dünən, 11:35
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Dünən, 11:25
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
Dünən, 11:00
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
Dünən, 10:21
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Dünən, 10:01
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Dünən, 09:13
Marketdə bu səhvləri edirsinizsə, hər ay cibinizdən yüzlərlə manat çıxır
Dünən, 09:00
Zəngəzur dəhlizinin boğazındakı “kal armud”
25-07-2026, 12:11
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
25-07-2026, 11:39
Putin qadağa qoydu, Makron quçaq açdı - Ermənilər ərikləri Parisə satacaq
25-07-2026, 10:17
Oteldə səhər "açıq bufet"də bunlardan uzaq durun - Təhlükəli qidalar
25-07-2026, 10:01
Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video