Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış
Hadise
Oxunub: 35
11 in 2026 | 11:31
Əsgərin ölüm işində yeni fakt üzə çıxdı–Xəstə olduğundan andiçmə mərasiminə belə qatılmayıbmış


Bu gün, iyunun 11-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə əsgər Fariz Sadiq oğlu İsazadənin ölümü ilə bağlı məhkəmə prosesi davam etdiriləcək. Ötən məhkəmə prosesi emosional anlar və qalmaqallı çıxışlarla yadda qalıb. Hərbi xidmətə çağırıldıqdan qısa müddət sonra həyatını itirən əsgərin valideynləri övladlarının cinayətə bərabər laqeyd münasibət nəticəsində dünyasını dəyişdiyini bildirir və günahkarların ən sərt şəkildə cəzalandırılmasını tələb edirlər.


Musavat.com xəbər verir ki, hazırkı prosesdə hakim qarşısına Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmməd oğlu Məmmədov çıxarılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə (qulluğa laqeyd yanaşma nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) ittiham edilir. Məhkəmə zalında söz alan valideynlər bildiriblər ki, cəmi bir ay əvvəl həqiqi hərbi xidmətə yollanan oğullarının həyatını xilas etmək mümkün olduğu halda, ona vaxtında tibbi yardım göstərilməyib. "Biz övladımızı Vətənə xidmət etmək üçün dövlətə əmanət etmişdik. Cəmi 1 ay sonra onu tabutda geri aldıq. Ən ağrılısı isə budur ki, xəstəliyin qarşısını almaq mümkün olduğu halda, buna laqeyd yanaşılıb", -deyə mərhumun atası Sadiq İsayev məhkəmə zalında emosional şəkildə bildirib.

Məhkəmə araşdırmaları və iş materiallarından məlum olur ki, əsgərin ölümünə aparan hadisələr zəncirində bir neçə mərhələdə kobud səhlənkarlığa yol verilib: “Fariz İsazadə ilkin olaraq Nərimanov rayonunda yerləşən “N” saylı hərbi hissədə tədris kursu keçib. O, hələ 2025-ci ilin may ayının əvvəlində yüksək hərarət, güclü öskürək, halsızlıq və digər ağır respirator infeksiya əlamətləri ilə əlaqədar sanitar hissəyə müraciət edib. İstintaq və məhkəmə araşdırmaları zamanı onun tibbi yardım üçün etdiyi bu müraciətlər rəsmən təsdiqlənib. Əsgər 6 və 9 may tarixlərində də Bakının Nərimanov rayonundakı hərbi hissənin tibb məntəqəsinə müraciət etsə də, hər iki halda baxış keçirilərək geri göndərilib. Mayın 10-da Nərimanovdakı hərbi hissədə keçirilən andiçmə mərasimində əsgər xəstə olduğu üçün iştirak edə bilməyib. Həmin gün şəxsi heyətin bölgüsü aparılıb və Fariz İsazadə Quba rayonunda yerləşən hərbi hissəyə göndərilib. O, saat 15:00 radələrində artıq Qubadakı xidmət yerinə çatıb. Qubaya çatdıqdan sonra əsgərin vəziyyəti daha da ağırlaşıb. O, mayın 11-i səhər saatlarında hospitala yerləşdirilib. Lakin xəstəliyin ilkin mərhələsində düzgün tibbi müdaxilə edilmədiyindən vəziyyət sürətlə ağırlaşıb və əsgərdə infeksion-toksiki şok, ağır pnevmoniya, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.

Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsinə və həkimlərin bütün səylərinə baxmayaraq, Fariz İsazadə elə həmin gün mülki xəstəxanada dünyasını dəyişib. Əsgərin valideynləri deyir ki, övladları ağır vəziyyəti nəzərə alınmadan onun başqa hərbi hissəyə göndərilməsi ciddi suallar doğurur. Aydın olur ki, Nərimanovdakı hərbi hissənin tibb xidməti əməkdaşları əsgəri sənəd üzərində "sağlam" kimi rəsmiləşdirərək növbəti xidmət yerinə yola salıblar. Orada əsgəri qəbul edərkən də məsuliyyətsizlik üzündən onun sağlıq durumu nəzərə alınmayıb. Məhkəmədə o da məlum olub ki, əsgərin xidmət keçdiyi hərbi hissənin tibb məntəqəsi müvafiq tibb təhsili olmayan sanitarın ümidinə qalıb. Növbətçiliyə klinik təcrübəsi olan həkim yox, yalnız sanitariya-gigiyena profilli sanitar təyin edilib ki, bu da kritik vəziyyətdə düzgün qərar verilməsini əngəlləyərək faciəni dərinləşdirib. Digər bir diqqətçəkən fakt isə hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafənin olmasıdır. Buna baxmayaraq, pnevmoniya şübhəsi olan əsgər vaxtında hospitala göndərilməyib. Cinayət işi üzrə təqsirləndirilən tibb xidmətinin rəisi, tibb leytenantı Vaqif Məmmədovun fəaliyyəti məhkəmədə xüsusi müzakirə mövzusu olub. İttihama görə, Vaqif Məmmədov xəstəni hərtərəfli müayinə etmədən, arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini yoxlamadan, sadəcə bəhanə xarakterli baxış keçirərək onu yenidən xidmət yerinə qaytarıb. Zərərçəkmiş tərəf vurğulayır ki, o, həm həkim, həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi əsgərin və onu müşayiət edən şəxslərin dəfələrlə etdiyi müraciətlərə lazımi qaydada reaksiya verməyib. Məhkəmədə ifadə verən Vaqif Məmmədov isə ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, xidmət etdiyi dövrdə əsgərlərin sağlamlıq vəziyyətini mütəmadi yoxladığını iddia edib.

Xatırladaq ki, Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl Bakı Hərbi Məhkəməsində başqa bir cinayət işi də araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalov və İlqar Abdullayev mühakimə olunublar. Mərhumun atası Sadiq İsayev eyni ittihamlarla mühakimə olunan şəxslər barədə fərqli məhkəmə qərarlarının çıxarılmasının ailədə ciddi narazılıq və şübhələr yaratdığını bildirib. Əsgər atası ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümü ilə bağlı bütün həqiqətlərin üzə çıxarılmasını, hadisədə əli olan bütün şəxslərin qanun qarşısında cavab verməsini və məhkəmə araşdırmasının tam obyektiv aparılmasını tələb edib. Yaxınları vurğulayırlar ki, belə faciələrin təkrarlanmaması üçün bütün məsul şəxslərə adekvat hüquqi qiymət verilməlidir. Məhkəmə prosesinin növbəti iclaslarında əsgərin ölümünə səbəb olan hallar, tibbi sənədlər və vəzifəli şəxslərin məsuliyyət dərəcəsi daha ətraflı araşdırılacaq.
Dünən, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Dünən, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Dünən, 10:18
Polis əməliyyat keçirdi
Dünən, 10:10
Şuşada TDT Forumu keçirilir
Dünən, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12-06-2026, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
12-06-2026, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
12-06-2026, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
12-06-2026, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
12-06-2026, 11:59
Orta aylıq maaş 1200 manata çatır
12-06-2026, 11:24
Prezident həmkarını təbrik etdi
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
12-06-2026, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
12-06-2026, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
12-06-2026, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
12-06-2026, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
12-06-2026, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
12-06-2026, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
12-06-2026, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq