Fazil İsmayılovun prokurorluğa qarşı allergiyası - Yevlax xəstəxanasının direktoru “doğrunun bağrını yarmaq” istəyir

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bu barədə bir həftə əvvəl mediaya Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxs(lər)i tərəfindən işçilərə qanunla nəzərdə tutulandan artıq əməkhaqqı ödənilməsi, işə çıxmayan şəxslərə əməkhaqqı hesablanması və digər yollarla dövlət büdcəsinə məxsus ümumilikdə 73 min manatdan artıq vəsaitin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Lakin bu ittihamla razılaşmayan Yevlax RMX-nın direktoru Fazil İsmayılov ölkə Prezidentinə və Baş prokurorluğa ərizə yazaraq müraciət edib ki, guya mənimsəmələr barədə məlumat həqiqətə uyğun deyil və qərəzli şər - böhtandır. Hətta öz təsir imkanlarından istifadə edərək xəstəxananın tibb personalının üzvlərinə həmin müraciətnaməyə imza atmalarını təşkil edib.
Belə olan halda haqlı suallar meydana çıxır: Fazil İsmayılov əgər öz dürüstlüyünə əmindirsə, nəyə görə ədalət mühakiməsindən qorxmalıdır – prokurorluqdan sonra məhkəmə var, gözləsin, özünü məhkəmə müstəvisində müdafiə edər. Bir də axı, rayon prokurorrunun nəyə görə xəstəxana direktoru ilə şəxsi-qərəzliyi olmalıdır? Əgər belə bir qərəzçilik varsa, deməli, onun tarixçəsi 73 min mənimsəmənin aşkarlandığının elan edildiyi vaxtdan (avqustun əvvəlindən) xeyli əvvələ gedib çıxmalıdır. Xatırladaq ki, bu il may ayının 18-də Baş prokuror Kamran Əliyev Yevlax Rayon Prokurorluğunun inzibati binasında Yevlax, Bərdə, Tərtər, Goranboy, Xocalı rayon, Mingəçevir və Naftalan şəhər sakinləri, həmçinin digər bölgələrdən olan vətəndaşlarla görüşmüşdü. Qəbulda iştirak edən 81 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdi. Fazil İsmayılov rayon prokurorunun qərəzli münasibətindən narahat olsaydı, fürsəti qaçırmaz, onu elə həmin qəbul günü baş prokurora şikayət edərdi.
Başqa bir nüans da var ki, nəzərdən qaçırmaq olmaz: Bu ilin əvvəlində (yanvarın 10-da axşam saatlarında) Yevlax şəhəri, Əhmədağa Baxşıyev küçəsində rayon xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarov qətlə yetirildi. Qətlin tamah məqsədilə törədilməsinə əsaslı şübhələr müəyyənləşdi. 65 yaşlı Bəyaz Cabbarovun evinə gələn şəxslər qonşu mənzilin müşahidə kamerasına düşdüklərindənn sonradan yaxalanmaları çətin olmadı. Xəstə adı ilə evə daxil olan şəxslər həmin vaxt B.Cabbarova hücum edərək ona 20-yə yaxın bıçaq xəsarəti yetirmiş və mənzildə axtarış aparıblarmış. Qeyd edək ki, 65 yaşlı B.Cabbarov 2017-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib. Məlumata görə, Cabbarov özü də direktor vəzifəsinə can atdığından, 2021-ci ilin oktyabrında direktor vəzifəsinə təyin olunan Fazil İsmayılovla münasibəti yaxşı olmayıb. Etibarlı mənbələr bildeirirlər ki, B.Cabbarovun qətl işi araşdırılarkən başqa variantlar (qətlin tamah deyil, qisas məqsədilə, yaxud, sifarişlə yerinə yetirilə biləcəyi) da istisna edilməyib və direktor İsmayılov da sorğulanıb. Axı qarətçilər mənzilə dail olanda B.Cabbarov tək olmayıb, gəlini və nəvələri də evdə olublar. Əgər qarətçilər üzlə tanınmalarından ehtiyat etsəydilər, qadın-uşağı da öldürərdilər. Belə çıxır ki, onları yalnız B.Cabbarov özü tanıyıb və çox ciddi müqavimət göstərdiyi üçün çoxsaylı bıçaq zərbələri vurublar. Ola bilsin, elə o vaxtdan Fazil bəydə prokurorluq orqanına qarşı allergiya yaranıb.
Mövzuya qayıdacağıq.
İbrahim Hümbətov
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi