Bakı şəhər Yaşıllaşdırma təsərrüfatı birliyinin hoqqabazlığı...VİDEO
Dəyərli izləyicilər!
Çox təəssüflər olsun ki bu gün Bakı şəhərində yaşıllıqların,bitkilərin mühafizəsinə cavabdeh olan Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyi Bitki mühafizəsi şöbəsinin bəzi əməkdaşlarının qeyri -qanuni hərəkətlərinə,cinayət törətmiş, yaşıllıqlara qənim kəsilmiş tərəflərlə müəyyən maraqlar müqabilində sövdələşmələrə getdiyilərinə rast gəlinir.
Belə hallar ən çox tikinti sektorunda baş verir. Bəlkədə rəhbərliyin xəbəri olmadan bəzi nəzarətçilər sahibkarlarla dil taparaq hər hansı razılaşmalar əsasında
qanunsuzluqlara imkan
yaradırlar. Belə məsul şəxslər tutduğları -törətdikləri əməllərə görə ifşa olunmalı,cəmiyyətə ictimaiyyətə çatdırılmalı və mühakimə olunmalıdırlar. Əgər əməllərində cinayət tərkibi varsa əks təqdirdə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Bizdə KİV nümayəndəsi,xəbər portalı-internet tv olaraq belə xoşagəlməz hadisələri,qanunsuzluqları,özbaşınalıqları tez -tez dövrü mətbuatda -kanallarımızda işıqlandırmalı oluruq. Əlbəttə təbiəti sevmək,yaşıllıqları qorumaq hər bir vətəndaşın bir vətəndaşlıq borcudur. Amma ağrılı odur ki bu pis nümunələr məhz bu sahəyə cavabdehlik daşıyan məsul şəcxslər tərəfindən törədilərək imkan yaradılır.
Belə neqativ hallara qarşı mübarizədə hər bir ölkə vətəndaşı fəallıq göstərməli,susmamalı və həyəcan təbili çalmalıdır. Bu cür işlərədə rəvanc verənlər ifşa olunaraq ictimai qınağa çevrilməlidirlər.
Ümummilli liderimiz ULU ÖNDƏR HEYDƏR Əliyev zamanında belə qəsbkarlara qarşı öz tutarlı sözüni demiş,mənəvi -siyasi qiymətini vermişdir. Bu gündə həmin sözlər aktualdır və dillər əzbəridir.
Bu yaxınlarda əməkdaşlarımız tərəfindən Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən Topqapı restoranının qarşısında minillik üç çinar ağaclarının lüt üryan halına salınması aşkar edilmişdir. Belə vəhşicəsinə qəsbkarlıq,qənim kəsilmələr,qanunsuz müdaxilələr nədən yaranır və haradan qaynaqlanır?Yəqin ki bu sualların cavabını xeyli axtarmall olacaqıq. Çox təəssüflər olsun ki bu biabırçı mənzərə ilə bağlı suallarımızı ünvanlamaq istədiyimiz Topqapı restoranının rəhbərliyi ilə görüşmək bizə müfəssər olmadı. Yəqinki dəqiq cavab alınca biz bu məsələni daim diqqət mərkəzində saxlayacaqıq.
Digər aşkar etdiyimiz yer isə Azadlıq prospektindən Rəsulzadə qəsəbəsinə gedən istiqamətdə Binəqədi rayonunun altıncımikrorayon ərazisi sayılan,Binəqədi bələdiyyəsinin ərazisi hesab edilən keçmiş Vorovski yaşayış məskəninin elə həmin prospektdən Vorovskiyə girişinin sol tərəfində yerləşən tikinti obyektidir. Obyektin sahibi Rəhman adlı şəxsdir. .
Əldə etdiyimiz məlumatlara görə həmin tikintinin ərazisində yerləşən bir neçə ağacların qətlinə müəyyən sövdələşmələr,ikitərəfli razılaşmalar əsasında məhz Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyi Bitki mühafizəsi şöbəsinin rəisi Şaiq Vəliyev tərəfindən fərman verilmişdir. Biz Bakı şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinin rəisi cənab Həsrət Əmrahovla əlaqə saxlaya bilmirik. Çox istərdik ki Həsrət müəllim bu ittihamlara aydınlıq gətirsin. Məhz onun rəhbərlik etdiyi qurumun adı bu olaylarda hallanır.Deyilənlərə rəğmən külli miqdarda rüşvətin müqabilində bu işlərə imkan yaradılır. Amma yenə də bizim jurnalist araşdırmalarımız davam edir, bu mövzunu tam dəqiqliyi ilə öyrənib ictimaiyyətə təqdim edəcəyik. Nədənsə bu işlərdə İlkin adlı nəzarətçinin adı daha tez -tez,daha çox hallanır. Aidiyyatı qurumlar,hüquq -mühafizə orqanları bu məsələni yəqinki nəzarətə götürərək cavabdeh məsul şəxsləri məsuliyyətə cəlb edəcəklər. Biz buna Dövlətinə -Dövlətçiliyinə xidmət edən,ULU ÖNDƏRİN ideyalarına və onun siyasi kursuna sədaqətlə fəxarətlə qulluq edən KİV RƏHBƏRİ,xəbər portalının,unternet tv -nin rəhbəri kimi mütləq inanırıq.
Digər fakt isə İnqilab küçəsinə yaxın,rabitə qarajın yanında Bakı şəhəri Mənzil kommunal Təssərüfatı Birliyinin on addımlığında,keçmiş tramvay xəttinin yanındadır.Əgər səhv etmiriksə bu ərazi Ceyhun Hacıbəyli küçəsində yerləşir.
Biz əməkdaşlarımızla birgə həmin ərazidə olmuşuq. Orada yaşayan sakinlərlə görüşib söhbət etmişik. Bizlərə həmin ərazidə söküntülərlə bağlı video görüntülər təqdim olunub. Sakinlərin dediyinə görə bəzi vətəndaşlara evdən çıxmaları barədə xəbərdarlıq olmadan evləri uçurulub. Ərazi Nərimanov rayonu ərazisində yerləşdiyi üçün Nərimanov rayonu İcra hakimiyyətinə sakinlər tərəfindən şikayət ünvanlanıb. Ərazidəki yaşıllıqlar məhv edilərək genişmiqyaslı "soyqırım"aparılmışdır. Neçə -neçə ağaclar qəddarcasına məhv edilmişdir. Tikinti işlərinin hansı MTK-tərəfindən aparılması və məsul cavabdeh şəxslərin kimliyi barədə tərəfimizdən araşdırma aparılır. Biz bu mövzunu daim diqqət mərkəzində saxlayacaqıq. Əldə etdiyimiz məlumatlara görə həmin ərazidə tikinti isləri dayandırılmışdır.Bizə xəbər verən mənbə bildirir ki həmin şirkət aidiyyatlı qurumlar tərəfindən yüksək məbləğdə cərimələnmişdi.
Son olaraq bizdə Azerinfo.az ailəsi olaraq bu məsələni daim diqqət mərkəzində saxlayıb nəzarətə götürərək jurnalist araşdırmalarımızı davam etdirəcəyik. Yuxarıda adları çəkilən hər bir təşkilat rəhbərlərinin,şəxslərin və məsul insanların mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq.
Bu gün, 16:00
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
Bu gün, 15:30
Kreditlə həccə getmək olar? — AÇIQLAMA
Bu gün, 14:22
Tehrandan Ağ Evə xəbərdarlıq: Bu halda, ABŞ-ni təslim olmağa məcbur edəcəyik
Bu gün, 13:30
Bakı-Tbilisi xətti yenidən işə düşür - Ailələr daha rahat görüşəcək
Bu gün, 13:25
Şuşa və Trabzon şəhərləri qardaşlaşıb
Bu gün, 13:21
Bu il Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köç olacaq
Bu gün, 13:16
Dünya Bankı: Bakı şəhərsalma baxımından olduqca gözəl inkişaf yolu keçib
Bu gün, 13:12
Sabah Bakıda 25 dərəcə isti olacaq
Bu gün, 12:50
Daşaltı turizm kəndi kimi fəaliyyət göstərəcək
Bu gün, 12:47
Pakistandan şok addım: Səudiyyə Ərəbistanına ordu, qırıcı təyyarələr yerləşdirdi
Bu gün, 11:50
Traktoru arxaya verərkən - Anasının ölümünə səbəb oldu
Bu gün, 11:21
Şuşa-Xankəndi kanat yolu nə vaxt istifadəyə veriləcək? - RƏSMİ AÇIQLAMA
Bu gün, 11:16
Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür
Bu gün, 10:46
Müctəba Xameneinin səhhəti ilə bağlı rəsmi açıqlama: Görünüşü eybəcər hala düşməyib
Bu gün, 10:31
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur
Bu gün, 10:00
Prezident 15 əsr əvvəl çəkilmiş kanalizasiya sistemini nümunə göstərdi
Bu gün, 09:39
Prezident: Təchizat zənciri baxımından Hörmüz böhranı Azərbaycana ciddi təsir göstərmir
Bu gün, 09:33
İlham Əliyev: WUF13-ə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir
Bu gün, 09:29
İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
Bu gün, 09:00
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
Dünən, 16:51
İlham Əliyevlə xanımının tədbirdən - FOTOLARI
Dünən, 16:00
Ermənistan Azərbaycana əsgər göndərəcək? – Paşinyandan “boğucu FƏND”
Dünən, 13:51
Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb
Dünən, 13:47
İlham Əliyev: Azərbaycan öz tarixi irsini qoruyub saxlayır
Dünən, 13:42
İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 5 yeni tunel tikiləcək
Dünən, 13:26
İlham Əliyev: WUF13-də 45 mindən çox şəxs qeydiyyatdan keçib
Dünən, 12:55
Yağıntılar aylıq normanın 589%-ni təşkil edib