İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni gətirilmiş "Boeing-787-8" sərnişin təyyarəsinə baxıb
Gundem
Oxunub: 1 740
3 yan 2015 | 17:40
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus yeni gətirilmiş "Boeing-787-8" Dreamliner sərnişin təyyarəsinə baxıblar.

"AZAL" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına yeni təyyarə barədə məlumat verdi.

"Boeing-787-8" Dreamliner ən müasir tipli hava gəmilərindəndir. Son texniki nailiyyətləri özündə birləşdirən layner daha uzaq məsafələrə uçuşlar həyata keçirməyə imkan yaradır. Ən yeni texnologiyaların tətbiq edilməsi nəticəsində isə təyyarədə yüksək mənfəətli istismar, yanacağa qənaət və sərnişinlər üçün rahat şərait var. Bu təyyarə həm texniki, həm də xidmət cəhətdən digər hava gəmilərindən fərqlənir. Onun çəkisi analoji təyyarələrlə müqayisədə daha yüngüldür. Buna baxmayaraq, uçuş məsafəsi və yükqaldırma imkanı digərlərindən çoxdur və 20 faiz az yanacaq sərf edir. Geniş gövdəli bu təyyarə 210 sərnişin tutumuna malikdir. Fasiləsiz 15 saat uçuş yerinə yetirən bu layner birbaşa 15 min 700 kilometr məsafə qət edə bilir. Dreamliner bu göstəricilərə görə hazırkı sərnişin təyyarələri arasında liderdir. Laynerin sərnişin salonunda üç növ oturacaq və onlara uyğun fərqli xidmət sinifləri mövcuddur. Təyyarənin bütün aeronaviqasiya və sərnişin salonunun audio-video sistemləri ən son texnoloji yeniliklər əsasında tərtib olunub. Bu təyyarə ilə ilk mərhələdə Bakıdan Pekinə, Londona və Avropanın digər şəhərlərinə uçuşlar yerinə yetiriləcək. Bu ilin yay mövsümündən isə hava gəmilərinin Nyu-York və yeni açılacaq hava xətlərində istismarı gözlənilir.

Belə hava layneri MDB məkanında və bir sıra Şərq ölkələri arasında ilk dəfə Azərbaycana gətirilib. Son illərdə digər sahələrdə olduğu kimi, mülki aviasiya sahəsində də uğurlu inkişaf mərhələsi yaşanır. Bu inkişaf özünü həm yeni aerovağzal komplekslərinin inşasında, həm də yeni müasir hava gəmilərinin alınmasında daha aydın göstərir. Bu baxımdan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aviaparkının ən müasir "Boeing-787-8" Dreamliner sərnişin təyyarələri ilə gücləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. "Azərbaycan Hava Yolları"ın və ümumilikdə, Azərbaycan mülki aviasiyasının nailiyyətləri Prezident İlham Əliyevin bu sahəyə birbaşa göstərdiyi diqqət və qayğının nəticəsidir.

İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni gətirilmiş "Boeing-787-8" sərnişin təyyarəsinə baxıb
İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni gətirilmiş "Boeing-787-8" sərnişin təyyarəsinə baxıb
/President.az/
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu