Dövlət xaricdə oxutduğu tələbələrə iş verəcək
Gundem
Oxunub: 2 265
2 dek 2014 | 12:28
Dövlət xaricdə oxutduğu tələbələrə iş verəcək


















İnzibati reqlament hazırlanıb.

İqtisadiyyat və Sənaye Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlament hazırlayıb.

Azerinfo.az xəbər verir ki, APA-nın məlumatına görə, ictimai müzakirəyə çıxarılmış reqlament layihəsinə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” (Dövlət Proqramı) çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu” elektron xidməti yaradacaq və bu elektron xilmət “e-gov.az” və “economy.gov.az/e-xidmetler” saytlarında təqdim olunacaq.

Elektron xidmətin nəticəsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilmələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməsi nəzərdə tutulub.

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunacaq. Bu sənədlərin siyahısına ehtiyat kadrlar siyahısına daxil edilmək üçün köməklik edilməsi barədə iqtisadiyyat və sənaye nazirinin adına yazılmış ərizə, şəxsiyyəti təsdiq edən sənədin, xaricdə təhsilin nəticəsi olaraq verilmiş sənədin (diplomun), əmək kitabçasının (olduğu təqdirdə), ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə), sağlamlıq haqqında arayışın və Təhsil Nazirliyi tərəfindən verilmiş və Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almanı təsdiq edən müvafiq arayışın skan edilmiş surətləri, kadrlar uçotunun şəxsi vərəqəsi, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələr daxildir.
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu