Yevda Abramov maşınla adam öldürəni müdafiə etdi
Günlərdir mətbuatın gündəmindən düşməyən hadisəyə münasibət bildirən Y.Abramov Modern.az-a açıqlamasında Quba rayonundan olan yəhudi əsilli Ə.Zeynalovun törətdiyi qəzanın ictimailəşdirilməsindən və siyasiləşdirilməsindən şikayət edib.
Deputat bildirib ki, Ə.Zeynalovun milliyətcə yəhudi olması qəza ilə bağlı məsələdə hallandırılmamalıdır.
Bu bir qəzadır, faciədir. Buna siyasi don geyindirmək, milli don geyindirmək bizə yaraşmaz. Qəza elə şeydir ki, nə milliyyətə baxır, nə də yaşa. Qəzadır da olub, o da cavan oğlandır, gözəl gələcəyi var. Kim istəyər ki, insan həyatına son qoyub həbsxanaya düşsün?
Mən onun ailəsini də tanıyıram. Həmin oğlan Bakıda anadan olub, əsli Qubadandır. Bu o demək deyil ki, əsli qubalı olan qəza törətməlidir? Mən də onun ailəsinin dərdinə şərikəm"-deyə Y.Abramov bildirib.
Millət vəkili Yevda Abramov Ə.Zeynalovun atası Abbas Zeynalovu yaxından tanıdığını bildirib. Deputatın sözlərinə görə, Abbas Zeynalov Azərbaycan dövlətinə bağlı adam olduğu üçün o da bu hadisədən böyük sartsıntı keçirib.
"Onun atası çox gözəl insandır. Gözəl həkim olmaqdan yanaşı, həm də Azərbaycan dövlətini sevən bir insandır. Xoşməramlı səfirdir. Hər adama belə bir titul verilmir. Bu hadisə onun üçün də ağır zərbə oldu. O da dərdini ailə üzvləri ilə bir yerdə çəkir.
O uşaq nabələd sürücü olmayıb. Sürücülük məktəbini öz savadına bitirib. Qəza olub, başqa nə etmək olar ki? Gərək ki, olmayaydı, olubsa da nə etmək olar?".
Qeyd edək ki, iyunun 9-da paytaxında Azadlıq meydanında baş verən bu hadisə günlərdir mətbuatın gündəmindən düşmür. Əslən Quba rayonundan olan yəhudi əsilli Əbil Zeynalov idarə etdiyi 190 min manatlıq Mercedes Gelandwagen markalı avtomobillə 13 yaşlı paytaxt sakini İsmayılova Tahirəni vurub. Hadisə zamanı tutulan 19 yaşı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə, etirazlara səbəb olub. cəmiyyətdə birmənalı qarşılanmayıb .
İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən baş verib.
Ə.Zeynalovun atası Abbas Zeynalov Qubanın imkanlı şəxslərindəndir. Milliyyətcə yəhudi olan Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimədir. Zeynalovlar Qubada yaşayır.
http://faktxeber.com
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu