Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub - YENİLƏNİB
Gundem
Oxunub: 1 560
4 okt 2014 | 15:00
Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub - YENİLƏNİBİşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub.
APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənov Binəqədi qəbristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

***

Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun dəfn mərasimi başlayıb
İşğal olunmuş Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən öldürülmüş Həsən Həsənovun meyiti dəfn olunmaq üçün Bakının Binəqədi rayonuna aparılıb. APA-nın dəfn mərasimini izləyən əməkdaşının verdiyi məlumata görə, H. Həsənovun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən götürülüb. Cənazə götürülməzdən əvvəl qısa mərasim keçirilib. Mərasimdə "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarı səsləndirilib.
Mərhumun qardaşı Nail Həsənov bildirib ki, qardaşı tez-tez yuxusuna girir və sağ olduğunu deyir: "Bu gün Qurban bayramı qeyd olunur, qardaşım da vətən uğrunda qurban gedib".
Mərhumun ruhuna dualar oxunduqdan sonra Azərbaycan bayrağına bükülmüş tabutu dəfn olunmaq üçün ailəsinin yaşadığı Binəqədi rayonuna aparılıb.
Dəfn mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixində qarşı tərəfdən alınıb.
Kəlbəcərdə ermənilər tərəfindən öldürülmüş Həsən Həsənov Bakıda dəfn olunub - YENİLƏNİB
Bu gün, 10:55
ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Bu gün, 10:50
Son Dəqiqə: İran İsraildə elektrik stansiyasını VURDU
Bu gün, 10:32
Bakı metrosunda HƏYƏCANLI ANLAR
Bu gün, 10:30
Epşteyn sənədlərində yeni iddialar - Ədliyyə Nazirliyi gizlədilən materialları açıqladı
Bu gün, 10:29
DİN Gəncədə əməliyyat keçirdi: Həbs olunan var - VİDEO
Bu gün, 10:19
“Real” “Mançester Siti”yə, PSJ “Çelsi”yə qarşı
Bu gün, 10:14
“TikTok”da sevgilisi ilə görüntülərini paylaşdı - Cəzalandırıldı
Bu gün, 10:05
Son Dəqiqə: İranın daxilində əməliyyatlar başladı
Bu gün, 10:02
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Bu gün, 09:27
ABŞ-nin İrandakı əməliyyatı zamanı 150 əsgəri yaralanıb - KİV
Bu gün, 09:24
KİV: İran Hörmüz boğazını minalayır
Bu gün, 09:17
Ağ Evdən İrana son xəbərdarlıq: "Quru əməliyyatı masadadır, tam təslim olun!"
Bu gün, 09:15
Araqçidən dünyaya qorxunc xəbərdarlıq: "Böyük neft krizinə və bahalaşmaya hazır olun"
Bu gün, 09:11
İran: Türkiyəyə raket atmamışıq – Araqçi iddiaları təkzib etdi
Bu gün, 09:04
Neftin qiyməti ilə bağlı sensasion proqnoz - Martın sonunda nə baş verəcək?
Bu gün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
Dünən, 17:30
İranın İsrailə hücumunda 2 azərbaycanlı həlak oldu - Foto
Dünən, 16:00
Hörmüzdən keçən gəmilərdən haqq alınacaq
Dünən, 15:30
İran müharibəsi: ABŞ dollarına təhlükə və Trampın ərəb ölkələrinə verdiyi dərs
Dünən, 14:22
Sabah hava yağıntılı olacaq
Dünən, 13:11
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dünən, 13:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dünən, 12:44
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dünən, 12:34
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Dünən, 11:33
Çindən tarixi addım: 53 ölkə ilə bütün məhsullara gömrük tariflərı ləğv edildi
Dünən, 11:24
SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər
Dünən, 11:17
Hamamda “kalonka” partladı - Ölən var