"Ərdoğanın Səudiyyədəki edamda əli var"
Dunya
Oxunub: 1 425
8 yan 2016 | 20:39
Bu barədə İran KİV-ləri məlumat yayıb.
"Ərdoğanın Səudiyyədəki edamda əli var"
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Tehrana İran KİV-lərində prezident Rəcəb Tayyib Ərdoğanla bağlı yayılan məlumatlara görə etirazını bildirib.

ANS PRESS-in məlumatına görə, İran KİV-lərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci il dekabrın 29-da Səudiyyə Ərəbistanına səfər etməsi və bunun tanınmış şiə ilahiyyatçısı ayətullah Nimr əl-Nimrin edamı ilə əlaqəsinin olması ilə bağlı məlumatlar yayılıb.
Türkiyə Xarici İşlər Nazirliyinin saytında yazılan xəbərlərə əsasən, ölkə başçısı ilə bağlı yayılan məlumatlara görə, İran səfiri Türkiyə XİN-ə çağırılıb.
"Biz bilmək istəyirik ki, prezidentin Səudiyyə Ərəbistanına son səfəri İran rəsmi orqanları tərəfindən niyə pislənir və nə üçün bu səfər oradakı edamla əlaqələndirilir", - Türkiyə XİN-in məlumatında deyilir.
İki ölkə arasında münasibətlər yanvarın 2-dən etibarən gərginləşməyə başlayıb. Həmin gün Səudiyyə Ərəbistanında 47 nəfər haqqında ölüm hökmü icra edilib.
Haqqında edam cəzası çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz-Zəhrani və digər din xadimi Şeyx Nimr əl-Nimr də var.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi bəyan edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər. Onlar terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
Bu hadisədən sonra Tehran sakinləri bu şəhərdə yerləşən Səudiyyə Ərəbistanı səfirliyinə hücum ediblər. Din alimi Nimr əl-Nimrin bir neçə gün öncə Səudiyyə Ərəbistanında edam edilməsindən sonra İranda buna qarşı etirazlar başlayıb.
Bundan başqa, ötən gün rəsmi Tehran Səudiyyə Ərəbistanını Yəməndə İran səfirliyinə aviazərbə endirməkdə günahlandırıb. İran səfirliyinin yaydığı məlumata əsasən, Səudiyyə Ərəbistanının İran səfirliyinə endirdiyi aviazərbələr nəticəsində bir neçə mühafizə əməkdaşları xəsarət alıb.
İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Bjaber Ansarın dediyinə əsasən Səudiyyə Ərəbistanı səfirliyin binasına və əməkdaşlarına dəyən zərərə görə məsuliyyət daşıyır.
Məlumat yayıldıqdan sonra Ər-Riyad da buna münasibət bildirib. Onların sözlərinə əsasən, avizərbələr Yəməndə husiləri məhv etmək üçün endirilib, ola bilər ki, bu zaman İran səfirliyinə də dəyib. Lakin bu, təsadüfi haldır.
Bu gün, 11:14
NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
Bu gün, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Bu gün, 10:39
8 gün əvvəl qızıl medal qazanan cüdoçumuz vəfat etdi
Bu gün, 10:27
Zakir Həsənov hərbçilərə nə arzuladı?
Bu gün, 10:17
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
Bu gün, 10:11
Süni intellekt vəkilləri də əvəzləməyə başlayır — Açıqlama
Bu gün, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
Bu gün, 09:40
Yaponiyada yenidən güclü zəlzələ oldu
Bu gün, 09:35
Avropada rekord istilər - Yüzlərlə ölən var
Bu gün, 09:32
Venesuelada zəlzələdə ölənlərin sayı 235-ə çatdı
Bu gün, 09:26
Arda DÇ-də rekorda imza atdı
Bu gün, 09:23
Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
Bu gün, 09:11
Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Bu gün, 09:00
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günüdür
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR