4 ildə 43200 dəfə təcavüzə uğramış qız danışdı - VİDEO - FOTO
Dunya
Oxunub: 1 798
12 noy 2015 | 21:13
4 ildə 43200 dəfə təcavüzə uğramış qız danışdı - VİDEO - FOTO









"İnsanlar öləndən sonra cəhənnəmə düşməkdən qorxurlar. Mənsə o cəhənnəmi artıq görmüşəm. Gündə 30 dəfə təcavüzə uğrayan insan başqa nə düşünə bilər ki?!"

Karla Hasinto Romeroağlamamaq üçün dodaqlarını dişləyir. Gözlərini yaş doldursa da, ağlamır.
O, aldadılaraq zorla fahişəliyə vadar edildiyini, 4 il "cəhənnəm"də yaşadığını, hər gün 30 kişiyə "xidmət"ə məcbur qaldığını və bu minvalla 43200 dəfə təcavüzə uğradığını deyib.

Meksikanın paytaxtı Mexikoda yaşayan Karla Hasintonun ailəsinin evi kilsənin yanındadır.

Və o, elə kilsənin bağçasında danışır.

Dediyinə görə, insan alverçilərinin əlinə düşəndən sonra ağlagəlməz əzablara məruz qalıb: "Hər gün 30 kişiyə "xidmət" etməliydim. Beləcə, həftədə 7 gün, fasiləsiz..."
23 yaşlı Karlanın sözlərinə görə, hər şey 12 yaşı olanda başlanıb.
"12 yaşım vardı və Mexikodakı metro stansiyalarının birinin yanında, xalamın evinin qarşısında oynayırdım. Birdən şirniyyat satan oğlan mənə yaxınlaşdı və konfet verdi. Dediyinə görə, konfetləri bir kişi yollamışdı. Sonra həmin kişi yanıma gəldi, daha çox konfet verəcəyini dedi. Uşaqdım, heç nə bilmirdim. Maşına oturduq və məni tanımadığım yerə apardılar. Məni aparan kişi çox mehriban danışırdı. Dedi ki, gəzməyə gedəcəyik. 22 yaşlı oğlan gəldi və əlimdən tutub məni apardı.
Şəhəri gəzdik, sonra evə getdik. Həmin oğlan üç ay evimizə gəlib-getdi. Mənə konfet, şokolad, oyuncaqlar alırdı. 13 yaşım olanda isə məni Tenansinyo şəhərinə gəzməyə aparmağı təklif etdi. Evdən qaçıb gəzintiyə yollandım - bu səfərimdən anamın xəbəri yoxdu.
Tenansinyoya çatanda bir evə getdik. Axşam saatlarında həmin oğlan məni döydü, sonra da zorladı. Səhər dedi ki, fahişəlik etməliyəm, müştəriləri qəbul etməliyəm. Ağladım, qaçmaq istədim. Məni tutub amansızlıqla döydü və dedi ki, bir də qaçmağa cəhd etsəm, gözlərimi çıxaracaq, dilimi kəsəcək. Beləcə, 4 illik cəhənnəm başladı. Hər gün 30 "müştəri"yə "xidmət" edirdim. Həftədə 7 gün..." - Karla Hasinto söyləyir.

Onun sözlərinə görə, Qvadalahara şəhərində də "müştəri" yanına aparılıb: "Kişilərlə yataqda olanda gözlərimi yumur, ağlayırdım. Onları görmək istəmirdim. Tanrıya yalvarır, ölüm istəyirdim".

Karlanın sözlərinə görə, onu fahişəliyə vadar edən adamın adıXuandır.
"Günlərin birində, oteldə "müştəri"lərlə olanda polis reydi başlandı. Bütün "müştəri"ləri tutub apardılar. Düşündüm ki, şükür Tanrıya, canım qurtardı, evə qayıda bilərəm. Onda 15 yaşım vardı. Mənimlə otaqda 12-13 yaşlı, fahişəliyə vadar edilmiş qızlar vardı. Polis zabitləri bizi soyundurdular, videolarımızı çəkdilər, sonra da ən iyrənc formada təcavüz etdilər. Dedilər ki, əmrlərini yerinə yetirməsək, öldürərlər", - Karla deyib.
Onun sözlərinə görə, "çalışdığı" bordeldə 10 yaşlı qızlar da vardı.
Karlanın 15 yaşı olanda o, qız anası olub. Uşağın atası Karlanın sutenyoru idi.
Karla Hasinto 2008-ci ildə, xüsusi təyinatlı polis dəstəsinin keçirdiyi əməliyyat zamanı azad olunub.
Onda Karlanın 16 yaşı vardı.
"Bunları niyə danışıram?! 12 yaşında oğurlanan, fahişəliyə vadar edilən, 16 yaşında bu əzabdan qurtulan insanam. Məni bu kökə salanların hamısının cəzalandırılmasını istəyirəm. İstəyirəm ki, taleyimi heç bir qız yaşamasın", - Karla Hasinto söyləyib. (milli.az)

4 ildə 43200 dəfə təcavüzə uğramış qız danışdı - VİDEO - FOTO
4 ildə 43200 dəfə təcavüzə uğramış qız danışdı - VİDEO - FOTO
4 ildə 43200 dəfə təcavüzə uğramış qız danışdı - VİDEO - FOTO

Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə