Prezident terrorçunun əlini sıxdı
Kubada Kolumbiya dövlət başçısı ilə "FARK" qruplaşmasının lideri arasında razılıq əldə olunub

Kubanın paytaxtı Havanada tarixi görüş baş tutub. Kolumbiya prezidenti Xuan Manuel Santosla solçu "FARK" hərəkatının lideri, döyüş ləqəbi "Timoşenko" olan Timoleon Ximenes arasında tarixi razılaşma və əlsıxma olub. Yarım əsrdən çoxdur ki, "FARK" üsyançı-marksist qruplaşması Kolumbiya hakimiyyətinə qarşı vuruşur, lakin 2012-ci ildə Kubada başlayan danışıqlar dünən ilk nəticəsini göstərib. Rəsmi Boqota və partizan hərəkatının nümayəndələri arasında səhra komandirlərinin insan haqlarının pozulmasına görə məsuliyyət daşıması məsələsində razılığa gəlinib. Bu, Kolumbiyada vətəndaş müharibəsində sülhün bərqərar edilməsinin önünü kəsən sonuncu maddə idi. "FARK" liderləri bəyan edirdilər ki, yalnız o halda hakim qarşısına çıxarlar ki, Kolumbiya hərbi qüvvələrinin rəhbərliyi də eyni addımı atsın.
"Düz 6 aydan sonra biz təkcə Kolumbiyanın deyil, bütün Amerikanın tarixində sonuncu və ən uzun müharibəyə son qoyacağıq." - Kolumbiya prezidenti Xuan Manuel Santos belə deyib. "FARK" lideri Timoleon Ximenes isə bildirib ki, hüquqi məsuliyyətin təkcə bir tərəfin deyil, münaqişənin bütün tərəfləri üzərinə qoyulması ilə bağlı razılaşma əldə edilməsindən razıdır.
Bu ilin iyulunda "FARK" üsyançıları birtərəfli atəşkəs elan edib və tərəflər əraziləri minadan təmizləməyə başlayıblar. Kolumbiyada "FARK"la sülh sazişi üçün həll edilməmiş yeganə məsələ üsyançıların silahı yerə qoymasıdır. "FARK" 1964-cü ildən bəri Kolumbiya hakimiyyətinə qarşı mübarizə aparır. Bu müddət ərzində 200 mindən çox adam münaqişənin qurbanı olub.
Kolumbiya hakimiyyəti qruplaşmanı narkotik alverində ittiham edib, ABŞ və Avropa Birliyi isə "FARK"ı terror təşkilatı kimi tanıyıb.

Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə