Rusiya, Türkiyə və Fələstin dövlət başçıları Moskvada 10 min nəfərlik məscid açdılar
Dunya
Oxunub: 974
23 sen 2015 | 18:37
Rusiya paytaxtında inşa edilən 10 min nəfərlik Mərkəzi məscidin təntənəli açılışı olub. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Prezidenti Mahmud Abbas, habelə bir sıra müsəlman ölkələrinin nümayəndələri, səfirlər və Rusiyada fəaliyyət göstərən digər dini konfesiyaların rəhbər şəxsləri iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, bu hadisə Rusiya-Türkiyə yaxınlaşması fonunda çox mühüm hadisə kimi dəyərləndirilir və açılış mərasiminin "Fatihə" surəsinin oxunması ilə başlaması İslam aləminə bir sevgi mesajıdır, dünyaya sülh çağırışıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında məhz bu fikirləri ön plana çəkib: "Moskvada məscidin insanlığa ehtiyacımız olduğu bir gündə açılması dünyada sülhün bərqərar olmasına kömək edəcək. Rusiyadakı müsəlman qardaşlarımızla aramızda olan münasibətlər iki ölkə arasında olan əlaqələri daha da inkişaf etdirməyə sövq edir. Rusiya fərqli inanclara sahib insanların bir yerdə yaşamasına ən böyük nümunədir.
Onun dünyadakı ədalətsizliyə qarşı reaksiyası da diqqətdən qaçmayıb: "İsrailin Fələstinə qarşı ədalətsiz münasibəti nəticəsində əl-Əksa məscidi təhlükəli vəziyyətə düşüb. Suriya, İraq, Liviya və Misirdən qaçan insanlar Avropada sığınacaq tələb edirlər. Bu gün bu utancverici mənzərənin şahidiyik. Aralıq dənizində ölən insanlığın vicdanıdır, insanlığın özüdür. Bölgəmizdə yaşanan hadisələrə bu prizmadan baxmalıyıq. Yaxın Şərqdə olan atəşi biz öz sevgimizlə söndürməliyik."

R.T.Ərdoğan bildirib ki, Türkiyə tarixi boyu hər zaman müxtəlif inanclara sahib insanların vətəni olub. Onun sözlərinə görə, İstanbul başqa olmaqla, bir çox şəhərlərdə kilsə, məscid və sinaqoqları birlikdə görmək mümkündür. Xalqların sülh şəraitində yaşaması Rusiya və Türkiyənin müştərək təcrübəsidir. Bu gün biz həmin təcrübəni burada nümayiş etdiririk. Bu gün ölkəmizdə on minlərlə rus yaşayır. Həmin ruslar özlərini türklərdən ayrı hiss etmirlər. Biz onları qəbul etməkdən çox məmnunuq.
Rusiyanın dövlət başçısı İslam dininə böyük dəyər verərək məscidin açılışını Rusiya müsəlmanları üçün böyük tarixi hadisə adlandırıb: "İslam Rusiyanın ənənəvi dinlərindən biridir. "Quran"da deyildiyi kimi, yaxşı işlər görməyə səy göstərin. Müsəlman izi hər zaman tariximizdə olub. Bunu paytaxt Moskvanın küçələrinə baxdıqda da görmək olar. Son 20 ildə Rusiyada İslamla bağlı ibadət yerlərinin sayı dəfələrlə artıb. Minlərlə insan Rusiyadan hər il Həccə gedir. Bu gün Yaxın Şərqdə siyasi məqsədlərlə insanların dini hisslərindən istifadə olunur. İslam adı altında hansı vəhşiliklərin törədildiyini, insanların və tarixi abidələrin məhv edildiyini görürük."
Fələstin prezidenti Mahmud Abbas dünya müsəlmanları üçün xüsusi önəmi olan Əl-Əqsa məscidinə İsrail tərəfindən olan hücumları pisləyib, buna biganə qalan dünya ictimaiyyətini isə qınayıb.
Bildirək ki, Ərdoğanın Moskvaya səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı gözlənilir. Beynəlxalq ictimaiyyət isə bu görüşü böyük maraqla izləyir.
Siyasi icmalçı Rüstəm Məmmədov ANS PRESS-ə bildirib ki, Ərdoğanın Moskva səfəri Qarabağla bağlı müəyyən irəliləyişin yaranacağı ümidi yaradır: "Əgər biz 1921-ci ildə baş verən hadisələrə nəzər salsaq görərik ki, Türkiyə ilə Rusiya Dağlıq Qarabağ, Naxçıvan məsələsinin həllinə əncam çəkiblər. Yəni belə görünür ki, regional məsələlərin həllində Rusiya-Türkiyə əməkdaşlığı daha önəmlidir. Bu mənada mən bu görüşə çox böyük əhəmiyyət verirəm."
Onun sözlərinə görə, əslində, Qərb dünyası özünü Azərbaycana, Dağlıq Qarabağa münasibətilə tamamilə perspektivsiz olduğunu sübuta yetirib. Azərbaycan dünyanın ən gözəl işlərini görsə də Qərb bunu qəbul etmir. Bu, o deməkdir ki, Azərbaycan özünə alternativ yol tapmalıdır, alternativ siyasi sığınacaq axtarmalıdır: "Bu siyasi sığınacaq modelinə müəyyən dərəcədə Rusiya iddialıdır. Rusiya öz siyasətilə sübut etməyə çalışır ki, Azərbaycana Qərbdən daha çox yararlı olacaq. Azərbaycan üçün kimin onun üçün yararlı olacağının fərqi yoxdur, təki yararlı olsun. Bu mənada əgər Rusiya doğrudan da rəsmi Bakıya real dəstək verəcəksə, proseslərə kömək edəcəksə, təbii ki, Rusiya ilə əməkdaşlıq genişlənə bilər.
Siyasi şərhçi diqqətə çatırıb ki, Rusiya müxtəlif yollarla balans axtarır, yəni istəyir və çalışır ki, Azərbaycanın, Ermənistanın öz təsir dairəsindən çıxmasına imkan verməsin. Bu mənada sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi elə buna oxşardır. Sülhməramlıların yerləşdirilməsi Azərbaycanın xeyrinədir, Ermənistana yardımın göstərilməsi isə İrəvana dəstəkdir. Ona görə Rusiyanın siyasəti indi daha önəmli görünür, nəinki Qərbin. Qərb indi öz hayındadır. Onlar çalışır ki, öz problemlərini həıll etsinlər. Onlar üçün, Azərbaycan, Dağlıq Qarabağ problemi önəmli deyil.
Ümumiyyətlə, 19 min kvadratmetr sahəyə malik 3 mərtəbədən və iki minarədən ibarət olan məscid Avropanın ən böyük məscidlərindən biridir. Məscidin hündürlüyü 46 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün şəhəri seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin İslam dininin əsas rəmzi sayılan məscidin inşa edilməsində Prezident Putinin və Moskva meri Sergey Sobyaninin xüsusi xidmətləri olduğunu, dağıstanlı iş adamı Süleyman Kərimova isə göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirib. Burada eyni vaxtda 10 min insan namaz qıla biləcək.
Rusiya, Türkiyə və Fələstin dövlət başçıları Moskvada 10 min nəfərlik məscid açdılar
Rusiya, Türkiyə və Fələstin dövlət başçıları Moskvada 10 min nəfərlik məscid açdılar
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu