Ərdoğanı hədələyən İŞİD-çinin şəxsiyyəti məlum oldu

Acıpayamın qohumu onun namazdan, ibadətdən uzaq bir insan olduğunu bildirib
Bir neçə gün əvvəl video-müraciəti yayılan türkiyəli İŞİD terrorçusunun şəxsiyyəti məlum olub. ANS PRESS-in məlumatına görə, kod adı Əbu Ammar olan İŞİD üzvünün 47 yaşlı Fatih Acıpayam olduğu müəyyən olunub. Hazırda Suriyada İŞİD terror təşkilatının əmirlərindən biri olan Acıpayamın illərlə Bursa şəhərində aşpazlıq və səyyar şirniyyatçılıqla məşğul olduğu bildirilir.
Bildirilir ki, əslən Kahramanmaraş şəhərindən olan Fatih Acıpayam 20 il əvvəl ailə həyatı qurub, 10 il əvvəl isə yaşadığı İsparta şəhərindən Bursa şəhərinə köçüb. 2014-cü ildə isə hər şeyini sataraq ailəsi ilə birlikdə Bursadan ayrılıb və Kilis şəhərindən Suriyaya keçərək İŞİD sıralarına qoşulub.
Acıpayamın qohumu olduğunu deyən bir nəfər onun namazdan, ibadətdən uzaq bir insan olduğunu bildirib:
“İspartada olanda namaz, ibadət bimirdi. Nə olubsa bir anda olub. Biz cübbəli Əhmədin söhbətinə gedərdik. Amma o söhbətə girməz, məscidin qapısında şirniyyat satardı. Yıldırım rayonunda (Bursa) 2014-cü ilə qədər şirniyyat mağazası vardı. Suriyaya getməmişdən əvvəl 100 000 lirəyə satdı. Gedəcəyini deməmişdi. Hər halda mane olarıq, şikayət edərik deyə fikirləşib. Gizlicə getdi. Daha sonra təsadüfən zəng vurdum, halallıq ver, biz sərhəddi keçdik – dedi və telefonu bağladı. Bu hadisədən 3 ay sonra qaynanası öldü. Xəbər vermək üçün zəng vurdum. “Allahdan gəldik, Allaha dönəcəyik” – dedi və telefonu üzümə bağladı. Bir daha da xəbərləşə bilmədik.”
Əbu Ammar kod adlı Fatih Acıpayam
Qohumu FatihAcıpayamın 10 il əvvələ qədər heç nəyi olmadığını deyib:
“10 il əvvələ qədər onun heç nəyi yox idi. Sonra birdən-birə əmmamə və cübbə geyinməyə başladı. Telefonçuluqla məşğul olduğu zaman “əl-Ənsar” universitetindən bir nəfər onunla görüşməyə başladı. Ondan sonra yoldan çıxdı. Həyat yoldaşını da özünə oxşatdı. Cümə namazı qılmırdı. “Bu din xadimlərinin arxasında namaz qılmaq olmaz” - deyirdi. Eşitdiyimə görə, dostlarına, hamı şəhid oldu, bir mən qaldım – deyirmiş.” – deyə terrorçunun qohumu bildirib.
Xatırladaq ki, Türkiyə vətəndaşı olan Əbu Ammar kod adlı Fatih Acıpayamın bir neçə gün əvvəl video-müraciəti yayılmış, Atatürkü və Türkiyə Cümhuriyyətini təhqir edən Acıpayam prezident Rəcəb Tayyib Ərtdoğanı da hədələyir və özü kimi terrorçuları İstanbulu ələ keçirməyə səsləyirdi.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə