Mark Zukerberq ata olacaq
Dunya
Oxunub: 1 229
1 avq 2015 | 05:59
Mark Zukerberq ata olacaq
















“Körpə mənə əli ilə “like” göstərdi”

Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və həyat yoldaşı Pristilla Çanın övladlarının olacağı barədə Zukerberq sosial şəbəkədəki səhifəsində bildirib.

Onlar artıq uşağın cinsiyyətini bilirlər: onlar qız valideyni olacaqlar. Zukerberq etiraf edib ki, onlar çoxdan övlad istəyirlər, amma hamiləlik üç dəfə acı sonluqla nəticələnib.

“Övladınızın dünyaya gələcəyini biləndə siz ümid dolu olursunuz. Onun kim olacağı barədə xəyallar qurursunuz. Planlar qurursunuz və bir anda hər şey bitir. Bu təcrübə yalnızlıqla əlaqədardır. Bir çox insanlar düşükləri müzakirə etmir: siz problemlərinizin sizi yadlaşdıracağından narahatsınız. Siz bu dərdi içinizdə yaşayırsınız”, - o yazıb.

Amma bu barədə dostlarına danışdıqda çoxlarının bununla üzləşdiyini, nəticədə isə onların sağlam uşaqlarının olduğunu öyrəniblər. İndi cütlük ümid edir ki, onların təcrübəsi belə vəziyyətdə olanlar üçün ümid yeri olacaq və bu problemi yalnız çəkməyəcəklərinə yardım edəcək.

“Yaxşı xəbər – hamiləliyin düşüklə nəticələnməsi, uşağın itirilməsi riski çox azdır. Tsilla (Pristilla Çan) və körpə sağlamdırlar, mən isə həyəcanlıyam. USM-də körpə mənə əli ilə “like” göstərdi və mən əmin oldum ki, o mənim davamçım olacaq”, - o yazıb.

31 yaşlı Mark Zukerberq tarixdə ən gənc milyarderdir. O, “Facebook, Inc” şirkətinin səhmlərinin 24 faizinə sahibdir, 2010-cu ilin martında biznesmen ilk dəfə “Forbes” jurnalının milyarderlər reytinqində 4 milyard dollar sərvəti ilə yer alıb.

2012-ci ilin may ayının 19-da Zukerberq rəfiqəsi Pristilla Çan ilə ailə qurub. Onun həyat yoldaşı tibb elmləri üzrə doktor dərəcəsi alıb.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə