Sadıq Sadıqovdan İlham Əliyevə saymamazlıq + VİDEO
Dunya
Oxunub: 1 653
13 iy 2015 | 09:35
Sadıq Sadıqovdan İlham Əliyevə saymamazlıq + VİDEO















“Qarabağ” rəhbərliyi “Neftçi”nin keçmiş prezidentindən dövlət başçısına şikayət edəcək

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunun rəhbərliyi və üzvləri turnirdə çıхışını başa vurandan sonra prezident İlham Əliyev tərəfindən qəbul olunmuşdu. Dövlət başçısı hakim ədalətsizliyi ilə üzləşən “Qarabağ”a mənəvi dəstəklə yanaşı, bir milyon manat mükafat ayırmışdı. Bununla kifayətlənməyən prezident “Qarabağ”ın Futbol Akademiyası tikməsi üçün yerlə təmin olunmasına göstəriş vermişdi. Belə ki, görüşdə klubun bazası ilə maraqlanan prezident bir hissəsi “Qarabağ”a icarəyə verilən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun tam olaraq kluba ayrılması haqqında təlimat vermişdi.
Bu ərazi hələ də “Qarabağ”a verilməyib. Səbəb isə “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqovun prezidentin sərəncamını yerinə yetirməməsidi. Belə ki, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu Sadıq Sadıqovun başçılıq etdiyi “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin balansındadı. Həmin ərazinin bir hissəsi “Qarabağ”a icarəyə verilib və klub orda baza-stadion tikib. Qalan hissəsi isə hələ də Sadıq Sadıqovun nəzarəti altındadı. “Qarabağ” klubunun rəhbərliyi dəfələrlə prezidentin tapşırığını onun nəzərinə çatdırsa da, hələ də verilən göstərişə əməl olunmayıb. Mənbə bildirir ki, stadionun geniş ərazidə tikilməsi üçün klub rəhbərliyi dəfələrlə Sadiq Sadıqovla danışıqlar aparmasına baxmayaraq, heç bir nəticə əldə olunmayıb.
Deyilənə görə Sadıq Sadıqov “Qarabağ” klubunun rəhbəri Tahir Gözəldən stadiona veriləcək əlavə torpağa görə 2 milyon manat istəyib. Sadıq Sadıqovun istədiyi məbləği verməkdən imtina edən Tahir Gözəl isə çarəsiz şəkildə stadionu dar bir çərçivədə tikib. Əldə etdiyimiz məlumata görə, “Qarabağ” rəhbərliyi Tahir Gözəl Sadıq Sadıqovun bu addımını cavabsız qoymaq niyyətində deyil və İlham Əliyevin stadionun açılışına gəlişini gözləyir. Həmin vaхt klubun prezidenti “Neftçi” İSM rəhbərindən dövlət başçısına şikayət edəcək. Yazıda adı keçən şəxslərin mövqeyini verməyə hazırıq. (AzFakt.com)

Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə