Putin yeni qanun imzaladı - Soydaşlarımızın vəziyyəti pisləşdi (Video)

Son zamanlar əmək miqrantlarına qarşı qaydaların sərtləşdirildiyi Rusiyada əcnəbilərin bu ölkədəki hüquqi durumlarıyla bağlı daha bir qanun qəbul edilib. Əmək patentində peşəsini düzgün göstərməyən miqrantları böyük cəzalar gözləyir
Azerinfo.az ans-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xarici ölkə vətəndaşlarının Rusiyadakı hüquqi statuslarıyla bağlı yeni qanun imzalayıb. Buna görə əmək patentində göstərilən fəaliyyət nüvündən kənar işlə məşğul olan əcnəbilərin 100 dollar miqdarında cəzalandırılması və patentin ləğvi nəzərdə tutulur. Bundan sonra əmək miqrantları fəaliyyət sahələrini dəyişdikdə rəsmi məlumat verməlidirlər.
Rusiya Miqrantlar Federasiyasının prezidenti Muhammed Amin Madjumder isə yeni qanunun miqrantlara daha çox təzyiq göstərməkdən başqa heç bir məqsəd daşımadığını düşünür:
“Rusiya əmək miqrantlarını qəbul edəndə onların peşəsini əsas götürmür. O halda hansı əsasla belə bir qanun qəbul edildiyini anlamaq mümkün deyil. Belə çıxır ki, patentində peşəsi aşçı yazılan bir miqrant ofisiant işləsə, patentsiz qalacaq. Belələri isə deportasiya edilir. Bütün bu qanunlar miqrantları daha çox əzmək üçün qəbul edilir”.
Yeni qanun azərbaycanlı miqrantlara da təsirsiz ötüşməyəcək. Çalışmaq ücün patent almaqda onsuz da maraqı olmayan həmvətənlərimiz arasında qanunsuz çalışanların sayının daha da artacağı gözlənilir.
“Moskvada patent almaq çətinləşib. Birinci rus dilini bilməlisən, ikinci imtahan verməlisən və üçüncüsü bir firmayla əmək müqaviləsi imzalamalısan. Belə firma tapmaq isə demək olar ki, mümkün deyil. Ona görə mənim tanıdığım azərbaycanlıların əksəriyyəti patentsiz işləyirlər”, – deyə azərbaycanlı miqrant Səfər Abıyev bildirib.
Rəsmi rəqəmlərə görə, Rusiyada 2015-ci ilin ilk beş ayında əcnəbilərə 1 milyon əmək patenti verilib ki, bu da dövlət büdcəsinə 150 milyon dollar gəlir gətirib.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə