18 yaşlı qız “mən cihada gedirəm” yazıb evdən qaçdı
Dunya
Oxunub: 1 504
4 iy 2015 | 09:06
18 yaşlı qız “mən cihada gedirəm” yazıb evdən qaçdı
















Kövsər Çelik adlı 18 yaşlı gənc qız İstanbuldakı evlərindən ötən bazar günü ayrıldıqdan sonra bir daha geri qayıtmayıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu müddətdə qızlarından heç bir xəbər almayan Çelik ailəsi onun geridə qoyduğu və sonu “…şəhid olacağam

Haqqınızı halal edin. Məni axtarmayın, sormayın” şəklində bitən məktubuna görə qızlarının Suriyaya radikal qruplara qoşulmasından narahatdır. Ailə günlərdir göz yaşı tökür.
Ailənin 4 uşağından ən böyüyü olan Kövsər bazar günü bir məktub yazdıqdan sonra müəammalı şəkildə yoxa çıxıb. 18 yaşlı Kövsər məktubunda yazıb: “Mən cihada gedirəm. Allah yolunda döyüşəcəyəm. Şəhid olacağam”. Bunu oxuduqdan sonra dünyası qaralan ata Cavad Çelik dərhal polisə müraciət edib.
Ata qızının son zamanlar telefonla daim mesajlaşdığını, telefon nömrələrini rəsmi orqanlardan tələb etmələrinə baxmayaraq, bu günə qədər ala bilmədiklərini söyləyib:
“40 gün ət yemədi. “Qızım, niyə yemirsən” deyəndə “nəfsimi tərbiyə edirəm” dedi”.
Anası İsminaz Çelik də bu məlumatı təsdiqləyib. Qızının son dövrlərdə telefonla daim mesajlaşdığını, gecə yatmadığını, səhər də erkən oyandığını deyən ana bildirib: “Mən nişanlısı ilə danışır deyə, fikir verməmişəm. Son bir həftədir günahkar kimi görünürdü. Telefonu qoyar-qoymaz cinayətkar kimi qalxırdı. Çarşabla bağlı çox danışırdı. “Ana carşab geyəcəyəm, ərəbcə öyrənəcəyəm” deyirdi. Ərəbcə ilahilər dinləməyə çalışırdı. Bu nə, mən bundan bir şey başa düşmürəm deyəndə, o “ancaq mən anlayıram” deyirdi”.
Qızının Suriyaya getdiyini düşündüyünü deyən Cavad Çelik deyib: “Suriyanın öz problemləri özünə bəsdir. Bizim problemlərimiz də özümüzə. Öz ölkəmizi xilas etdik ki, Suriya qaldı?”.
10 aydır nişanlı olduğu 18 yaşlı Abdullah Yeryudan ilə son dəfə 10 gün əvvəl görüşən Kövsər ona da heç nə deməyib. Telefonla əlaqə saxladıqları nişanlısı aralarında hər hansı bir mübahisə və ya ayrılıq olmadığını bildirib. Nişanlısı da Kövsərin yoxa çıxmasına bir səbəb olmadığını bildirib.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə