Dünyada yenidən Soyuq Müharibə başlayır
Dunya
Oxunub: 1 143
30 in 2015 | 09:22
Dünyada yenidən Soyuq Müharibə başlayır
















NATO müdafiə nazirləri Rusiya tərəfindən gələn yeni təhlükəyə qarşı atılacaq növbəti addımlar haqqında razılıq əldə etmək üçün Brüsseldə görüş keçirirlər

ABŞ-ın müdafiə naziri Eşton Karter bildirir ki, o, yeni bir soyuq müharibəyə başlatmaq niyyətində deyil.
Əslində isə həm NATO, həm də Rusiya hərbi mövqeyini gücləndirməkdədir.
Ötən həftə prezident Vladimir Putin nüvə arsenalına 40 uzaqmənzilli ballistik raket əlavəetməkdə olduğu haqda elan verib.
NATO isə buna cavab olaraq, Moskvanı gücünü nümayiş etdirib qorxu yaratmağa çalışmaqda ittiham edib.
28 ölkənin üzv olduğu ittifaq az-çox özü də bunu edir. Belə ki, NATO Polşanın şimalında düzəngahlıqda yeni çevik reaksiya qüvvəsini sınaqdan keçirir. QüvvəyəYüksək Hazırlıqlı Müştərək Missiya Qüvvəsi (Very High Readiness Joint Task Force) adı verilib.
Bu, Ukraynadakı böhranlara qarşı birbaşa cavabdır, məqsəd isə 48 saat içində quru qoşunlarının səfərbər edilə bilməsidir.
Keçmişdə NATO qüvvələrinin öz sərhədlərini qoruması üçün səfərbər edilməsinə bir aya qədərvaxt lazım olardı.
İndiyə qədər NATO-ya üzv olan doqquz ölkənin hərbi birlikləri əməliyyatlarda iştirakedib. Bunlara qərbdən Hollandiya və Almaniya qüvvələri, şimaldan isə Norveç vəLitva qüvvələri də daxildir.
Quru,dəmir yolu və hava yolu ilə aparılan onlarla hərbi konvoy cəhdindən sonra qüvvələrPolşada birləşərək təlim keçiriblər. Təlim zamanı Ukraynada baş verən hadisələrləoxşarlıqlar müşahidə olunub.
Qurulanməşqdə qüvvələr adi bir ordu ilə yox, silahlı bir qrupla döyüşürlər.
Busəhnə Krımı Ukraynadan ayırmaqda Rusiyaya kömək üçün “kiçik yaşıl adamlar”ın peyda olmasına bənzəyir.
Qrupüzvlərini ələ keçirib məhv etmək üçün əvvəlcə Xüsusi Qüvvələr, ardından isə hərbivertolyot və tanklar göndərilir.
Britaniyagələn il NATO-nun beş minlik çevik reaksiya qüvvəsinə min nəfərlik qüvvə göndərəcəyi vədini verir. ABŞ isə əsgər, pilotsuz casus təyyarəsi və sürətli təyyarələrgöndərəcək.
NATO-nunbaş hərbi komandiri General Filip Bridlav bildirir: “Biz təxribatlara qarşıhazırlıqlı olmalıyıq.” NATO-nun bir çox zabit və rəsmiləri kimi o da Rusiyanın adını çəkmək istəmir.
NATO vəziyyəti pisləşdirdiyini boynuna almaq istəməsə də, sərt danışmaqdan çəkinmir.
NATO-nun apardığı hərbi təlimlərlə adını çəkmədiyi ölkənin apardığı təlimlər arasındakı fərqi tez-tez vurğulayan general Bridlav deyir: “Yadda saxlayın ki, bizim təlimlərimiz açıq və şəffaf şəkildə aparılır və təxribat xarakteri daşımır. Bizim təlimlərimizi böyük qüvvələrin xəbərdarlıq etmədən hərəkətə keçdiyi və işğala çevrilən təlimlərlə müqayisə edək.” Aydındır ki, general burda Krımda baş verənlərə işarə edir.
Bu, düzdür. Rusiya on minlərlə qüvvənin iştirak etdiyi geniş miqyaslı əməliyyat araparır. Ancaq NATO bu ilin sonuna qədər 300-dən çox birgə hərbi təlim aparmış olacaq. Bu, ötən il keçirilən təlimlərdən 100 qat artıq təlim deməkdir.
NATO-nun şərq cinahında özünü daha zəif hiss edən üzv dövlətlər ittifaqın daha çox təlim keçirməsini istəyirlər.
Litvalı bir general Rusiyanın növbəti hədəfinin Baltik dövlətləri ola biləcəyini bildirib: “Sərhədimizin o biri tərəfində qısa müddət ərzində hərəkətə keçə biləcək böyük hərbi qüvvələr olduğunu görürük.”
Varşava Müqaviləsinə qoşulmuş ölkələr xüsusilə ABŞ-dan dəstək istəyir.
Bu həftə ABŞ-ın müdafiə naziri Amerikanın Avropada əvvəlcədən hərbi qüvvələrini yerləşdirmək planları olduğu haqda məlumat verib. Beləliklə, ABŞ iki il əvvəl geri çəkdiyi bütün tanklarını indi geri göndərir.
ABŞ-a məxsus zirehli briqada – Abrams tankları və Bradley döyüş maşınları daxilolmaqla, 250 zirehli maşın bu ilin sonuna qədər bəziləri Polşa, bəziləri də Baltik dövlətlərində olmaqla, Avropada yerləşdiriləcək. NATO artıq Rumıniya və Bolqarıstanla birgə bu ölkələrdə də yeni hərbi bazalar yaradıb.
Polşanın müdafiə naziri Tomaş Semonyak bildirir: “Fikrimizcə, ABŞ-a məxsus hərbi texnikanın Avropada yerləşdirilməsi yaxşı ideyadır, çünki bu, təhlükəsizliyimizin artırılması deməkdir.”
Bütün bunlar harda sonlanacaq?
Artıq Rusiyanın yeni raketlərinə qarşı ABŞ-ın Avropada nüvə mövqeyini gücləndirməyə çalışa biləcəyi ilə bağlı şayiələr var. Hələlik bu, o qədər də mümkün görünmür. Ancaq ABŞ sayca az da olsa, tanklarını Rusiya yaxınlığında yerləşdirməli olduğunu nəzərə alıb.
Bəs bu, gərginliyi azaltmağa necə kömək edir?
NATO bunun yeni bir soyuq müharibə olmadığını təkid etsə də, vəziyyət olduqca oxşar görünməyə və səslənməyə başlayır.
NATO üzvləri:
1949: Belçika, Kanada, Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq,Niderlandiya, Norveç, Portuqaliya, Birləşmiş Krallıq, ABŞ.
1952: Yunanıstan, Türkiyə
1955: Almaniya
1982: İspaniya
1999: Çex Respublikası, Macarıstan, Polşa
2004: Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya, Sloveniya
2009: Albaniya, Xorvatiya(aztoday.az)
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO