Putin İrəvanda "soyqırım" demədi
Dunya
Oxunub: 1 137
24 apr 2015 | 20:33
Putin İrəvanda "soyqırım" demədi Bu gün Ermənistanda qondarma erməni soyqırımının 100 illiyi qeyd olunur.

ANS TV-nin məlumatına görə, Ermənistanda qondarma soyqırım tədbirlərində cəmi 4 ölkənin prezidenti iştirak edir. Rusiya, Fransa, Serbiya və Cənubi Kipr. Rusiya prezidenti Vladimir Putin İrəvanda qondarma erməni soyqırım memorial kompleksini ziyarət edib. Bunadək o, "soyqırım" muzey-instituta baş çəkib, xatirə kitabına ürək sözlərini yazıb. Rusiya dövləti hələ 1995-ci ildə "erməni soyqırımı"nı tanıyıb.
Fransa prezidenti Fransua Olland da qondama soyqırım abidəsinə baş çəkib. Fransa dövləti isə 2001-ci ildə qondarma erməni soyqırımı tanıyan qərar qəbul edib.

Rəsmi mərasimdə Fransa prezidenti çıxışında 1915-ci il hadisələrini "soyqırım" adlandırıb, insanlıq əleyhinə cinayəti heç vaxt unutmayacağını söyləyib.

Rusiya dövlət başçısı isə Ermənistanda matəm niqtində bir dəfə də olsun "soyqırım" sözü işlətməyib. Maraqlıdır ki, Rusiyada prezidentin adından yayılan bəyanatda "soyqırım" sözü olsa da, Putin Ermənistanda 1915-ci il hadisələrini faciə adlandırıb və ölkəsinin kütləvi qırğınlara qarşı mövqeyinin dəyişməz qaldığını vurğulayıb:
"Bir milyon yarım insan qətlə yetirilib, 600 min nəfər öz evlərindən didərgin salınıb. Tarixi abidələr, əl yazmaları incəsənət nümunələri məhv edilib. 1915-ci il hadisələrini Rusiya öz kədəri kimi qəbul edir".
Fransa və Rusiya prezidentlərinin İrəvana gəlməsini Türkiyənin baş naziri Əhməd Davudoğlu da şərh edərək vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrin dövlət başçılarının İrəvanda olması Minsk Qrupu üzvü kimi onların qərəzsiz fəaliyyətini şübhə altına alır:
"Dağlıq Qarabağ məsləsində, Minsk Qrupuna üzv dövlətlərin İrəvanda olması onların qərəzsiz fəaliyyətini şübhə altına alır. Turkiyə, Rusiya və Fransadan Dağlıq Qarabağ münaqişəsinin həllində daha ciddi yanaşma tələb edir".
Türkiyənin baş naziri qeyd edib ki, Türkiyə hökuməti Putinin bu mövqeyilə əlaqədar lazımi tədbirləri görəcək.

Kremlin saytında Vladimir Putinin adından yayılan bəyənatda "soyqırım" ifadəsindən istifadə olunması ötən gündən Türkiyə tərəfinin rəsmi dairələrində reaksiyalara səbəb olub.

Qeyd edək ki, sabah Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri gözlənilir.

http://musavat.com
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi