Erməni deputatı: “Bu erməni siyasətçilərnə dərs olmalıdır”
“Əks halda Ermənistanı heç bir şəkildə mövcud olduğu bataqlıqdan xilas etmək mümkün olmayacaq...”
Azərinfo.az Ermənistanın “lragir.am” saytına istinadən erməni parlamentinin deputatı Xaçatur Kokobelyanla müsahibəni təqdim edir:
- Cənab Kokobelyan, məlum olduğu kimi Avrasiya İttifaqının üzvləri olan Qazaxıstan və Belarus 24 apreldə Ermənistana gəlməyəcək. Həmin gün Ermənistana yalnız Rusiya prezidentinin qatılacağı gözlənilir. Sizcə bu nə deməkdir?
- İlk öncə kim ki, 24 apreldə Ermənistana gələcək ona təşəkkür etmək gərəkir. Əlbəttə 24 apreldə İrəvanda demokratik dövlətlərin başçılarını görmək yaxşı olardı.Lakin dediyiniz kimi məlum oldu ki, Ermənistanı Avrasiya İttifaqına məcburən üzv ediblər. Bu ittifaq Putin rejiminin Ermənistanın boynuna yazdığı bir borcdur. Əmin olun ki, bu Ermənistanın yerinə verilmiş bir qərar idi və Ermənistan müstəqilliyini itirdiyi üçün qərar vermək hüququnu da itirmiş bir durumdadır. Biz indiyə qədər dərk etmirik ki, biz Avrasiya İttifaqına üzv olmaqla Avropa Birliyində nəyi itirdik və ya üzvlüklə nə əldə edə bildik...Əvəzində 170 milyonluq bazar dövriyyəsi sadəcə nağıl olaraq qaldı...
24 apreldə İrəvanda iştirak etməyəcək Qazaxıstan və Belarus dövlət başçılarının Ermənistan üçün böyük itki hesab etmirəm. Lakin bu onlar tərəfdən Avrasiya İttifaqına qarşı hörmətsizlikdir. Bu bir daha ittifaqın formal xarakter daşıdığını vurğulayır. Bu ittifaq nə iqtisadi, nə isyasi nə də hərbi bir gücə malik deyil. Çünki həmin dövlətlər aktiv şəkildə bizim düşmənimizə silah-sursat satmağa davam edirlər. Qeyd etmək istəyirəm ki, bu gün Azərbaycana silah təchizatı edən ölkə Rusiya və Belarusdur. Bir çoxları bildirir ki, Putin Türkiyə ilə Ermənistan arasında Ermənistanı seçdi. Lakin Rusiya-Türkiyə və Rusiya Azərbaycan münasibətlərini nəzərə alsaq, bu olduqca reallığı əks etdirməyən bir fikirdir.
24 apreldə böyük Rusiya deleqasiyası həmçinin türkiyədə Qalliopolidə də iştirak edəcək. Məlum olduğu kimi Türkiyənin bu tədbiri məhz Ermənistanın tədbirinə kölgə salmaq niyyəti daşıyır.
Bu gün Türkiyənin kontrtəbliğatı öz fəaliyyətini daha da, artırıb. Hesab edirəm ki, türkiyə səhv dalınca səhv edir və özü özünü dlana dirəyir. Baxmayaraq ki, Putin Türkiyəyə getməyəcək, bu Tükiyə-Rusiya münasibətlərinə xələl gətirməyəcək. Əksinə Putin Ermənistana gəlməsini nümayiş etdirməklə, Türkiyə ilə münasibətləri daha da, genişləndirməyi planlaşdırır. İndiki şərtlərdə Rusiya üçün istənilən bir dövlətin dayanacaq kimi istifadə olunması sərfəlidir. Çünki Putin hazırda bütün dünyanı qarşısına alıb. Hesab edirəm ki, bu erməni siyasətçiləri üçün bir dərs olmalıdır və onlar mövcud olmayan erməni-rus münasibətlərinə güvənməkdən vaz keçsinlər. Rusiya 100 il bundan əvvəl də, indi də sadəcə öz maraqlarına xidmət edir. Ermənistan öz maraqlarının olduğunu artıq çoxdan itirib.
-Ermənistan yaınız 4 dövlət başçısının gələcəyi gözlənilir. Sizcə Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün buna təsiri olubmu?
-Avropa Parlamentinin erməni “soyqrım”ı ilə bağlı verdiyi qərar Avropa ölkələrinin pozisiyalarını müəyyən etmiş oldu. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü əlbəttə təsir edib. Lakin bu üzvlüyün o qədər də təsiri olmayıb. Nəzərə almaq gərəkir ki, İrəvana Fransa prezidenti gələcək.
-Məlum olduğu kimi Ermənistan Avropa İttiofaqı ilə yeni sənəd üzrə üzvlüklə bağlı danışıqlara başayıb. Sizcə bu danışıqlar nəticə verəcəkmi?
-Bildiyimiz kimi bu məsləyə olduqca incə toxunmaq gərəkir. Avropada obyektiv olaraq dərk edildi ki, Ermənistanın üzünə qapıları bağlamağa ehtiyac yoxdur. Əks halda Ermənistan tamamilə başqa istiqamətə üz döndərə bilər...Əfsuslar olsun ki, bu sazişin imzalanacağına ümid etmək olmaz. Sadəcə olaraq, 365 gün Ermənistanın Avropa Birliyinə assosiativ üzvlüyü ilə bağlı hazırlığın keçilməsinə dair razılıq verilə bilinər. Avropa Parlamenti nəsə mandatdan söz açıb. Lakin bildiyim tək bir şey var o da biz kursu sırf Avropa Birliyindən yana götürməliyik. Əks halda Ermənistanı heç bir şəkildə mövcud olduğu bataqlıqdan xilas etmək mümkün olmayacaq...
Ülkər
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə