İran Ərəbistana nota verdi

"Səfirliyimizə dəyəcək ziyana görə Səudiyyə Ərəbistanı məsuldur”
Dünya İran Səudiyyə Ərəbistanına nota verdi. Azerinfo.az-ın ANS PRESS-ə istinadən yaydığı məlumata görə, koalisiya qüvvələrinin bombardımanı nəticəsində Yəmənin paytaxtı Sənadakı İran səfirliyinin yaxınlığına bomba düşməsi səbəbindən rəsmi Tehran ölkəsindəki Səudiyyə Ərəbistanı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə dəvət edib.
Bu barədə məlumatı İran XİN sözçüsü Mərziyə Əfham yayıb. Nazirliyə dəvət olunan müvəqqəti işlər vəkilinə xəbərdarlıq olunduğunu deyən Əfham bildirib ki, diplomatdan faktla bağlı qane edici açıqlama tələb olunub. Əfham, Səudiyyə Ərəbistanı və Yəmənə qarşı olan koalisiya qüvvələrinin hava hücumu nəticəsindı meydana gələ biləcək tələfat və zərərə görə beynəlxalq hüquq müstəvisində məsul olduqlarını və Yəməndəki iranlı diplomatların təhlükəsizliyinin təminat altına alınmasına məcbur olduqlarını vurğulayıb.
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan faktla bağlı dövlət tele kanalında verdiyi açıqlamada Səudiyyə Ərəbistanına beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və diplomatik missiyaya hörmət etməsi üçün müraciət edib.
“Səfirliyimiz Sənada fəaliyyətinə davam edəcək. İran səfirliyinin diplomatik korpusuna ziyan vuracaq hər cür hadisəyə görə Yəmənə hücum edən Səudiyyə Ərəbistanı məsuldur”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələrinin Yəməndə həyata keçirdiyi bombardımanda paytaxt Sənadakı İran səfirliyinin yaxınlığında bomba partlayıb. Hədisə nəticəsində insan tələfatı olmasa da səfirlik binasının şüşələri sınıb.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə