İŞİD Bakını xilafətin mərkəzi elan etdi
Dunya
Oxunub: 1 260
10 apr 2015 | 10:15
İŞİD Bakını xilafətin mərkəzi elan etdi

Son illərin gündəmindən düşməyən və Yaxın Şərqdə bir çox qətliamların və savaşların banisi olaraq ad çıxarmış İŞİD-lə bağlı daha bir sensassiyalı xəbər yayılıb.

Azerinfo.az Misirdə nəşr olunan «Əl Ənbar» qəzetinə istinadən xəbər verir ki, «Əl Qaidə»dən sonra ad çıxarmış terror təşkilatı Azərbaycanı yeni yaratdıqları xilafətin mərkəzi elan edib.

Qəzetin iddiasına görə, İŞİD-in belə bir addım atmasının səbəbi inanclarını daha böyük əraziyə yaymaq, habelə prosesləri Yaxın Şərqdən çıxararaq, Qafqaza daşımaqdır. «Əl Ənbar»ın yazdığına görə, Azərbaycanın mərkəz kimi seçilməsinin əsas səbəbləri bir neçədir. «Birincisi, Azərbaycan Qafqazın mərkəzində yerləşir və müsəlman ölkəsidir. Həmçinin bu ölkədə İŞİD-i dəstəkləyən qüvvələrin sayı da az hesab olunmur. İkincisi, Azərbaycanda qərarlaşmaqla İŞİD Şimali Qafqaza da geniş miqyasda yayılmaq və təsir etmək gücü qazana biləcəyini düşünür».

JAM.AZ xəbər verir ki, Misir nəşri onu da iddia edib ki, Azərbaycanın xilafətin mərkəzi elan edilməsinin dini əfsanələrlə də bağlılığı var. Lakin qəzet bu bağlılıqların nədən ibarət olması barədə heç bir bilgi verməyib.

Xatırladaq ki, bu gün Suriya və İraqda İŞİD-in tərkibində xeyli sayda azərbaycanlı döyüşür. Vəhhabi cərəyanının nümayəndəsi olan həmin zəmyerlilərimiz arasında batalyon komandirləri, qoşun rəhbərlərinin də olduğu deyilir. Üstəlik, İŞİD-ə rəğbət göstərən və hazırda Azərbaycanda yaşayan xeyli sayda vəhhabinin olduğu da sirr deyil. MTN-in son bir neçə ayda keçirdiyi əməliyyatlar zamanı həbs olunanlar da bunun əyani sübutu olaraq göstərilə bilər. Eyni zamanda, Suriya və İraqa Sumqayıtdan, habelə Şimal bölgəsindən xeyli sayda insanın döyüşmək üçün getdiyi də sirrli məsələ sayılmır.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə