Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını vurdu
Dunya
Oxunub: 1 311
10 apr 2015 | 11:34
Səudiyyə Ərəbistanı Yəmənin paytaxtını vurdu

Husilərə qarşı əməliyyatlar artıq 2 həftədir ki, davam edir

Dünya Səudiyyə Ərəbistanı hərbi hava qüvvələrinin Yəməndə husi üsyançılarına qarşı əməliyyatları davam edir. Ötən gün koalisiya qırıcıları paytaxt Sənada üsyançıların mövqelərini bombalayıblar.

Husilərə qarşı əməliyyatlar artıq 2 həftədir ki, davam edir. Əməliyyatlar və yerüstü döyüşlər nəticəsində indiyə qədər 500-dən çox insan öldürülüb.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Ban Ki Mun Yəməndə vəziyyətin daha da pisləşdiyini deyib.

Ban Ki Mun: “Yəməndə üsyandan əvvəl də vəziyyət, istənilən halda, pis idi. Son iki həftə ərzində bu ölkədə ərzaq təhlükəsizliyi riski iki dəfə artıb. İnsanlar su çatışmazlığından əziyyət çəkir, tibbi yardıma ehtiyac duyurlar. Yüzlərlə insan öldürülüb, xəstəxanalar və məktəblər bağlanıb. Husilərin hökumətə qarşı çıxması və zorakı yolla hakimiyyəti ələ alması Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir”

Yəmən əhalisi, eyni zamanda, yanacaq çatışmazlığından da əziyyət çəkir. Ötən gün yanacaqdoldurma məntəqələri qarşısında yüzlərlə avtomobil növbədə gözləyib.

İranın ali dini lideri Ayətullah Əli Xamneyi Yəmənə endirilən aviazərbələri soyqırım adlandırıb.

“Səudiyyə Ərəbistanının bu əməliyyatları böyük səhvdir. Ər-Riyadın Yəməndə törətdikləri sionistlərin Qəzzada törətdikləri ilə eynidir. Burada iki aspekt var. Birincisi, bu, cinayətdir. Onlar uşaqları öldürür, evləri, infrastrukturu dağıdırlar. İkcinisi isə, Səudiyyə Ərəbistanı Yəməndə məğlub olacaq”.

Husilər paytaxt Sənada hökumət dairələrini ələ keçirdikdən sonra prezident Əbd Rəbbo Mənsur Hadi ölkəni tərk edərək Səudiyyə Ərəbistanına sığınıb.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə