İran Kərkükə qoşun yeritdi
Dunya
Oxunub: 1 749
23 in 2014 | 22:37
Kürdlərlə İŞİD arasında elan edilmiş atəşkəs qüvvədən düşdü
İran Kərkükə qoşun yeritdi
İran Kərkükü İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarından qorumaq üçün şəhərə xüsusi təlim keçmiş 500 əsgər göndərib.

ANS PRESS-in məlumatına görə, bir sıra şiə türkmən millət vəkillərinin İrandan dəstək gəlməsi üçün çağırışlar etməsindən sonra bu addım atılıb. Kərkük qubernatoru, milliyətcə kürd olan və Türkiyənin varlı kürd ailələri ilə qohumlaşmış Nəcməddin Kərim isə şiə türkmənlərin bu tələbinə qarşı çıxmışdı.

Ancaq Kərimin bütün etirazlarına baxmayaraq İran bölgəyə əsgər göndərdi. İranın xüsusi təlim görmüş 500 əsgəri təyyarə ilə Kərkük şəhərinin Hürriyə hava limanına göndərilib. Müasir silahlarla təchiz edilmiş əsgərlər İranın Qüds Gücü 4 alayına məxsusdurlar.
Bununla da kürd silahlıları ilə İŞİD arasında Kərkükdə elan edilmiş atəşkəs qüvvədən düşüb. Şiə Mehdi Ordusunun Kərkükdə keçirdiyi hərbi mərasimi və şiə qrupların şəhərdəki aktivliyini bəhanə kimi göstərən IŞİD kürd qüvvələrinə qarşı hücumlarını bərpa edib.
Kürdlər isə iddia edirlər ki, İran Nuri əl-Malikiyə dəstək vermələri üçün Kərkükü kürdlərə təklif edib. Amma bu, o qədər də inandırıcı görünmür. Çünki bu addım Tehranla Ankara arasında qarşıdurmaya səbəb ola bilərdi.

İran isə keçən həftə 3 gün Kərkükdəki şiə ərəb tayfaları, türkmənlər və kürdlərlə danışıqlar aparıb. Daha sonra İranın Süleymaniyyə baş konsulluğu hesabat yayıb ki, Kərkük mühafizə altına alınmalı, Kərkükü aşa bilməyən İŞİD cənuba keçə bilməyəcək. Bu, İranı hərəkətə keçməyə məcbur edib.

ANS PRESS
1-08-2026, 12:47
Sabah 39° isti olacaq
1-08-2026, 10:59
Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
1-08-2026, 10:49
Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
1-08-2026, 10:23
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
1-08-2026, 10:12
DYP sürücülərə və piyadalara müraciət etdi
1-08-2026, 09:54
53 mindən çox miqrant geri qayıdıb
1-08-2026, 09:48
“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
1-08-2026, 09:38
Nəriman Həsənzadə vəfat etdi
1-08-2026, 09:32
Azərbaycanda zəlzələ oldu
1-08-2026, 09:28
“Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
1-08-2026, 09:22
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
1-08-2026, 09:00
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
31-07-2026, 16:00
Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
31-07-2026, 15:30
İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
31-07-2026, 14:22
“İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
31-07-2026, 13:37
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
31-07-2026, 13:13
Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
31-07-2026, 12:44
İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
31-07-2026, 12:40
Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
31-07-2026, 11:50
Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
31-07-2026, 11:13
“Biz bu məsuliyyətə hazırıq”
31-07-2026, 11:08
Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
31-07-2026, 10:59
İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
31-07-2026, 10:55
İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
31-07-2026, 10:52
Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
31-07-2026, 10:49
Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
31-07-2026, 10:45
Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi