Urmiya gölü böyük duz çölünə çevrildi
Urmiya gölünün 94 faizi quruyub. Lent.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, su azalmağa başlayandan sonra Urmiya gölü böyük duz çölünə çevrilib. Göldə baş verən duz fırtınaları ətrafda yaşayan sakinlərin həyatı üçün də təhlükə törədir.Urmiyadan Təbrizə getmək üçün istifadə olunan bərələr də artıq çürüməyə başlayıb. Gölün əsasən, 3 səbəbdən quruduğu deyilir. Birinci səbəb kimi iqlim dəyişikliyindən sonra yaşanan quraqlıq göstərilir. Yağış və qar sularının azalması nəticəsində gölün su səviyyəsi keçən il azalıb. İkinci səbəb 43-ə yaxın bəndin gölə axıdılan çayların üzərində inşa edilməsidir. Bəndlərdəki suyun səviyyəsinin aşağı olmasına görə, gölə su axıdılmır.
Rəsmi Tehranın Urmiya - Təbriz istiqamətindəki körpünü gölün üzərində tikməsi də gölün qurumasına səbəb olub. Körpü tikiləndən sonra göl iki hissəyə bölünüb. Körpünün inşası üçün göl doldurulub. Doldurulma səbəbindən də göldəki qaynaqlar quruyub.
Mütəxəssislər Urmiyada yaşanan təbii fəlakətin qarşısının alınmayacağı təqdirdə, fəlakətin ətraf ərazilərə sıçraya biləcəyini deyir. 15 milyon insana birbaşa təsir göstərəcək fəlakətin baş verməsinə isə çox az qalıb.
Ətrafdakı sakinlərin böyük əksəriyyəti əkinçilik və maldarlıqla məşğul olur. Suyun azalması və göldə duzun quruyub külək halında ətrafa dağılması ilə əkin sahələrinə ziyan dəyib. Gölün ətrafındakı kəndlərin 50 faizi artıq boşalıb.
Urmiya gölü, İranın şimal-şərqində, Qərbi Azərbaycan əyaləti ilə Şərqi Azərbaycan əyaləti arasında yerləşir. Gölün adı Azərbaycan türkləri və kürdlərin yaşadıqları Urmiya şəhərinin adından götürülüb.
Urmiya gölünün suyu 1995-ci ildən etibarən azalır.
İran hökuməti isə Urmiya gölünü xilas etmək üçün layihə hazırlayır. Hökumət, Aras çayının suyunu gölə axıtmaq üçün büdcədən 90 milyon dollarlıq vəsaitin ayırıb.
Həsən Ruhani prezident seçilərkən Urmiya gölündəki problemin 100 gün ərzində həll olunacağına söz vermişdi. Yerli əhali isə, prezidentin çıxışından uzun müddət keçməsinə baxmayaraq, hökumətin ciddi addımlar atmadığını bildirir.
Dünən, 16:49
Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
Dünən, 16:46
Bu hərbçilər təltif edildi - SİYAHI
Dünən, 16:39
Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
Dünən, 16:00
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Dünən, 15:30
Albertə haqsız hücumlar
Dünən, 14:44
Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
Dünən, 14:21
Kral III Çarlz Muxtar Babayevlə görüşüb
Dünən, 12:40
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Dünən, 12:33
İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Dünən, 12:29
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Dünən, 12:25
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dünən, 12:20
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Dünən, 12:14
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Dünən, 11:22
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Dünən, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Dünən, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dünən, 10:08
Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
Dünən, 10:04
İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
Dünən, 09:59
Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
Dünən, 09:55
“Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
Dünən, 09:50
Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
Dünən, 09:46
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
Dünən, 09:28
Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
Dünən, 09:16
Bu gün Aşuradır
Dünən, 09:12
İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
Dünən, 09:00
I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
24-06-2026, 16:00
Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə