İrəvandan SƏRSƏM tələb – Qars müqaviləsinə dəyişiklik, YENİ torpaq işğalı...
Gözlənilən idi. Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca radikal-revanşistlərin səsi daha ucadan eşidilməkdədir. Bu qüvvələr hələ də ictimai şüurda özünü göstərən Türkə nifrətdən, Türk xofundan faydalanıb öz çirkin hədəflərinə çatacaqlarını zənn edirlər. Bu da növbəti fakt-sübut.
Radikal müxalifət düşərgəsini təmsil edən “Şant” seçki blokunun sədri Şahen Arutyunyan Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirməyin zəruri olduğunu bildirib. Arutyunyana görə, “artıq əvvəlki kimi yaşamağa və səhvləri təkrarlamağa (?! – Z.S.) davam etmək mümkün deyil”.
Onun sözlərinə görə, qarşıdan gələn seçkilər ermənilərin öz vətənlərində yaşaya biləcəklərini və gələcək məqsədlərini də müəyyən edəcək. “Biz burada vəd vermək üçün deyilik. Müstəqillik danışıqlar yolu ilə həll edilə bilməz. Bu, dövlətin təməlidir. Ermənistanın maraqlarına zərər verən Qars müqaviləsinin şərtlərini yenidən nəzərdən keçirmək məsələsini qaldırmaq zamanıdır”.
Ardınca o, bu məsələləri görməzdən gəlməyin gələcək risklər yaratdığını iddia edib. “Biz seçimlə üz-üzəyik: daha vacib olan müstəqillik, yoxsa yalançı sülh? Azadlıq, yoxsa təslimçilik? Şərəf, yoxsa təkəbbür? Ayağa qalxıb mübarizə aparmağın vaxtı gəlib çatıb”, - Arutyunyan izhar edib...
Yada salaq ki, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, Ermənistan da imza atıb. Rusiyanın iştirakı ilə təsdiqlənən sənəddə Naxçıvanın ayrılmaz hissəsi olması ilə bağlı zəmanətin xüsusi yeri var. Qars müqaviləsinin hüquqi qüvvəsinin bitmə müddəti yoxdur, göstərilməyib. Yəni, o, yalnız bütün tərəflərin razılığı ilə ləğv oluna bilər.
Bəs erməni revanşist niyə məhz indi – 7 iyun parlament seçkiləri ərəfəsi sənədi yada salır və müqaviləni təftiş eləməyə çalışır?
Sualın cavabını əslində Arutunyanın bu sözlərində axtarmaq lazımdır: “Seçkilər gələcək hədəflərimizi müəyyən edəcək”, “Ayağa qalxıb mübarizə aparmağın vaxtı gəlib çatıb”.
“Gələcək hədəf” əlbəttə ki, Azərbaycan ərazilərinin, özəlliklə Qarabağın təzədən işğalını nəzərdə tutur. Təəssüf ki, Ermənistanda hələ də bu xülya ilə, daha dəqiqi, “miatsum” virusu ilə yaşayanlar var. Yenə təəssüf ki, 44 günlük müharibə kapitulyant ölkədə bir çoxuna dərs olmayıb...
Söz düşmüşkən, Azərbaycan torpaqlarının 2023-cü ilədək işğal altında qalması həm də Qars müqaviləsinin birbaşa və kobud pozuntusu idi. Onu Bakı güc yolu ilə, işğalçını layiq olduğu cəzaya çatdırmaqla aradan qaldırdı. Ardınca xuntaçı hərbi canilərin bir qrupu Bakıda mühakimə olunaraq uzun müddətli həbsə məhkum olundu.
Bütün hallarda İrəvandan səslənən bu kimi sarsaq bəyanatlar bir daha Azərbaycanın ayıq-sayıq olmasının və Ermənistan üzərində əzici hərbi üstünlüyünün vacibliyini gündəmə gətirir. Eyni zamanda, Baş nazir Nikol Paşinyanın sülh gündəliyinin önəmini qabardır. İlk növbədə də erməni cəmiyyəti üçün. Paşinyanın “bu avantüristlər hakimiyyətə gəlsə, müharibə qaçılmaza çevriləcək” tezisinin dəyərini birə-iki artırır.
Əgər bunlar Qars müqaviləsinə də dil uzadırlarsa, gör Bakı və İrəvan arşında paraflanmış sülh müqaviləsi haqda nə düşünürlər. Hələ indiki konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasını demirik.
Şəkk-şübhə yox ki, bu qüvvələr Paşinyanı devirə bilsə, indiki “müharibə konstitusiyası”nı toxunulmaz saxlayacaqlar. Demək, növbəti və daha ağrılı “Dəmir qapaza” ehtiyac olacaq. Odur ki, seçsinlər. İyunun 7-də təkcə deputat seçməyəcəklər, deputatlarla birgə kimin ardınca gedəcəklərini də müəyyən edəcəklər...
Dünən, 12:04
Türkiyə Ermənistanla sərhədi açdı
Dünən, 11:12
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Dünən, 11:05
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dünən, 11:01
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Dünən, 10:57
Emin Əmrullayev məzunları təbrik etdi
Dünən, 10:18
Polis əməliyyat keçirdi
Dünən, 10:10
Şuşada TDT Forumu keçirilir
Dünən, 10:01
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 16:00
Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
12-06-2026, 15:30
KTMT niyə Türkiyəni hədəf göstərdi?
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 13:08
Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
12-06-2026, 13:04
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
12-06-2026, 12:46
Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
12-06-2026, 12:40
SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
12-06-2026, 12:17
İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
12-06-2026, 11:59
Orta aylıq maaş 1200 manata çatır
12-06-2026, 11:24
Prezident həmkarını təbrik etdi
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
12-06-2026, 10:46
DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
12-06-2026, 10:28
Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
12-06-2026, 10:00
15 mindən çox şəxs magistraturaya imtahan verəcək
12-06-2026, 09:44
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
12-06-2026, 09:38
Aqrar sahədə regional müşavirələrə start verilir
12-06-2026, 09:34
Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
12-06-2026, 09:30
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq