Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb

Ukrayna prezidenti Volodimir Zelenskinin “Üçüncü Dünya Müharibəsinin artıq başlanması” barədə iddiası daha çox qlobal sistem savaşı ilə bağlı anlayışa uyğun gəlir... Çünki Ukrayna savaşı artıq beynəlxalq ziddiyyətlərin əsas təkanverici faktoruna çevrilib, dünya hələlik açıq qlobal müharibə mərhələsində olmasa da, çoxqütblü, riskli və davamlı qarşıdurma dövrü artıq başlayıb...
Dünya nəhəngləri arasında qlobal qarşıdurmanın yeni mərhələsində Ukrayna müharibəsinin dayandırılması ilə bağlı “sülh prosesi” xüsusi önəm daşıyır. Eyni zamanda, bu “proses”in inkişaf istiqamətlərinə Avropa Birliyinin daxilində dərinləşməkdə davam edən kəskin ziddiyyətlər və tədricən güclənərək, supergücə çevrilməkdə olan Çin faktoru paralellik təşkil edir. Və bu baxımdan, indiki çoxqütblü dünyada yeni qlobal düzənin qurulması istiqamətində atılmaqda olan bütün addımların istənilən halda, daha qəliz situasiya yaratma ehtimalı qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, belə vəziyyətdə Ukrayna prezidenti Volodimir Zelenskinin “Putin Üçüncü Dünya Müharibəsini artıq başladıb” bəyanatı daha dağıdıcı qlobal mərhələnin sürətlə yaxınlaşdığını göstərir. Çünki Ukrayna liderinin bu bəyanatına paralel olaraq, Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev “qlobal müharibə hər an başlaya bilər” xəbərdarlığı ilə diqqəti çəkir. Mövcud situasiyanın qəlizliyini nəzərə aldıqda, Ukrayna və Rusiyadan verilən bu iki mesajın sadəcə, yalnız informasiya savaşının tərkib hissəsi olduğuna inanmaq çox çətindir.
eea24e7c6d08f9672a7131e82d213da8.jpeg (427 KB)
Məsələ ondadır ki, “qlobal savaş” iddiaları dünya nəhəngləri arasındakı mövcud qarşıdurmanı Ukraynadakı savaş poliqonundan da kənara çıxarır. Belə ki, Avropa Birliyinin daxili siyasi dayanıqlığının və Çin faktorunun qlobal güc balansında önəmli rol oynaması ilə bağlı reallıq birbaşa ön plana keçirilmiş olur. Çünki qlobal qarşıdurma indi üç paralel istiqamətdə - hərbi poliqon Ukrayna ərazisində, siyasi-iqtisadi cəbhə Avropa Birliyi daxilində, geopolitik strateji müstəvi isə ABŞ-Rusiya-Çin üçbucağında inkişaf edir.
Maraqlıdır ki, hazırda qlobal qarşıdurmanın həmin inkişaf istiqamətlərindən birinin toqquşma poliqonuna çevrilmiş Avropa Birliyi vahid mövqe, yoxsa daxili parçalanma ssenariləri arasında qalıb. Belə ki, 2022-ci ildən sonra Avropa Birliyi Rusiyaya qarşı ən genişmiqyaslı sanksiya paketlərini qəbul etməklə yanaşı, Ukraynaya maliyyə və hərbi-siyasi dəstəyin əsas qaynaqlarından birinə çevrildi. Və zaman keçdikcə, bu həmrəylik formal ortaqlıqla yanaşı, həm də bu qurumun daxilində mövcud ziddiyyətləri də gücləndirdi.
Belə ki, Rusiya təbii qazından asılılığın sürətli şəkildə azaldılması Avropa Birlyinin iqtisadiyyatına ciddi neqativ təsirlər göstərdi. Çünki enerji qiymətlərinin artması inflyasiyanı da yüksəltdi, nəticədə sənaye istehsalı zəiflədi. Belə vəziyyət isə, öz növbəsində Avropanın populist və radikal siyasi düşərgəsinin ictimai mövqeyini gücləndirdi. Digər tərəfdən, vəziyyətin belə sürətlə dəyişməsi Avropa Birliyi daxilində siyasi-strateji parçalanma prosesini də intensivləşdirdi.
6f6d5123-8ebe-4fb1-85de-ea6327c83c76.jpg (201 KB)
Ona görə də, hazırda Avropa Birliyi daxilində üç əsas yanaşma tərzi formalaşmış kimi görünür. Sərt xətt tərəfdarları (Baltikyanı ölkələr və Polşa) Rusiyanın geostrateji məğlubiyyətini əsas məqsəd sayırlar. Pragmatik realistlər bloku (Fransa, Almaniya daxil olmaqla, bəzi ölkələr) “qoca qitə”nin uzunmüddətli təhlükəsizlik arxitekturasının qurulması və Rusiya ilə mümkün danışıqlar barədə düşünürlər. Ukrayna savaşından “yorulmuş” populist radikallar qrupu isə müharibənin uzanmasının sosial nəticələrindən ciddi şəkildə narahatdırlar və ona görə də, Rusiya ilə mümkün kompromis variantları axtarırlar.
Təbii ki, məhz bu qurum daxili ziddiyyətlər Avropa Birliyinin gələcək təhlükəsizlik modelini müəyyən edəcək. Çünki əgər, daxili ziddiyyətlərdən qaynaqlanan siyasi dəyişikliklər nəticəsində Avropa Birliyinin Rusiyaya qarşı mövqeyi zəifləyərsə, onda Kremlin “zaman strategiyası” özünü doğrultmuş olacaq. Bu baxımdan, Avropa Birliyi üçün genişlənmə və təhlükəsizlik məsələsinin geostrateji dilemma olduğu qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, Ukraynanın Avropa Birliyinə real üzvlük perspektivi qurum daxilində ciddi siyasi və iqtisadi islahatlar tələb edir. Belə ki, əgər, Ukrayna uzunmüddətli perspektivdə “boz zona”da saxlanılarsa, bu, Rusiya üçün geostrateji üstünlük demək olacaq. Əksinə, Ukraynanın Avropa Birliyinə real inteqrasiya perspektivi isə Rusiya üçün geopolitik məğlubiyyət anlamına gələ bilər.
Maraqlıdır ki, Ukrayna müharibəsinin doğurduğu qlobal qarşıdurmanın ən mühüm, ancaq hələlik daha çox kölgədə qalan tərəfi Çin hesab olunur. Rəsmi Pekin açıq şəkildə Rusiyanı hərbi müttəfiq kimi dəstəkləməsə də, Kremlin iqtisadi “nəfəs borusu”na çevrilib. Belə ki, Çin hazırda Rusiyanın əsas ticarət tərəfdaşıdır, Kreml enerji ixracını şərqə doğru yönləndirib. Kreml bunun sayəsində Qərbin sanksiyalarının təsirini qismən də olsa, neytrallaşdırmağa nail olub. Və bu, Rusiyanın tam iqtisadi kollapsa düşməsinin hələlik qarşısını alır.
1d417062-6054-43eb-afe7-30374612da36.jpg (154 KB)
Digər tərəfdən, Çin Ukrayna müharibəsinin uzanmasında da maraqlı ola bilər. Çünki bu savaş ABŞ-ın diqqətini və əsas resurslarını Avropa məkanında saxlayır. Eyni zamanda, Qərb bir neçə istiqamət üzrə paralel təzyiqlərin altında qalır. Qlobal Cənub ölkələri isə alternativ güc mərkəzi kimi məhz Çinə daha çox yaxınlaşırlar. Ancaq buna baxmayaraq, Çin Ukrayna müharibəsinin nəzarətsiz eskalasiyasında da qətiyyən maraqlı deyil. Ən azından ona görə ki, qlobal iqtisadi sabitlik rəsmi Pekinin əsas strateji prioritetləri sırasına daxildir.
Ona görə də, mövcud qlobal vəziyyət faktiki olaraq, yeni “soyuq müharibə” əlamətlərini özündə birləşdirir. Ancaq indi daha fərqli məqamların olduğu da qətiyyən diqqətdən yayınmır. Belə ki, keçmiş SSRİ və ABŞ arasındakı qarşıdurmanın doğurduğu ikiqütblü qlobal model hazırda yerini çoxqütblü amansız rəqabətə verib. Çin iqtisadi baxımdan, ABŞ-la daha sıx əlaqədədir, Avropa Birliyi isə hərbi cəhətdən NATO-ya, iqtisadi istiqamət üzrə də həm ABŞ, həm də Çin bazarına bağlıdır.
Göründüyü kimi, belə mürəkkəb qarşılıqlı asılılıq hər hansı lokal eskalasiya ssenarisində neqativ qlobal nəticələr də doğura bilər. Ona görə də, Ukrayna müharibəsi artıq qlobal qarşıdurmanın əsas təkanverici faktoruna çevrilib. Bu baxımdan, Ukrayna prezidenti Volodimir Zelenskinin “Üçüncü Dünya Müharibəsinin başlanması” barədə iddiası daha çox qlobal sistem savaşı ilə bağlı anlayışa uyğun gəlir. Yəni, dünya hələlik açıq qlobal müharibə mərhələsində deyil, ancaq çoxqütblü, riskli və davamlı qarşıdurma dövrü isə artıq başlayıb.(musavat.com)
Bu gün, 16:00
Paşinyanın referendum XOFU
Bu gün, 15:30
Azərbaycan kəndlərinin qaytarılması üçün iki yol
Bu gün, 14:38
Prezident müəllimlərlə bağlı qanunu təsdiqlədi
Bu gün, 14:34
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
Bu gün, 14:22
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 14:00
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu gün, 13:03
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:59
Arzum ev dustaqlığına buraxıldı - Yenilənib
Bu gün, 12:43
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
Bu gün, 12:17
İki ölkədə ABŞ bazalarını vurdular
Bu gün, 12:05
Təlim helikopteri qəzaya düşdü - Yaralılar var
Bu gün, 11:58
Baş nazir bu qurumlara əlavə səlahiyyət verdi
Bu gün, 11:54
Hikmət Hacıyev jurnalistləri təbrik etdi
Bu gün, 11:00
Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır
Bu gün, 10:56
Yaralı amerikalı hərbçilərin sayı 500 nəfəri ötüb
Bu gün, 09:42
Tramp Səudiyyə ilə nüvə razılaşmasını təsdiqləyib – Ər-Riyad uranı zənginləşdirə biləcək
Bu gün, 09:39
Bakıda məxfi görüşdə iştirak edənlər
Bu gün, 09:33
Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilərdə işıq olmayacaq
Bu gün, 09:28
İran danışıqlar üçün bizə müraciət edib – Rubiodan gözlənilməz açıqlama
Bu gün, 09:22
“Kuryer pişik” həbsxanaya narkotik apararkən tutuldu
Bu gün, 09:18
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
Bu gün, 09:14
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi
Bu gün, 09:13
Sülh, yoxsa növbəti oyun? - Ermənistanın əsl niyyəti nədir?
Bu gün, 09:00
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Dünən, 19:18
“Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya
Dünən, 16:00
Sülh sazişi gələn ilə qaldı? – Paşinyan TƏŞVİŞ içində
Dünən, 15:30
Trampdan Pentaqona TƏCİLİ GÖSTƏRİŞ - "Hər öldürülən əsgərə görə..."