ABŞ Konqresində anti-Azərbaycan düzəlişlər səsvermədən kənarlaşdırıldı
Dunya
Oxunub: 120
12 sen 2025 | 09:45
ABŞ Konqresində anti-Azərbaycan düzəlişlər səsvermədən kənarlaşdırıldı


ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna (NDAA) təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişi gündəliyə daxil etməyib.

musavat.com xəbər verir ki, söhbət Konqresmenlər Frenk Pallone (D-NJ) və Qas (Gus) Bilirakis (R-FL) tərəfindən irəli sürülmüş təkliflərdən gedir. Onlardan biri ABŞ Prezidentinin 907-ci düzəlişi dayandırmaq səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağı, digəri isə Pentaqondan hər il “Azərbaycanın Ermənistanın suverenliyini tanıdığı” barədə xüsusi təsdiq tələb etməyi nəzərdə tuturdu. Hər iki düzəliş “made in order” siyahısına salınmadığından səsverməyə çıxarılmayacaq və qanunvericilik prosesindən kənarda qalacaq. Bu qərar erməni lobbi təşkilatlarının geniş kampaniyalarına rəğmən qəbul olunub və Vaşinqtonda anti-Azərbaycan istiqamətli addımların qarşısının alınması kimi qiymətləndirilir.

Qaydalar Komitəsinin qəbul etdiyi qayda yalnız məhdud sayda dəyişikliklərin plenar müzakirəyə çıxarılmasına imkan verir. Məhz bu səbəbdən Pallone və Bilirakisin təqdim etdiyi düzəlişlər rəsmi şəkildə rədd edilib. Bu fakt hüquqi baxımdan onların uğursuzluğunu təsdiqləyir və Azərbaycanın diplomatik xəttinin effektivliyini göstərir.

Xatırladaq ki, bu qərar ABŞ-Azərbaycan münasibətlərinin son aylarda yüksəlişdə olduğu bir dövrə təsadüf edir. 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə Bəyanat imzalamışdılar. Həmin görüş ABŞ və beynəlxalq media tərəfindən Cənubi Qafqazda sülh prosesində dönüş nöqtəsi kimi təqdim olunmuşdu. Bu çərçivədə Vaşinqtonun irəli sürdüyü sülh gündəmi, habelə Azərbaycanın ABŞ ilə strateji əməkdaşlığı daha da dərinləşdirmişdi.

Bundan əlavə, Ağ Ev həmin görüşlə eyni xəttdə olaraq 907-ci düzəlişin Azərbaycana yardımla bağlı dayandırılmasını uzadan xüsusi memorandum dərc etmişdi. Bu addım Bakı ilə Vaşinqton arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının davamına geniş imkan açmış, eyni zamanda anti-Azərbaycan təşəbbüslərin qarşısını hüquqi əsasda kəsmişdi.

Beləliklə, Nümayəndələr Palatasının Qaydalar Komitəsində qəbul edilən son qərar Azərbaycanın ABŞ Konqresində daha bir siyasi uğuru kimi qiymətləndirilir. Anti-Azərbaycan xarakterli düzəlişlərin səsverməyə buraxılmaması həm iki ölkə münasibətlərində yeni mərhələni möhkəmləndirir, həm də Ağ Evin 8 avqustda imzalanmış sülh gündəmi ilə tam şəkildə üst-üstə düşür.
Dünən, 11:37
Laçında kanat yolunun istifadəyə veriləcəyi tarix açıqlandı
Dünən, 11:33
Bu gündən iki marşrutda gedişhaqqı bahalaşdı
Dünən, 10:23
ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO-nun taleyini həll edir
Dünən, 10:19
Müəllimlərə ŞAD XƏBƏR - Yeni qanun
Dünən, 10:15
BDYPİ-dən gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT
16-01-2026, 22:49
Rauf Vəliyev vəzifəsindən azad edildi: yerinə təyinat - SƏRƏNCAM
16-01-2026, 16:00
İranla ticarətdə çətinliklər: qiymət artımı gözlənilirmi?- İqtisadçılardan VACİB açıqlamalar
16-01-2026, 16:00
Rəqəmsal dünya planetin suyunu içir - Süni intellekt su böhranı yarada bilər
16-01-2026, 14:22
6 min metr dərinlikdə inqilab: Okeanın dibindən sərvət çıxaracaqlar
16-01-2026, 14:05
İrəvanda türk-rus qarşıdurması
16-01-2026, 13:56
Təhsilini bitirməyənlərin NƏZƏRİNƏ - İmtahan olacaq
16-01-2026, 13:50
Azərbaycanda keçən il sürücülük vəsiqəsi alanların sayı 2 dəfədən çox azalıb
16-01-2026, 11:50
Kremldən Londona - Cavabımız dəhşətli olacaq
16-01-2026, 11:43
Ankaradan İrəvana açıq mesaj: Paşinyanı dəstəkləyirik
16-01-2026, 11:32
"Qarabağ" klubu dünya reytinqində bir pillə geriləyib
16-01-2026, 10:42
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
16-01-2026, 10:13
Maçado Nobel Sülh Mükafatını Trampa təqdim edib
16-01-2026, 10:10
Bu şəxslər metroda əlavə pul ödəyəcək
16-01-2026, 10:04
İran küçələrində qan - Hadisə şahidindən sarsıdıcı açıqlama
16-01-2026, 09:52
Azərbaycan benzini İrəvanda hər şeyi "alt-üst" etdi: benzin və maye qaz bazarı çalxalanır
16-01-2026, 09:44
Qəzza üzrə Sülh Şurası yaradıldı
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:30
İran 800 etirazçının edamını ləğv edib - Ağ Evdən AÇIQLAMA
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:25
Maduronun mühafizəçilərinin tabutları niyə kiçikdir? - Şok iddia
16-01-2026, 09:22
Bakıya niyə qar yağmadı? – Yanlış olan proqnozun SƏBƏBLƏRİ
16-01-2026, 09:11
“Evlər bu il də bahalaşacaq...” – Ekspert səbəblərdən danışdı