Lənkəran Humanitar Kollecində rəzalət - TƏFƏRRÜAT
Təhsil ocağında hər bir imtahan üçün ayrıca qiymət müəyyən edildiyi, bir sıra qanunsuzluqlara yol verildiyi iddia olunur
Ötən günlərdə Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) baş verənlərlə bağlı məlumat vermişdik. Rayon ziyalılarından birinin ünvanladığı məktuba əsasən hazırlanmış yazıda bir sıra mətləblərdən bəhs olunurdu. Əsasən də kollecin direktoru Ruslan Həmidovun fəaliyyətindəki qüsurlardan danışılırdı.
Bu gün sözügedən kolleclə bağlı daha bir məktub daxil olub. Nizami Axundov adlı şəxs yazır ki, LDHK-nin direktoru Ruslan Həmidov pul yığılması üçün yeni mexanizmlər yaradıb. Onun sözlərinə görə, yeni mexanizmə əsasən tələbələr kəsrdə saxlanılır, sonra isə onlardan pul alınaraq qiymətləri yazılır. «Kəsrdə saxlanılmış tələbələrin qiymət almaları üçün 50 manat istənilir. Bu işləri isə kollecin musiqi şöbəsindən Günay İsgəndərova və müavin Aysel Mehdiyeva həyata keçirirlər».
Nizami Axundov qeyd edir ki, kollecdə fəaliyyət göstərən bufet antisanitariya şəraitində işləyir. O bildirir ki, Ruslan Həmidov bufetin varlığını vergi işçilərindən gizlətməklə yanaşı, onu başqalarına icarəyə verib. «Heç bir yerdə qeydiyyatda olmayan bufet aylıq 300 manata Ağa adlı şəxsə icarəyə verilib».
Redaksiyaya yazan şəxs vurğulayır ki, LDHK-da büdcə vəsaitləri də təyinatı üzrə bölünməyib. Onun iddiasına görə, vəsaitlər kiminsə cibinə xidmət edir. «Ruslan Həmidov bu günlərdə bir günə 12 min manatlıq dəftərxana ləvazimatları aldığını bildirsə də, ondan kimsənin faydalandığı qeydə alınmayıb. Ruslan musiqi şöbəsinin müdiri Fikrətlə birləşərək 86 min manatı, guya, şöbənin təmirinə sərf edib. Əslində isə o, bu pulu işə götürdüyü meyxanaçı Natiqin əliylə xərcləyib. Natiq isə hazırda Rusiyadadır».
Nizami Axundov yazır ki, hazırda kollecdə tələbələrin təqaüdləri, müəllimlərin maaşları düzgün hesablanmır. Bu səbəbdən də narazılıq yaranıb. «Kollecin ingils dili müəllimi Aysel Mehdiyeva heç bir rəhbərlik təcrübəsi olmadan kollecə birbaşa tədris hissə müdiri vəzifəsinə təyin edilib. Bunun səbəi də odur ki, Mehdiyeva Həmidovla əlbir olaraq kollecə bərpa olunan tələbələrin qeydiyyatını aparmaqdan ötrü pul yığmağa vasitəçilik edir. Tələbələrə diplomlar 100 manata verilir».
Şikayətçi daha sonra vurğulayır: «Kollecin qiyabi şöbəsində bir tələbədən semestr imtahanı üçün 150-200 manat, kurs işi üçün 30 manat, yoxlama yazı işi üçün 20 manat, sonuncu kurs tələbələrindən dövlət imtahanları üçün 300-400 manat yığır».
Nizami Axundov digər iddialar da irəli sürüb. Məsələn, o iddia edir ki, kollecin musiqi şöbəsinin müdiri Fikrət Kərimli semestr imtahanı üçün bir tələbədən 150-200 manat, son kurs tələbələrindən dövlət imtahanı üçün 250-300 manatdan pul yığır. «Ona bu işdə kömək edən isə Günay İsgəndərovadır». Məktub göndərən vətəndaş onu da bildirir ki, kollecin Pedoqoji Təcrübə rəhbəri diplomqabağı pedoqoji təcrübədə iştirak edən tələbələrin qiymətlərini şişirtməklə məşğuldur. «Bunun üçün 100 manat istənilir. Əlavə olaraq, təcrübədən yayınmaq üçün 200 manat əlavə tələb olunur. Kollecin bədən tərbiyyəsi müəllimi Fəriz Salayev və baş laborant komissiya üzvü təyin edilərək, kəsr imtahanlarına görə hər bir tələbədən 50 manat alırlar».
Maraqlı hallardan biri də odur ki, kollecin psixoloqu və tərbiyyə hissə müdiri Ruslan Həmidovun təlimatı əsasında tələbələri aylığa buraxırlar. Nizami Axundov iddia edir ki, hazırda 1 günlük icazənin qiyməti 10 manat, ir həftə üçün 40 manat, yarım aylıq 100 manat, 1 aylıq isə 200 manatdır. «Aylarla dərsə gəlməyib, Bakıda və ya Rusiyada yaşayan tələbələr var ki, onlardan hər ay 300 manat alınır».
Müraciət edən şəxs sonda Lənkəran Dövlət Humanitar Kollecində bir sıra neqativ halların olduğunu da bildirir. Onun iddiasına görə, kollecdə qanunsuz tələbə köçürmələri, tələbə qəbulları, maliyyə vəsaitlərinin mənimsənilməsi, tələbələrə qarşı hüquqazidd hərəkətlərin edilməsi, kadrların qeyri-şəffaf yerləşdirilməsi kimi işlər adi hala çevrilib. «Kollecdə bəzi dərslər ümiumiyyətlə tədris olunmur. Qiyabi şöbədə dərslər tədris proqramına görə tərtib edilməyib. Təhsil sənədlərinin alınması, paylanılması və uçotunun aparılmaması da bu qəbildəndir».
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı