Ucar rayon Mərkəzi Xəstəxanasında qalmaqal: “Başınıza oyun açacam” (VİDEO)

Ucar rayon Mərkəzi Xəstəxanasında yenidən qalmaqal yaşanıb
Bu barədə rayon sakini Nurlan Tağıyev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı ağır xəstə olan azyaşlı qızını xəstəxanaya aparıb. 40-dan yuxarı qızdırma içində olan qızını xəstəxananın həkimi, uşaq şöbəsinin müdiri Səidə Ələkbərovanın qəbuluna aparmaq istəyiblər. Bu zaman xəstəxananın digər uşaq həkimi Şəhla doktorun tibb bacıları qadına Səidə həkimin otağına getməyə icazə verməyiblər.
“Səidə həkimin yanına getmək üçün iki giriş var. Birinci giriş üçün Şəhla həkimin qəbul şöbəsində keçib getmək lazımdır. İkinci giriş isə xəstəxana binasının digər hissəsindədir. Uşağı ağır vəziyyətdə birinci girişdən aparıblar ki, həkimə tez çatdırsınlar. Bu zaman Şəhla həkimin işçiləri mane oldular. Qızdırma içində olan uşağı rahat şəkildə həkimin yanına aparmağa imkan verməyiblər. Xanımımı xəstə uşaqla məcbur ediblər ki, aşağı düşərək digər girişdən keçsin”, – deyə Nurlan Tağıyev bildirib.
Onun sözlərinə görə, tibb bacıları uşağın ağır xəstə olmasına məhəl qoymayıblar: “Bu problem həmişə olur. Səidə həkimin yanına gələn xəstələrə Şəhla həkimin tibb bacıları problem yaradır”.
Qeyd edək ki, həmin xəstəxanada buna oxşar hadisələr tez-tez olur. Deyilənlərə görə, həkimlər xəstələrə təzyiq edirlər ki, onların yanına gəlsinlər.
Məsələ ilə bağlı xəstəxananın şöbə müdiri Səidə Ələkbərova ilə əlaqə saxladıq. HəkimBAKU.WS-ə açıqlamasında bildirdi ki, Şəhla həkim xəstəxananın uşaq reanimasiya şöbəsinin müdiridir.
“Artıq məsələ ilə bağlı danışmışam. Tapşırmışam ki, xəstələr gələndə onlarla kobud rəftar etməsinlər. İmkan daxilində kömək etsinlər. Bütün xəstələrə də tapşırmışam ki, mənimm yanıma gəlmək üçün ikinci girişdən istifadə etsinlər. Valideynlər özləri hansı həkimə istəsələr müraciət edə bilərlər”, – deyə Səidə Ələkbərova bildirib.
Xəstəxananın baş həkimin müavini Ata Hacıyev də BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisədən xəbərdardır. Onun sözlərinə görə, artıq problem həllini tapıb.
“Nurlanın keçmək istədiyi giriş reanimasiyanındır. Xəstəxana təmir olunduğu vaxt Səidə həkimin yanına gələnlər də müvəqqəti olaraq oradan istifadə edirdilər. Təmirdən sonra oradakı giriş bağlıdır. İndi Nurlan Tağıyevin də həyat yoldaşı oradan keçmək istəyib. Problem yaranmışdı, artıq məsələ həll olunub”, – deyə Ata Hacıyev vurğulayıb.
Problemin həll olunduğu deyilsə də əslində əsl problem həkim və tibb bacılarının xəstə və xəstə yaxınlarına münasibətindədir. Düşünürük ki, temperaturu 40-dan yuxarı olan bir uşağın xəstəxananın hansı girişindən xəstəxanaya daxil olması problem olmamalıdır. Tibb bacıları xəstəni daha tez həkim yanına çatdırmağın qayğısına qalmalıdırlar.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı