Ağstafada icra başçısının təxribatı: Şəhidlər Xiyabanında insident
Bolge
Oxunub: 1 413
23 yan 2016 | 10:04
Ağstafada icra başçısının təxribatı: Şəhidlər Xiyabanında insident











İcra başçısının göstərişinə əsasən Şəhidlər Xiyabanında anım mərasimi keçirən müxalifətçiləri 2 saat şöbədə saxladıqdan sonra sərbəst buraxıblar

Hər il olduğu kimi, 20 Yanvar Milli Matəm Günü ölkənin hər yerində müxtəlif səviyyəli tədbirlər keçirilir. Bakı başda olmaqla, rayonlarda Şəhidlər Xiyabanı ziyarət olunur. Lakin bu il Ağstafada ziyarətə gedənlər tamam başqa bir mənzərə ilə qarşılaşıblar. Ağstafa rayonunda yerli müxalifət partiyalarının fəalları və üzvləri 20 Yanvar şəhidlərini anmaq məqsədi ilə Şəhidlər Xiyabanına gedərkən, polislə aralarında insident yaranıb. Bu barədə sosial şəbəkələrdə Anar İsmayılzadə məlumat yayıb. Onun verdiyi məlumata görə, yerli polis şöbəsinin əməkdaşları ziyarətçilərin qarşısını kəsərək, onları anım mərasimi keçirməyə imkan verməyiblər. «Danışıqlardan sonra Şəhidlər Xiyabanına getdik və ziyarət etdik. Ziyarət qurtardıqdan sonra Ağstafa Polis Şöbəsinin rəisi Vahid müəllimin əmrinə əsasən elə xiyabandaca həbslər başladı. Pərviz Mahmudov və daha 3 nəfər saxlanılaraq, şöbəyə aparıldı. 2 saat sonra isə sərbəst buraxıldılar». Qeyd edək ki, indiyə qədər belə bir hadisə hələ heç bir rayonda qeydə alınmayıb. Əksinə, yerli icra orqanları ümumi məsələlərdə maksimum dərəcədə sakit tərzdə mərasimlərin sonna çatmasına imkan yaradıblar. Ağstafada isə faktiki vəziyyətin yaranmasının səbəbi isə icra başçısı Məhərrəm Quliyevin rolu olduğu deyilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı son devalivasiyadan sonra bahalaşmanın qarşısını almaq gücündə olmadığı üçün rayonda hər an narazılığın yarana biləcəyindən əndişələnir. Ona görə də, Ağstafada 5-6 adam bir yerə yığışan kimi, onların dağıdılması göstərişini verib. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı