Camaat nə hayda, icra başçısı hansı kefdə?-FOTO
Bolge
Oxunub: 1 311
21 yan 2016 | 15:21
Camaat nə hayda, icra başçısı hansı kefdə?-FOTO











Qəzənfər Ağayevin ?Kontinental? kimi bahalı marketdən bazarlıq etməsi astaralılara sayğısızlıq kimi qəbul edilir

Neftin qiymətdən düşməsindən sonra manatın devalivasiyası ölkədə bahalaşmanın əsasını qoyub. Redaksiyamız xəbər verir ki, bəzi möhtəkir və monopolistlərin bunu fürsət bildib qiymətləri artırması isə ciddi narazılıqla müşahidə olunmaqdadır.

Artıq ölkənin hər yerində aksiyaların keçirildiyi, bahalaşmaya etirazların edildiyi xəbərləri gəlir. Qısa müddət ərzində Füzuli, Siyəzən, Quba, Lənkəran, Ağcabədi, Ağsu və digər rayonlarda etiraz aksiyaları keçirilib və prosesin davam edəcəyi gözlənilir. Etiraz aksiyası keçirilmiş rayonlardan biri də Astaradır. Redaksiyamız xəbər verir ki, rayonun Şahağac kəndində bir qrup insan qiymətlərin artmasına etiraz ediblər.

Düzdür, rayonun İcra Hakimiyyəti bu prosesə başqa don geyindirməyə çalışıb. Onların yaydıqları rəsmi açıqlamada iddia olunurdu ki, kənd camaatının küçələrə çıxmasına səbəb bir neçə nəfərin onları aldatması olub. Belə ki, həmin şəxslər kənd camaatın etibarından sui-istifadə edərək, bankdan kredit götürüb və geri qaytarmayıb. Hazırda bank da pulu həmin şəxslərdən tələb etdiyi üçün narazılıq yaranıb.

Aydın məsələdir ki, bu Astara İcra Hakimiyyətinin gəldiyi ?qənaətdir?. Reallıq odur ki, rayonda bahalaşma əleyhinə heç bir tədbir görülmür və icra başçısı ümumiyyətlə, insanların bununla bağlı etirazlarına məhəl qoymur.

Redaksiyamız bildirir ki, Astaranın icra başçısı Qəzənfər Ağayev həqiqətən də insanların hansı durumda olduğunun fərqində deyil. Daha doğrusu, baş verənlərə əhəmiyyət belə vermir. Bunu əyani sübutlarından biri kimi, onun nümayişkəranə şəkildə Bakının mərkəzindəki ən bahalı marketdən alver etməsidir.

Oxucularımızdan birinin Redaksiyamıza göndərdiyi foto və məlumatda bildirilir ki, Qəzənfər Ağayev dünən Bakıda olub və dövlət nömrə nişanı 44 BX 444 olan, özünün bahalı ?Opel İnsigma? markalı maşını ilə ?Kontinental? marketdən bapzarlıq edib. Qeyd edək ki, ?Kontinental? marketilər şəbəkəsi ölkənin ən bahalı ticarət mərkəzlərindən sayılır və oradan bazarlıq etmək heç də hər bir vətəndaşa nəsib olan deyil. İndiki həssas məqamda icra başçısının nümayişkəranə şəkildə bu marketdən bazarlıq etməsi isə onun dünyayi-aləmi vecinə almaması anlamına, habelə Astara camaatına sayğısızlıqdan başqa bir şey deyil.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Camaat nə hayda, icra başçısı hansı kefdə?-FOTO
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı