Saatlıda qaz üsyanı: ƏHALİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINA TOPLAŞIB

Camaat qazpulunu ödəsə də, rəsmiləşdirilməyib; Siraqəddin Cabbarov: «Nardarandakı kimi sizin də qazınız kəsiləcək»
Saatlı rayonunda əhali üzləşdiyi təbii qaz problemi ilə əlaqədar yerli İcra Hakimiyyətinin binasının qarşısına yığılmağa başlayıb. Redaksiyamıza verilən məlumata görə, səhər saat 11:00-dan etibarən rayon camaatı evlərdə «mavi yanacağın» kəsilməsinə etiraz edirlər.
Hazırda 100-dən artıq insanın Saatlı İcra Hakimiyyətinin binası qarşısında toplaşıb və onlar istifadə etdikləri qazın pulunu ödəmələrinə rəğmən, onun kəsilməsinin səbəblərini öyrənmək istəyirlər.
Redaksiyamıza daxil olan məlumata görə, camaat pulu ödəmələrinə dair qəbzləri yerli Qaz İstismarı İdarəsinə təqdim etsələr də, məlum olub ki, həmin pullar kompyüterə vurulmayıb. Yəni, əldə möhürlü qəbzin olmasına rəğmən, onların ödənişləri həyata keçirilməyib. Qaz İstismar İdarəsinin yeni müdiri Sadiq isə deyib ki, məsələ onluq deyil. Onu qeyd edib ki, yaranmış problemin səbəbini icra başçısı ilə aydınlaşdırmaları lazımdır.
Rayondan gələn xəbərə görə, camaat icra başçısı Siraqəddin Cabbarovla görüşərək, ondan problemin həlli üçün yardım istəyirlər. Lakin icra başçısı onları qəbul etməkdən qəti şəkildə imtina edib. Hətta etirazçıları İcra Hakimiyyətinin binasına buraxmamağı tapşırıb. Üstəlik, ismarıc da göndərib ki, camaatın qazı kəsiləcək. «İcra başçısı camaatı qəbul etməkdən imtina edir. Aşağıda növbətçiyə də xəbər göndərib ki, kimsəni içəri buraxılmasın. Həmçinin camaata xəbərdarlıq edib ki, Nardaranda olduğu kimi, pullar ödənilməsə Saatlıda da hamının qazı kəsiləcək».
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı