Zaqatala rayon Məhkəməsinin hakimi Şəxsən Tural Həsənova
Bolge
Oxunub: 837
21 in 2022 | 16:39
Zaqatala rayon Məhkəməsinin hakimi  Şəxsən Tural Həsənova



Hörmətli Tural müəllim ! Mən danışanda Sizin acığınız tutur. Ona görə də sözlərimi yazılı şəkildə təqdim edirəm. Mənə məxsus qoyun sürüsü dağdan düşəndə heç bir yad qoyun sürüsü ona qarışmamışdır. Mənim çobanım moşennik Cavadov Mükərrəm Əsgər oğlu özünə bənzər iki nəfərin qoyunlarını mənim sürümə güya qatdığını bildirmişdi. Mənim qoyun sürüm “Mağara” Şəxsi Kəndli ( Fermer) Təsərrüfatına məxsus qoyun sürüsüdür. 1990-ci ildən mən müxtəlif həcmli qoyun sürüsü saxlamışam. Mənim qoyun sürüm otlayan dağda , aran çölündə heç vaxt yad heyvanlar qarışmamışdır. Neçə ildir dağdan düşəndə qoyun payızlıq otlaq sahəsinin Müğanlı meşə ərazisində yerləşir. Mən ora icarə haqqı ödəyirəm. İcarə haqqını ödədədiyim otlaq sahəsinə yad qoyun sürüsü heç vaxt girə bilməz. Şərəfsiz, oğru Mükərrəm 2017-ci ildə mənim baş çobanım Rafiqlə bir yerdə 258 baş mənim qoyun sürümü mənimsəmişdir. Düzdür mən onlardan 20000 pulumu aldım. Prokuror Əli müəllim 12000 manatı fırlatdı , göz görə-görə . Muğanlı çölündə də, Meşəsində də yad qoyunlar mənim sürümə qatışmamışdır. 3 ay Muğanlı çölündə otladıqdan sonra qoyun sürümü qışlağa, Acınohur çölünə yola saldım. Hər gün də qoyun sürümün yanında idim. Yol gedən də yad heyvan qatışmamışdır. Üç günə Acınohur çölünə çatanda , təzə gətirdiyim Muxaxlı çoban 15 gün qoyun sürümü Acınohur çölündə otardı. Mükərrəmin əlindən bezdiyim üçün qoyun sürümü satmaq fikrinə gəldim. Mükərrəm dağdan düşəndə 100 baş ana qoyunumu müxtəlif keçilərə dəyişmişdir. O mənim başıma açan oyunu hec cürə təsvir etmək mümkün deyil. Suvagildən Qədir adlı bir nəfərə qoyun sürümü satası oldum. Mən artıq Mükərrəmi işdən çıxarmışdım. Bir də Qədir mənə bildirdi ki, Mükərrəm qoyun sürüsünün içərisinə daxil olub, bütün ana qoyunları ayırır. Özünə məxsus olduğunu demək istəyir. Mən Mükərrəmi çağırdım yanıma və dedim : Mükərrəm, sən altı ay əvvəl mənə dedin ki, sürüdə sənin bir dənə də olsa qoyunların yoxdur. Mən bütün sürümü satmışam, artıq işləmək istəmirəm. Mən Mükərrəmə dedim, sən dəlisənsə, get başını daşa vur. Mən qoyun sürümü Qədirə təhvil verib rayona qayıtdım. Bir də Qədirdən zəng gəldi ki, Mükərrəm yanındakı iki adamla bütün ana qoyunu ayırıb, Zaqatalaya yola düşür. Mən Qax rayon Polis şöbəsinə getdim. Qoyunlar yerləşən Acınohur çölü Qax ərazisində yerləşdiyi üçün bir neçə nəfər polis əməkdaşı ilə Acınohir çölünə yollandım. Polislərlə qoyun sürümü dala yatağa qaytardıq. Mən Mükərrəmə dedim, sən neynəyirsən. Mükərrəm mənə bildirdi ki, mənim oğlum adam bıcaqlayıb, mənə pul lazımdı. Sən də qoyun sürünü satırsan, mən nə edəcəm. Mən də Mükərrəmə bildirdim ki, mənim qoyun sürümün sənə nə dəxli var. Mənə bildirdi ki, mən özümlə gətirdiyim adamların qoyunlarını sizin sürüyə qatmışdım. Mən Mükərrəmə bildirdim ki, qoyunları saymışam, bir dənə də olsa artıq heyvan yoxdur, sən heç vaxt belə bir şey etməmisən. Məndən soruşmayıb, məndən xəbərsiz niyə belə bir şey etdiyini deyirsən mənə, sən havalanmısan.
Sonradan öyrəndim ki, mənim qoyunlarımı komplektləşdirib üç nəfər bir yerdə mənimsəmək istəyirlər. Mən onları Acınohur çölündən qovdum. Qax rayon Polis şöbəsinin Təhqiqat şöbəsində istintaq başlandı. İstintaq çox obyektiv keçirildi. İki dəfə qoyun sürüyə gedib baxış keçirdilər. Mükərrəm yalandan mənim sürümdən mənimsədikləri heyvanların saylarını hər dəfə müxtəlif sayda dedi. Yalanları üzə çıxdı. Mükərrəmin altı ay qabağa öz sürüsünü satdığı da üzə çıxdı. Axırda işdə cinayət tərkibi olmadığına görə ay yarımdan sonra cinayət işini rədd etdilər. Bir qədər sonra məni Zaqatala Məhkəməsinə verdilər. Bu dəfə məhkəməyə mən veriləndə üç nəfər arasında komplektləşdirdikləri qoyunların içində keçilər də meydana çıxdı. İndi ana qoyunlar yox, keçilər, qoyunlar, toxluyla qarışdırılıb hərəsinə 60 baş heyvan götürməyi niyət etdilər. Bundan böyük sübut olarmı moşennikliyə.
Qax rayon istintaqında ancaq ana qoyun, Zaqatala məhkəməsində isə müxtəlif keçi növləri ilə qarışıq üç nəfərə 60-60 baş mənimsəmək istədilər. Artıq bu məhkəmədə tam sübut olunur ki, bunlar moşenniklərdir.
Həmin iki nəfərə Mükərrəm mənimsədiyi qoyunları onların adına da yazıb. Mən həmin iki nəfəri heç vaxt görməmişəm, heç vaxt da tanımıram. Mənim qoyun sürümə də, onlar yaxın gəlməyiblər, onlarla heç bir əlaqəmiz də yoxdur. Bu hamısı Mükərrəmin uydurmalarıdır. Bu iş heç məhkəmə icraatına götürülmiyəsi işdir.
Aranda otlaq sahələrini , dağda otlaq sahələrini icarəyə götürürəm. Qoyunlar saxlanılan ferma mənim şəxsi fermamdır. Belə olan halda yad qoyunların mənim sürümdə nə işi ola bilər. Mükərrəm yalan deyir, böhtan atır. Hətta iki nəfər gətirdiyi moşennik bazar günü işləyən Aliabad bazarında keçilərin, qoyunların qiymətini də bilir.
Hörmətli hakim. Siz hər şeyi yoluna qoya bilərsiniz. Qoyunlar, keçilər seçilə bilər , ancaq qulaqlarındakı “ən” vasitəsi ilə . Moşenniklərin buna da imkanları yoxdur. Ancaq böhtan və şərlə mənim qoyun sürümü mənimsəmək istəyirlər. Qoyunların saylarına görə , müxtəlif saylara görə bunların moşennikliyi tam sübuta yetirilir. Qax rayon İstintaq şöbəsində aparılan istintaqı rəhbər tutaraq işi yekunlaşdırmaq , Qax rayon İstintaq idarəsində verilən qərarı olduğu kimi saxılamaq lazımdır.

Hörmətlə ağsaqqal : Hacıbəy Zakatalski
20 iyun 2022 ci il
Bu gün, 13:39
Bu xəbər İrəvana bomba kimi düşdü- doğrudursa, Ermənistanın sonudur
Bu gün, 13:29
Əliyev qəbullar keçirdi - Fotolar - Yenilənib
Bu gün, 13:21
Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi
Bu gün, 13:10
Prezident Kobaxidzeyə zəng etdi
Bu gün, 13:03
Vəzir Həsənovun idarəsində yoxlama, cəzalandırılanlar var - Yenilənib
Bu gün, 11:57
Müdafiə Nazirliyinin hərbçilərinin maaşı - Bu qədər artacaq
Bu gün, 11:43
Prezident Tacikistan Baş nazirini qəbul etdi - Fotolar
Bu gün, 10:54
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
Bu gün, 10:49
Prokurorlar ağac əkdilər - Fotolar
Bu gün, 10:45
Dövlət rəsmiləri Bakıda forumda
Bu gün, 09:59
Bu gün Qazaxıstanda milli matəm günüdür
Bu gün, 09:51
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı
Bu gün, 09:31
Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib
Bu gün, 09:30
"Qaz əvəzində bunları bizə ver"- Kremlin İrəvandan ölümcül tələbləri açıqlandı
Bu gün, 09:27
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb - YENİLƏNDİ
Bu gün, 09:00
"120 nafərlik toy olar, bəs yazdırdığımız nəmərlər?"
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI