Yevlaxda “halal oğru” tutuldu: Dedim ki, bağışla – VİDEO
Bolge / Hadise
Oxunub: 1 330
24 noy 2015 | 20:48
Yevlaxda “halal oğru” tutuldu: Dedim ki, bağışla – VİDEO










“Gördüm ki, qadın ağlayır...”

Yevlax rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elgün Vaqifoğlu Cəfərov, Çingiz İsgəndər oğlu Mahmudov, Nadir İsaxan oğlu Babayev və Elvin Şahin oğlu Şahverdiyev saxlanılıblar.

Azerinfo.az Region TV-yə istinadən xəbər verir ki, bir araya gələn dəstə üzvləri özgənin əmlakını müsadirə etmək məqsədilə Yevlax şəhəri Şah İsmayıl Xətai küçəsi, 16 saylı evdə yaşayan Nazlı Ərşad qızı Bayramovanın yaşadığı evə basqın ediblər.

Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyətə keçiblər.

Dəstə üzvləri içəri daxil olaraq evin sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ev sahibindən pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nəğd pul və qızıl-zinət əşyalarını da götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər.

“Bunlar cinayəti törədib qaçıb gedərkən həmin küçənin sakini Abdullayev Rəhim Kərim oğlu ilə Cəfərov Elgün Vaqif oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı quldurluq cinayətində istifadə etdiyi bıçaqla onun qarın nahiyəsinə bir dəfə vuraraq ağır bədən xəsarəti yetirmişdir” deyə Yevlax şəhər Polis Şöbəsinin İstintaq bölməsininrəisi Siyavuş Sadıqov bildirib.

Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq da almağa çalışıb.

Çingiz Mahmudov - saxlanılan şəxs: "uşaqlar çıxdılar çölə, mən qaldım. Gördüm ki, qadın ağlayır, dedim ki, bağışla, halal elə. Dedi ki, halalın olsun".

Hazırda faktla bağlı cinayət işi başlanılıb. İndi onların digər cinayət əməllərində iştirak edib-etməmələri araşdırılır.

Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı