Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Bolge
Oxunub: 976
22 noy 2015 | 12:02
20 noyabr 2015-ci il tarixdə Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirilmişdir.Birincilikdə rayonun 59 tam orta məktəblərindən 236 nəfər (118 qız,118 oğlan) yuxarı sinif şagirdləri iştirak etmişdir.
Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Sahbazov açaraq iştirakçıları salamladı və Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki,bu tədbirin keçirilməsində əsas məqsəd Faciə qurbanlarının xatirəsini bir daha yad etmək,yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir.Sonra o,Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları tərəfindən gənclərin hərtəraflı inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.
Bərdə rayon Təhsil şöbəsinin metodisti,yarışın baş hakimi İsa Abbasov çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı,yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdı.Sonra o,yarış barədə komandalara ətraflı məlumat verdi.
Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.
Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:
1.Abbasov İsa Böyükkişi oğlu - Təhsil şöbəsinin metodisti - baş hakim
2.Quliyev Tahir Süleyman oğlu - Gənclər və İdman idarəsinin rəis müavini - hakim
3.Qasımov Aydın Knyaz oğlu - Gənclər və İdman idarəsinin baş məsləhətçisi - hakim
4.Rəsulov Anar Həsən oğlu - Təhsil şöbəsinin metodisti - hakim
5.Lətifov Məmməd Baloğlan oğlu – UGİM direktoru -hakim
Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 5 metr məsafəyə atəş açmaqla keçirilmişdir.Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir.
Daha yaxşı nəticə göstərən Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbinin komandası 49 xalla I yeri,Kətəlparaq kənd tam orta məktəbinin komandası 37 xalla II yeri və İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandası isə 36 xalla III yeri tutmuşlar.Oğlanlar arasında R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinin komandasının üzvü Sərxan Rzaoğlu 22 xal,qızlar arasında isə Milli Qəhrəman S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbinin komandasınin üzvü Sevinc Rzayeva 20 xal toplayaraq birinci olmuşlar.
Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.
Birinciliyin keçirilməsi vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır

Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə güllə atıcılığı üzrə məktəblilərin V ənənəvi rayon birinciliyi keçirildi
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu