Ağcabədiyə ayrılan pullar mənimsənilir, RİH isə...
“2014-cü ildə Ağcabədi rayonunda tikilən məktəblərin heç birində sığınacaq qurulmayıb. Bunun üçün ayrılan pullar mənimsənilib. Məktəb binaları bərbad haldadır
Ötən il Hüsülü, Muğanlı, Təzəkənd, Minaxor, Arasbar, Qiyamadınlı, Mirzaverdili, Kürdlər, Kəhirli və Şərəfxanlı kənd yollarının əsaslı təmirinə 5 milyon manat pul ayrıldı. Ancaq gəlin kəndlərin yollarına baxın, bərbad vəziyyətdədir. Qarqar çayının üstündən körpü salınmalı idi. O da olmadı. Başçı deyir ki, pul tükənib. Rayonun Avşar, Salmanbəyli, Taymaq, Hacıbədəlli və Şənlik kəndlərinin də yolları bərbad haldadır. Başçı yenə deyir ki, pul yoxdur. Bəs bu ayrılan pullar hanı?”
Bu sualı Ağcabədi rayonunun Avşar kənd sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elqayıt Kərimov verir.
Onun sözlərinə görə, Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirilərək kəndlilərdən alınıb və hansısa şirkətə satılıb. Rayonun Kəbirli kəndində də 2800 hektar torpaq sahəsi bu yolla satılıb.
Sahibkarın növbəti iddiaları isə bundan ibarətdir ki, Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km su kəməri çəkilib:“Məmurlar artezian quyularını çobanlara satıblar. 16 kilometr uzunluğunda çuqun boru isə çıxardılıb və 1 milyon manata satılıb. Qaradolaq, Mehrablı, Yeniqaradolaq və Aran kəndlərinə içməli su üçün külli miqdarda vəsait ayrılsa da heç bir iş görülməyib.
Bundan başqa, Hüsülü-Qiyamadınlı yolunun təmirinə 5 milyon manat pul ayrılıb. Yolun təmiri Ağcabədi rayon yol-tikinti idarəsi tərəfindən görülüb. Ancaq sənədlərdə təmir işlərinin başçıya məxsus olan “Fərid MMC” tərəfindən həyata keçirildiyi göstərilib və bu yolla təmirə ayrılan pullar mənimsənilib. Yolda çayın üzərindən körpü tikilməsi nəzərdə tutulsa da bu iş görülməyib”.
Elqayıt Kərimov prezidentə və baş prokurora da müraciət edib. Abadlıq üçün ayrılmış vəsaitlərin rayon məmurları tərəfindən mənimsənildiyini bildirib. Qeyd edib ki, abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara gördürüblər: “Ayrılmış pulları isə qatlayıb ciblərinə qoyublar”.
Sahibkar iddia edir ki, 2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilib. Ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirilib.
E.Kərimov yazır ki, bu pullar heç bir iş görülmədən saxta sənədlər tərtib olunmaqla ciblərə ötürülüb. Bu barədə müvafiq orqanlara yazılan şikayətlər isə ört-basdır olunur: “Dövlət orqanlarına yazdığımız şikayətləri araşdırılmaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərirlər. Korrupsiya faktı olduğu halda məktublar Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi Rayon Prokurorluğuna və Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərilir. Halbuki elə şikayətlərimiz həmin qurumlardandır”.
Ağcabədi Rayon İcra Hakimiyyəti isə ittihamları qəbul etmir.
RİH-dən “Azadlıq”a bildiriblər ki, sahibkarın yazdıqları qərəzlidir və heç bir əsası yoxdur: “Noyabrın 18-də Rəncbərlər və Hüsülü kəndlərinə mavi yanacaq verilib. Sarıcalı kəndi ərazisində magistral yola asfalt örtük çəkilib. Kəndlərdə elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafında xeyli iş görülüb. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması da RİH-in diqqətindədir”.
RİH dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı deyilənləri də təkzib edir. Torpaq sahələrinin satılmasına gəlincə isə bildirilir ki, bələdiyyənin fondunda olan torpaq sahələrini icra hakimiyyəti satışa çıxara bilməz. Ancaq başçının bu ilin 9 ayı ərzində Ağcabədi rayonunda görülmüş işlərlə bağlı hesabatına göz atanda bəlli olur ki, əsas abadlıq işləri şəhərdə aparılıb.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı