Ağsu ƏSMM-də özbaşınalıq hökm sürür
Ağsu rayonunda əhalinin həyat şəraiti ilbəil pisləşir
Bu gün ölkə əhalisinin güzəranının yaxşılaşması, yoxsulluğun azaldılması istiqamətində mühum işlər görülür. Sosial sahənin inkişafı, əhalinin aztəminatlı ailələrinə dövlət qayğısının artması atılan addımların bir hissəsidir. Lakin bu gün dövlət tərəfindən görülən tədbirlərdən öz xeyirlərinə istifadə edənlər də az deyil. Xüsusilə də Azərbaycanın bir sıra rayonlarındakı dövlət qurumları öz mənafelərini güddüklərinə görə əhalinin sosial durumunu pis hala salıblar. Belə rayonlardan biri də Ağsu rayondur.
Ağsu rayonunda əhalinin həyat şəraiti ilbəil pisləşir. Son illərdə bu rayonda işsizlərin sayı durmadan artıb. Əhalinin məşğulluğu lazımınca təmin edilmir. Rayonun ictimai-siyasi fəaliyyətində durğunluq müşahidə olunmaqdadır. Sosial problemlər əhalinin ictiami həyatdakı aktivliyini minimuma endirib. Redaksiyamıza daxil olan şikayət ərizəsində bildirilir ki, Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində heç yerdə baş verməyən qanunsuzluq hökm sürür. Verilən məlumata görə, sözügedən qurum ünvanlı sosial yardımın təyinatı məsələsində şəffaflıq prinsipini gözləmir, mərkəzə müraciət edən vətəndaşların sənədləri yoxlanılmadan geri qaytarılır.
Əvvəlki illərlə müqayisədə bu il mərkəzin işinə dair ərizə və şikayətlərin sayı həddən artıq çoxalıb. Bizə edilən şikayətdə insanların diqqət və qayğıdan məhrum olduqları, bu narazılığın lazımi orqanlara çatmasını istədiklərini bildirirlər.
Rayondan redaksiyamıza bildirildi ki, rayon sakinləri ünvanlı sosial yardımı almaq üçün mərkəz direktorunun tədbiq etdiyi "qanunla" razılaşılmalıdır. Əks halda bir vətəndaşın da belə sosial yardım almasına imkan verilməyəcək. Deyilənlərə inansaq, Seyidməmməd Məmmədov özünəməxsus qanunları o deməkdir ki, vətəndaş ilkin ödəniş etməlidir. Əgər buna imkanı yetmirsə "altı ayı" ona çatdırılmalıdır. Verilən digər məlumatlarda bildirilir ki, həttda imkanı olan vətəndaş 500-1000 manat verdikdən sonra ünvanlı sosial yardım almaq imkanı əldə edir. "Təqdirəlayiq" işlər ancaq və ancaq Məmmədov etibar etdiyi adamlar həyata keçirir. İşsiz sakinlərin ümid yeri ünvanlı sosial yardım olsa da, onlar hələ bugünkü günə qədər ünvanlı sosial yardımdan bəhrələnə bilməyiblər.
Çox təəssüflər ki, baş verən hadisələr onu göstərir ki, ölkəmizdə bu sahəyə nə qədər nəzarət edilsə də, bu kimi durumların qarşısını tam almaq olmur. Və bu səbəbdən də bəzi məmurlar istədikləri kimi hərəkət edirlər. Yalnız öz mənfəətlərini güdür və aztəminatlı ailələr üçün ayrılmış vəsaitə belə göz dikirlər. Ümid edirik ki, lazımi qurumlar Ağsu rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzində yaşananlarla bağlı ölçü götürəcək.
Qarşı tərəfin münasibətini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı