Balakən Suvarma Sistemləri İdarəsində “klassik” maxinasiyalar
Bolge
Oxunub: 1 537
8 noy 2015 | 12:07
Balakən Suvarma Sistemləri İdarəsində “klassik” maxinasiyalar









Məhəmməd Xoçberov idarənin balansında olan texnikaları bəzi yerli sahibkarlara günü 100-150 manata icarəyə verir

Redaksiyamıza yeni daxil olan şikayət məktublarında Balakən Suvarma Sistemləri İdarəsinin qeyri-qənaətbəxş fəaliyyəti nəticəsində yerli fermerlərin işində ciddi problemlərin yarandığı bildirilir. Qeyd etməliyik ki, bu idarənin balansında olan 6823 hektar suvarma sahəsinin 2830 hektarı əkin, 2201 hektarı həyətyanı, 1792 hektarı isə çoxilliklər təşkil edir. İdarə rayonda meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. Bu yönümdə idarə suvarılan əraziləri su ilə təmin etməli, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini həyata keçirməlidir. Balakən rayonunun iqlimi daha çox məhz yağmurlu olduğundan və rayonun özü də əsasən dağlıq ərazidə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Deyilənlər nəzərə alınaraq dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi, daş-beton bəndlərin inşası da bu idarənin başlıca vəzifələrindəndir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Lakin aldığımız məlumatlara görə, texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində də onların köməyinə bel bağlamaq olmur. Məlumdur ki, Balakən rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatının təşkil etməsi səbəbindən də rayon iqtisadiyyatının inkişafı üçün Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bununla belə yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Məhəmməd Xoçberov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Belə ki, açıqlamalara görə, mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Daha sonra məlumatlarda vurğulanır ki, Məhəmməd Xoçberov öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona etibar edilmiş dövlət əmlakından, idarənin resurslarından şəxsi məqsədlərlə istifadə edir, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə şərait yaradır. Qeyd olunur ki, Suvarma İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə "nağdlaşma” üsulu geniş tətbiq olunur. Bu zaman çox yayılmış "klassik” sxemdən istifadə olunur. Belə ki, idarə guya ki, müxtəlif işlərin görülməsi üçün bir neçə özəl kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən pullar isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və maxinasiyanın iştirakçıları arasında bölüşdürülür. Digər tərəfdən isə idarənin balansında olan texnika üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da eyni üsulla nağdlaşdırılaraq mənimsənilir. Bundan başqa daxil olan məlumatda bildirilir ki, Balakən Suvarma Sistemləri İdarəsinin balansında olan texnikalar, traktorlar, yük avtomobilləri daha çox bəzi yerli sahibkarların şəxsi təsərüffatlarında istismar olunur. İdarəyə məxsus maşınların özəl sahibkarlıq subyektlərində işləməsini isə, Məhəmməd Xoçberov həmin texnikaları icarəyə verməklə təmin edir və buna görə hər texnikaya görə gündə 100-150 manat icarə haqqı alır..
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı