Vidadi Zeynalovla başçı məmurları necə intihara çatdırırmış? – Kürdəmirdə

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ifşa edilən qruplaşmanın işi Kürdəmirə də çatıb
Azerinfo.az-a verilən son məlumata görə, nazirliyin keçmiş aparat rəhbəri, həbs edilən Vidadi Zeynalovun rəhbərliyi ilə rayondakı bütün idarə rəislərinin telefonlarının dinlənilməsi aşkar olunub.
V.Zeynalovun istintaqa verdiyi ifadəsində bu faktların ortalığa çıxdığı iddia olunur. Məlumatda deyilir ki, sabiq aparat rəhbəri rayonun icra başçısı olan kürəkəni Ceyhun Cəfərova dinləmələrin materiallarını göndərməklə sahibkarlara, büdcə təşkilatları rəhbərlərinə, idarə və müəssisə sahiblərinə təzyiq göstərilməsinə zəmin yaradıb.
İş adamları bu yolla rayonun abadlaşma işlərinə zorla cəlb ediliblər. İdarə rəisləri, əsasən də büdcə idarələri borca girib özlərini xilas ediblər.
Sonuncu belə hadisələrdən biri intiharla nəticələnib. Ötən il Kürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimov intihara cəhd edib. O, iş yerində sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İdarə rəisinin intihara cəhdinin bəzi təfərrüatları da məlum olub. T.Kərimov rayonun icra başçısı Ceyhun Cəfərovla mübahisə etdikdən sonra intihara əl atıb.
İcra başçısı T.Kərimovun qarşısında müəyyən tələblər qoyub, onları yerinə yetirməyəcəyi halda işdən çıxaracağı haqda xəbərdarlıq edib. Bu xəbərdarlığı aldıqdan sonra psixoloji gərginlik keçirən idarə müdiri, elə iş yerində intihara cəhd edib.
Kürdəmirdə bu səpgili hadisə isə ikinci dəfədir ki, baş verir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənmiş, ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləmişdi.
Evə getdikdən sonra dünyasını dəyişmiş Gülbala Əsədovun ürək tutmasından vəfat etdiyi məlum olmuşdu.
Məlumata görə, Kürdəmirdə icra başçısı-məmur münasibətlərində ciddi gərginlik var. Yerli məmurlar C.Cəfərovun qanunsuz tələblərindən cana doyublar.
Məktəb direktorları, idarə müdirləri, hətta xəstəxana rəhbərləri müxtəlif qanunsuz “öhdəliklər” qarşısında çətin vəziyyətə düşüblər. Belə qanunsuz tələblərə etiraz edən Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev ərizə yazıb işdən çıxmışdı.
Bütün bu hadisələr məhz V.Zeynalovun dinləmələri nəticəsində baş verib. MTN-dəki təsbit olunan qruplaşma ilə paralel fəaliyyət göstərən sabiq rabitəçi ardınca Kürdəmirin icra hakiminə təhdid dolu materialları təqdim edirmiş.
Bu da ayrı-ayrı məmurların intihara cəhd, ürəktutması və s. halları ilə müşahidə edilib. Qaynağımız bildirib ki, iş adamlarının ən çox şikayət etdiyi əyalətlərdən biri Kürdəmir olduğu üçün MTN-RYTN daxilindəki şəbəkənin ifşa edilməsi ilə bu rayonda cərəyan edən proseslər də dərhal ictimailəşib. Mənbə bu istiqamətdə yeni xəbərlər olacağını da anons edib.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı