Salyan RİH-dən yazdıqlarımıza reaksiya gəldi... - MÖVQE

Az əvvəl Salyan rayon icra hakimiyyətinin başçısı Tahri Kərimovun da “MTN işi” ilə əlaqədar problemlərlə üz-üzə qaldığını əks etdirən informasiyanı diqqətinizə təqdim etmişdik. Bu dəqiqələrdə DİA.AZ-a icra hakimiyyəti adından bir məktub daxil olub və onu diqətinizə təqdim edirik:
“«Dünya» İnformasiya agentliyinin rəsmi saytında 27 oktyabr 2015-ci il tarixdə gedən «"MTN işi"ndə daha bir başçının adı keçir... - Tahir Kərimov MTN-dən təlimat aldığını deyirdi» və 28 oktyabr 2015-ci il tarixdə gedən «Salyanın icra başçısı ciddi problemlərlə üz-üzə... - Araşdırma gedir...» yazıları heç bir əsasa söykənmədiyi üçün tərəfimizdən etirazla qarşılanmışdır.
Bəli, Tahir müəllim jurnalistlərlə görüşdə Azərbaycan Respublikasının Baş Naziri cənab A.Rasi-zadənin dərkənarı ilə digər rayonlar kimi, Salyan rayon İcra hakimiyyətinə göndərilmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin məktubu ilə əlaqədar əkinə yararlı və heyvandarlığın inkişafı üçün perspektivli torpaq sahələrinin təyinatı dəyişdirilərək balıq yetişdirilməsi məqsədilə süni göllərin yaradılmasının qanunvericiliyə uyğunluğunun yoxlanması ilə əlaqədar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Torpaq və Xəritəçəkmə Komitəsinin birgə apardığı monitorinqlə əlaqədar tərtib olunmuş arayışı nəzərdə tutmuşdur. Dərkənarda rayon İcra hakimiyyətlərinə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaradılmış süni göllərin ləğv edilməsi, üst qatı korlanmış torpaqların bərpa edilməsi və bu qanunsuzluğa şərait yaratmış vəzifəli şəxslər barədə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılmışdır.
Nəzərinizə çatdırırıq ki, kütləvi informasiya vasitələrinə rayonda olan göllər barəsində rayon İcra hakimiyyəti və onun başçısı cənab T.Kərimov tərəfindən dəfələrlə tam açıqlama verilmişdir. Bildiririk ki, bu dövrdə tərəfimizdən tapşırığın icrası ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülmüşdür və bu tədbirlər bu gün də davam etdirilir.
28 oktyabr 2015-ci il tarixdə gedən «Salyanın icra başçısı ciddi problemlərlə üz-üzə... - Araşdırma gedir...» yazısını özünüzün də oxumağınızı sizə də tövsiyə edərək gülünclə qarşıladığımızı bildiririk.
Bir daha heç bir əsasa söykənməyən və yalnız reytinq xətrinə gedən bu kimi yazılara etirazımızı bildiririk”.
Azerinfo.az bildirir ki, Salyan RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri R.Cəbrayılovun adından daxil olan bu mətndən də aydın olur ki, əslində yazılanlara ciddi irad yoxdur. Yəni MTN-dən gələn təlimat məsələsi etiraf olunur.
Yenə də əlavə fikirlərinə də yer verməyə hazırıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı