Təbrizlə Gəncənin qardaşlaşmasının davamı olaraq İran nümayəndələri Nizami yurdundadırlar
Gəncə ilə İranın şərqi Azərbaycan vilayəti arasında əlaqələr bu ilin fevral ayından qurulub. Vilayətin inzibati mərkəzi olan Təbrizlə Gəncənin qardaşlaşmasının davamı olaraq bu dəfə İran nümayəndələri Nizami yurdundadırlar. Tarixən hər 2 şəhər arasında mövcud olan münasibətləri yeni müstəviyə qaldıran qarşılıqlı səfərlər müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə xidmət edir.
İsmayıl Cabbarzadə -İranın Şərqi Azərbaycan Vilayətinin valisi: "Vali bəylə söhbət etdik. Hansı sahələrdə, neçə əməkdaşlıq edə biləcəyimiz haqda müzakirələr apardıq. Təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrində əməkdaşlıqların qurulmasını, elmi konfransların keçirilməsini, iki qardaş şəhər arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsini arzu edirik".
Gəncə şəhər İcra Hakimiyyətində baş tutan qəbulda Gəncə ilə Təbriz Dövlət universitetləri, kənd təsərrüfatı və səhiyyə sahəsində iki şəhər arasında əlaqələrin qurulması müzakirə edilib. Qarşılıqlı olaraq satış-sərgilərin və mədəniyyət günlərinin təşkili ilə bağlı danışıqlar aparılıb, iqtisadi sferda əməkdaşlığın prespektivlərindən danışılıb.
Elmar Vəliyev- Gəncə şəhər İcra Hakimiyyətinin başçısı: "İki qardaş şəhər arasında əlaqələrimiz daha da genişlənəcək. Bundan sonra sərgilərin keçirilməsinə daha çox üstünlük veriləcək. Təbriz mahalında istehsal olunan məhsulların Gəncədə sərgilənməsi, burada expo mərkəzin tikintisi və mütəmadi fəaliyyəti ilə əlaqədar razılıq əldə etdik. Bu da aramızda olan əlaqələrin daha da inkişaf etməsinə və qardaş qapıların daha da yaxınlaşmasına təkan verəcək".
Nizami yurdunu Şəhriyarın uyuduğu şəhərlə bağlayan amillərdən biri də Gəncədə Təbriz küçəsinin olmasıdır. 2.5 km uzunluğunda olan küçədə Təbrizi simvolizə edən lövhənin açılışını edən qonaqlar dünyanın 5 ən böyük parkı sırasında yer alan Heydər Əliyev park-kompleksində yaradılan şəraitlə tanış olub, ulu öndərin adını daşıyan mərkəzin xatirə kitabına ürək sözlərini yazıblar. Nümayəndə heyətinə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də daxil olan İranlı nümayəndə heyəti 2 gün ərzində Gəncənin dini, tarixi yerləri, təhsil və sənaye müəssisələri ilə tanış olacaq.
1500-lik sənaye zonası yaradılacaq, orada 2017-ci ilədək 3-4 zavod tikiləcək, 6 min nəfər işlə təmin olunacaq. Təbriz Universiteti ilə Gəncə Dövlət Universiteti, Təbriz Tibb Universiteti ilə Gəncə xəstəxanaları, kənd təsərrüfatı sahəsində isə ADAU ilə əməkdaşlıq qurulacaq.
http://kepeztv.az/
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı